"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində ABŞ prezidenti Trampın İran tərəfindən bağlanan Hörmüz boğazını açmaq üçün beynəlxalq hərbi koalisiya yatamaq təşəbbüsü ilə bağlı maraqlı paylaşım edib.
A.Quliyev yazır:
Avropa dövlətləri bir-bir Trampın çağırışlarından imtina edirlər. NATO Hörmüz döyüşlərinə qatılmayacaq. ABŞ-ın ənənəvi müttəfiqi sayılan İngiltərənin baş naziri "Hörmüz NATO-nun vəzifəsi deyil" dedi... İtaliya əsgərlərini İraqdan çəkdi. İspaniya İraqdakı xüsusi təyinatlı qüvvələrini çıxarır. Körfəz ölkələri Trampın qorxusundan hələ açıq "yox" demir, ancaq İranla müharibəyə girmək də istəmirlər, yola verirlər. Trampın NATO-ya hədəlıəri bir işə yaramadı... Qarşıda nə var? Ehtimallar:
1. ABŞ-ın təklənməsi dərinləşəcək..
2. Trampla Natenyahunun arası dəyəcək.
3 . Tramp uğursuzluqları tədricən Natenyahunun üstünə atmaq yolu tutacaq..
4 . ABŞ-ın özündə Trampa ictimai-siyasi təpkilər sürətlə artacaq..
5. Amerika rəyində müharibəyə ABŞ-İran müharibəsi yox, "Tramp-İran müharibəsi" deyənlərin miqyası genişlənəcək...
6. Tramp fürsətdən iatifadə edərək özünə qarşı "sui-qəsd ssenarisi" səhnələşdirə bilər...
Tahir TAĞIYEV