Bazar günü günü, 27 sentyabr 2026
     

6 medallı İsmayıllı şəhidi Şıxızadə Tural...

Image


Könül Şıxıyeva: “Tural dedi ki, ana, mənə söz ver şəhid olsam ağlamayacaqsan”

18 yaşı vardı, nə nişanlı idi, nə də evli, anasının ümid yeri, atasının gözünün işığı, qardaş-bacısının arxa-dayağı idi. “Ana, şəhidlik hər adama qismət olmur, mən şəhid olmaq arzuma çatacağam”bu sözləri dilə gətirdikcə anası əsim-əsim əsir, göz yaşını leysan edir, məni də özünə qoşur.Gözlərimdən yaş axdığını görüb kağız məndili mənə uzadır “sil gözünün yaşını, bacı, ağlama”deyir. 44 günlük Vətən müharibəsi şəhidlərindən biri də Tural Ətraf oğlu Şıxızadənin anası Könül Şıxıyeva deyir bu sözləri. Nakam balası Turaldan danışdıqca haldan-hala düşür Könül ana. “Tural dedi ki, ana, mənə söz ver şəhid olsam ağlamayacaqsan. Necə ağlamayım ay bala, necə?”

Könül ana ilə Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yasının ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin III və IV cildlərinin Şamaxı rayon Mədəniyyət Mərkəzində təqdimatı zamanı tanış olduq, danışdıq, dərdləşdik.

Tural Ətraf oğlu Şıxızadə 2002-ci il mayın 30-da İsmayıllı rayonunun Diyallı kəndində anadan olub.

2008-ci ildə Aqil Məmmədov adına Diyallı kənd orta məktəbində təhsil almağa başlayıb. 9-cu sinifi bitirdikdən sonra İsmayıllı rayon Peşə məktəbində təhsilini davam etdirib. 2019-cu ildə orta məktəbi bitirib. 2018-ci ildə qol güləşi üzrə yarışlara qatılıb. Uğurlu çıxışları nəticəsində 6 medal, 11 diplom qazanıb.
Bu idman növü üzrə həmçinin, respublika birincliyinə layiq görülüb. 2020-ci ilin iyulun 11-də həqiqi hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəhrillər xarabalığı, dostagir, Talış və Suqovuşan yaşayış məntəqəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Şıxızadə oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
“Şəhid olanda 18 yaşı vardı, iki ay yarımın əsgəri idi. O əsgər getdiyi günün gecəsi Tovuz döyüşləri başladı, general Polad Həşimov şəhid oldu.

Oğlum Goranboyda xidmət edirdi. Heç ağlıma gəlməzdi ki, oğlum şəhid ola bilər. Oktyabrın 1-də Suqovuşanın azad edilməsi yolunda şəhid olub. 71 gün Turalın nəşini axtarmışıq. Özüm də axtarışlarda iştirak etmişəm, o yer qalmayıb ki, gedib ora baxılmasın. Dekabrın 11-də nəşini evə gətirməzdən bir saat əvvəl balamın şəhid olduğunu öyrəndim.

Mənə deyirdi ki, “ana, şəhidlik hər adama qismət olmur, mən bu arzuma çatsam, sən bil ki, mən dünyanın ən xoşbəxti olaram. Şəhid olsam, başını dik tut, ağlama". Onun bu arzusuna görə də dəfn olunanda özüm bayrağını aldım, öpüb "Vətən sağ olsun", dedim".
Ananın sözlərinə görə, onlar Turalın nəşini axtaranda öyrəniblər ki, oğulları könüllü olaraq döyüşə gedib. “Soruşublar ki, kim döyüşmək istəyir? Birinci qabağa Tural çıxıb və əsgər yoldaşlarına baxıb deyib ki, siz necə ana-bacı qeyrəti çəkirsiniz, niyə heç kim qabağa çıxmadı? Ondan sonra Turalla bir yerdə 16 nəfər döyüşə gedib. Tural idmançı idi. Qol güləşi üzrə Respublika çempionu olmuşdu. 11 diplomu, 6 medalı vardı. Hələ 9-cu sinifdə oxuyandan onun mesajları var ki, mən şəhid olacağam. Son zəngdə şəkil çəkdirməyib, sonra deyib ki, uşaqlar, gəlin şəkil çəkdirək, nən şəhid olanda şəkilə baxıb məni xatırlayarsınız. Onun elə mesajları vardı. Əsgər gedəndə onu yola salmağa qoymadı məni. Yalvardım ki, qoy mən də başqa analar kimi gedib səni yola salım. Turalın əsgər getməsi mənim arzum idi. “Ana, Qurana and iç ki, arxamca ağlamayacaqsan”-dedi. And içdim, o məni qucaqladı, elə bir şəklimiz də var. əsgər getməzdən üç gün əvvəl mənə dedi ki, ana, ürəyimə damıb ki, mən əsgərlikdə olanda müharibə başlayacaq, şəhid olacağam, səni şəhid anası edəcəyəm, nəbadə ağlayasan, ağlama... Biz sonuncu dəfə onunla sentyabrın 30-u günü danışdıq, müharibədə olduğunu bildirmədi. Elə ancaq dedi ki, ana, özündən muğayat ol. Bilmirdik onun müharibdə olduğunu. Sentyabarın 27-si günü döyüşə qatılıb. Həmin gün də biz onun görüşünə getmişdik. Ev xörəyi, bir də şirniyyat istəmişdi, apardıq. Hərbi hissədə dedilər ki, müharibə başlayıb, görüşə bilməzsiniz. Əsgər gedəndən sonra heç görüməmişdik, andiçməsinə də pandemiya səbəbindən gedə bilmədik. Görənmədik balamı. Tabutu gəldi, heç soyuq üzünü də görmədim...Ağdərənin Ağ uçuq deyilən yerində Suqovuşan uğurunda döyüşdə şəhid olmuşdu, itkin birdik. Qızıl Aypara Cəmiyyətinin köməyi ilə 71 gündən sonra nəşini neytraldan çıxarmışdılar...Bir qızım iki oğlum var. Şəhidimi “yoxdu” bilmirəm, həmişə “var” bilirəm. Balamın saçı uzun idi. Əsgərliyə getməzdən iki ay əvvəl kəsdirmişdi, onun saçını atmadım, yığb saxladım, dedim ki, əsgər gedib gəlsin, sonra ataram. Onun saçından balış düzəltmişəm, beş ildir ki, o balışı qucaqlayıb gedəni səhər edirəm. Balamın körpəlik əmziyindən tutmuş əsgər gedənə qədər nəyi var hamısını saxlamışam. Elə bil ürəyimə dammışdı ki, bir gün əbədi ayrılacağıq, mən onlarla təsəlli tapacağam.

Ümumiyyətlə, Turalın iki arzusu var idi: İdmançı olmaq və Şəhid olmaq. Xaricə turnirə çağırılmışdı. Həmişə deyirdi ki, kaş yarışda erməni ilə düşəm, yarışı bəhanə edib onun qolun sındıraram, torpağımın heyfin alaram. Elə oldu ki, yarışda istədiyi kimi erməni ilə düşdü, amma pandemiyaya görə gediş alınmadı. Şəhid olmaq arzusuna da onu ancaq düşmənimiz çatdırardı. Onlar da çatdırdı. Erməni elə bilir ki, mənim balamı snayperlə vurmaqla ona və mənə pislik edib, yox. Qoy eşitsinlər, onlar elədiyi pisliklə əslində yaxşılıq edib. Mənim balamı Allahın yanına çatdırıb. O ən uca mərtəbəyə çatıb. Bir gözüm ağlayır, bir gözüm gülür. Ağlayır ona görə ki, hələ cavan idi, 2 ay yatımın əsgəri idi, gülür ona görə ki, Tural arzusuna çatdı. Erməni sevinməsin ki, bizə pislik edib, Turalı arzusuna çatdırıb".
Könül ana qeyd edir ki, Tural ön cəbhədə xidmət etmək üçün can atırmış:
“Olduqca vətənpərvər idi. Hərbi xidmətə çağırılanda sevinə-sevinə gəldi. Evdə qol açıb oynayırdı. Hamıya da deyirdi ki, Milli Orduya düşmüşəm, 3 aydan sonra bölünündə də Ağdama, Tərtərə düşəcəyəm. Qonşularımız deyib ki, atan xəstədir, getmə. Deyib nə? Gedirəm Ağdamı almağa. Bu uşağa baxıb məəttəl qalırdım. Deyirdim ki, bütün övladlarımızda bu istək olsa, torpaqlarımız azad olunar. Allaha şükür ki, övladlarımız qaçmadı, Şəhid oldular, uca məqama yüksəldilər".
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Şıxızadə ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edildi.

İradə SARIYEVA

Şamaxı-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ