ABŞ və İsrailin 28 fevralda başlatdığı hücumlardan sonra İran İsraili raket zərbələri ilə hədəf almağa davam edir.
“The Times of Israel” qəzetinin məlumatına görə, Təl-Əviv şəhərindəki Ben Qurion Hava Limanının rəsmiləri ölkənin xarici dünyaya bağlanan ən böyük hava limanı olan hava limanında park edilmiş üç şəxsi təyyarənin raket hücumlarında zədələndiyini təsdiqləyiblər.
İsrail Hava Limanları İdarəsinin sözçüsü qəzetə bildirib ki, üç şəxsi təyyarə müdafiə sistemlərinin raketlər parçaları tərəfindən zədələnib.
Məlumatda bildirilir ki, İran raketlərinin qarşısı alınan zaman hava limanına düşən parçalar bir təyyarəyə ciddi ziyan vurub və yanıb, digər iki təyyarəyə isə kiçik ziyan dəyib.
İsrailin “Maariv” qəzeti raket hücumunda yanan təyyarənin fotosunu da paylaşıb.
Tahir TAĞIYEV