ABŞ-İsrail İranın cənubunda Fars körfəzində yerləşən Cənubi Pars təbii qaz yatağında bəzi neft emalı zavodlarını hədəf alıb. İran dövlət mediasının məlumatına görə, ölkənin cənubundakı Buşehr əyalətinin Əsəluyə şəhərində dünyanın ən böyük təbii qaz yatağı olan Cənubi Parsa raket hücumuna məruz qalıb.
Cənubi Pars yatağına bağlı qaz emalı zavodlarının üçüncü, dördüncü, beşinci və altıncı fazalarındakı bəzi saxlama çənləri və qurğuları hədəfə alınıb. Hücumdan sonra ərazidə şiddətli partlayışlar baş verib, hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili yardım qrupları göndərilib. Yanğının nəzarət altına alınması üçün səylər davam edir. Ərazidə çalışan personal təhlükəsiz ərazilərə təxliyə edilib. Ölən və ya xəsarət alanlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Cənubi Pars həm Qətər, həm də İran obyektlərinin yerləşdiyi dünyanın ən böyük təbii qaz yatağı kimi tanınır.
Tahir TAĞIYEV