İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"na aid Sea Owl I neft tankerinə qarşı əməliyyat keçirib. Hücumun görüntüsünü yayan İsveç gəmiyə desant endirib.
Bildirilir ki, neft tankerinə qarşı əməliyyatı İsveç Sahil Mühafizəsi və təhlükəsizlik qüvvələri keçirib.
Hərbi personalın helikopterlər və qayıqlarla müşayiət olunan tankerə çıxdığı anlar anbaan qeydə alınıb. İsveç hakimiyyəti əməliyyatın uğurla başa çatdığını elan edib. Basqın bölgədəki təhlükəsizlik tədbirlərinə və “kölgə donanması”nın fəaliyyətlərinə qarşı sərt tədbir kimi xarakterizə edilir.
Tahir TAĞIYEV