İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricaninin öldürülməsinin ardından İran qisas əməliyyatına başladığını bəyan edib.
“Əsl Vəd 4" əməliyyatı çərçivəsində Təl-Əvivdə 100-dən çox əsgər və mülki şəxsin öldürüldüyü bildirilir.
Ümumən, ABŞ, İsrail və İran arasındakı münaqişə 19-cu gününə şiddətli toqquşmalarla daxil olarkən, hər iki tərəfin əməliyyatlarında çoxsaylı ölüm və yaralanma halları qeydə alındığı bildirilir.
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İctimaiyyətlə Əlaqələr Departamenti, "Əsl Vəd 4" Əməliyyatının 61-ci dalğası ilə bağlı açıqlamasında, İran Ali Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Laricani və onun silahdaşlarının hücumlarda ölümünə cavab olaraq İsrailin çoxsaylı raketlərlə vurulduğunu bəyan edib.
Bildirilir ki, İsrailin İranın paytaxtını şiddətlə bombalamasının ardından İran kəskin cavab əməliyyatı keçirib.
Xürrəmşəhr-4 və Qadir çoxməqsədli raketlərinin, eləcə də Emad və Xayber Şiken ballistik raketlərinin istifadə edildiyi deyilən açıqlamada: "Xürrəmşəhr-4 və Qadir raketləri işğal olunmuş ərazilərin mərkəzində yerləşən 100-dən çox hərbi və təhlükəsizlik hədəfini İsrailin çoxqatlı hava hücumundan müdafiə sisteminin sıradan çıxması səbəbindən heç bir maneə olmadan uğurla vurdu”- deyə bildirilir.
Bəyanatda həmçinin qeyd olunur ki, "yerində olan məlumatlara görə, İİKK Hərbi Hava Qüvvələrinin bu sürətli hücumundan sonra Təl-Əvivin bəzi ərazilərində elektrik kəsintiləri baş verib və bu da axtarış-xilasetmə və təcili yardım xidmətlərinin işinə mane olub. İlkin məlumatlara görə, hücum nəticəsində 230-dan çox insan ölüb və yaralanıb".
SAMİRƏ