Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı artırılıb.
Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə Fərmanda öz əksini tapıb.
Dəyişikliyə əsasən, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinlərinin sayı 5-dən 6-ya çatdırılıb.