İsrailin Tehran administrasiyası ilə bağlı dəyərləndirmələrinin yer aldığı diplomatik yazışmalar ortaya çıxıb. ABŞ Dövlət Departamentinə göndərilən diplomatik yazışmalara görə, İran ABŞ və İsrailin hücumlarına baxmayaraq müqavimət göstərməyə hazırdır.
“The Washington Post” qəzeti 13 mart cümə günü ABŞ-ın İsraildəki səfirliyi tərəfindən yayılan və ABŞ Dövlət Departamentinə göndərilən diplomatik yazışmaların şəkillərini dərc edib. Yazışmalarda, İranın keçmiş lideri Əli Xameneinin hücumlarda ölümünə və ABŞ və İsrailin İrana hücumlarına baxmayaraq, Tehran rejiminin "sarsılmadığı" və "sona qədər mübarizə aparmağa hazır" olduğuna dair İsrailin dəyərləndirməsinə yer verilib.
İsrail rəsmilərinin İranda etirazların başlayacağına ümid etdiyi və belə bir vəziyyətdə ABŞ-ın etirazçılara dəstək verməyə hazır olmasının vacibliyi qeyd edilir. Etirazçıların küçələrə çıxacağı halda "qırğına məruz qalacağı" iddia edilən yazışmalarda, bunun səbəbi İran İnqilab Keşikçiləri Korpusunun "üstünlüyü əlində saxlaması" ilə əlaqələndirilir.
Məlumata görə, diplomatik yazışmalarda ABŞ rəsmiləri ilə İsrail Milli Təhlükəsizlik Şurası, Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri arasında 11-12 mart tarixlərində keçirilən son görüşlərin xülasəsi yer alır.
Tahir TAĞIYEV