ABŞ prezidenti Trampın sözlərinə görə, ABŞ Kuba ilə bağlı istədiyi addımı ata bilər. O qeyd edib ki, Kuba ciddi yanacaq çatışmazlığı yaşayır, bu vəziyyət Venesuelanın Karib dənizində yerləşən ada dövlətinə həyati əhəmiyyətli yardımı dayandırmağa məcbur edilməsindən sonra yaranıb.
Onun fikrincə, Kuba “kollapsın astanasındadır”. “Düşünürəm ki, Kuba sonunu görür. Həyatım boyu ABŞ və Kuba haqqında eşidirəm — ABŞ bunu nə vaxt edəcək? Mən inanıram ki, Kubanı ələ keçirmək şərəfi mənə nəsib olacaq” – deyə ABŞ prezidenti bildirib.
“Kubanı almaq” ifadəsi ilə nəyi nəzərdə tutduğu ilə bağlı suala cavabında Tramp deyib ki, ABŞ hər hansı formada müdaxilə edə bilər: “Onu ya azad edəcəyəm, ya da ələ keçirəcəyəm. Düşünürəm ki, onunla istədiyimi edə bilərəm — həqiqəti bilməlisiniz. Hazırda çox zəifləmiş bir dövlətdir”.
TAHİR