çərşənbə axşamı günü, 17 noyabr 2026
     

Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

Image


Bu günlərdə Ukrayna mediasında ölkənin hərbi kəşfiyyatına istinadən məlumat yayılıb ki, Rusiya Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır. O da vurğulanır ki, burada məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır.

Düzdür, məsələ həm Ermənitan, həm də Rusiya tərəfindən təkzib olunur. Amma prosesin əslində bu istiqamətdə cərəyan etdiyini deyənlər də az deyil.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qərargah rəisi vəzifəsini icra edən general-mayor P. Zemskovun teleqramını dərc edib. Kəşfiyyatın mətbuat xidmətinin məlumatına görə, sənəddə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qoşunları komandanının Gümrü şəhərindəki Rusiya hərbi bazasının tam komplektasiya yolu ilə rus qoşunları qrupunun artırılması haqqında əmri var. Bildirilir ki, teleqramda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 8-ci, 18-ci, 49-cu və 58-ci birləşmiş silahlı qoşunlarının hərbi qulluqçuları arasından şəxsi heyətin seçilməsi yolu ilə Rusiya bölməsinin hissələrinin təcili tam komplektləşdirilməsi üçün tədbirlərin siyahısı göstərilir. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vurğulayır ki, baş verənlər Kreml ilə Azərbaycan arasında süni şəkildə yaradılmış yeni gərginliyin göstəricisi ola bilər: “Rusiya İrəvanda Paşinyan hökumətini devirmək və özünün təyin etdiyi yeni Ermənistan hökumətini Rusiyanın iştirakı ilə Azərbaycana hücum etməyə məcbur etmək planları qurur. Həm Ermənistana, həm də Azərbaycana daha asan çıxış əldə etmək üçün Rusiya Gürcüstanı tam hərbi nəzarətinə almağı planlaşdıra bilər. Rusiyanın strateji məqsədləri tam aydındır: Azərbaycan və Ermənistan arasında yaxınlaşmanı dayandırmaq, Türkiyənin bir vaxtlar Rusiyanın nüfuz zonası olan bölgəyə müdaxiləsini əngəlləmək, Suriyadakı məğlubiyyətin qisasını almaq, bu prosesdə Gürcüstanı geridönülməz şəkildə tabe etmək”. Sabiq prezidentin ikrincə, buna ən yaxşı cavab Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin sürətləndirilməsi, Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yaradılması və Gürcüstanın etiraz hərəkatına İvanişvili rejimindən xilas olmaqda köməklik göstərilməsi olardı. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi informasiya-psixoloji əməliyyat həyata keçirmək cəhdində uğursuzluğa düçar olub. Bu dəfə onun hədəfi Rusiya deyil, Ermənistan və dolayısı ilə Azərbaycan olub. Baş Kəşfiyyat İdarəsi özünün teleqram kanalında Rusiyanın Ermənistanda hərbi mövcudluğunu təcili artırması ilə bağlı məlumat yayıb. Belə bir məlumatın məqsədi ölkəmizi Ukrayna kəşfiyyatçılarının və ya onların xarici kuratorlarının uydurduğu başqa bir oyuna cəlb etmək üçün Ermənistana təzyiq göstərmək cəhdidir. Axı iddia olunur ki, Moskva Gümrüdəki bazasını fəal şəkildə gücləndirir, Rostov və Volqoqrad vilayətlərində, Krımda hərbi kadrlar toplayır, həmçinin Şimali Qafqaz xalqları arasından könüllülər cəlb edir.​Lakin bu dezinformasiya heç bir tənqidə tab gətirmir və ən əsası Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən dərhal təkzib edilib. Xarici siyasət idarəsi rəsmi bəyanatında açıq şəkildə vurğulayıb: ölkəmizin ərazisi üçüncü dövlətlər tərəfindən qonşulara qarşı hərbi əməliyyatlar üçün istifadə edilə bilməz. Cavab konkret və aydındır.

Bu dezinformasiyanı gündəmə gətirənlər və yayanlar ümumiyyətlə regionun, xüsusən də Ermənistanın vəziyyətini öyrənməyə belə ehtiyac duymayıblar. Belə olmasaydı, anlayardılar ki, Rusiyanın Ermənistanda hərbi təsiri get-gedə azalır. Ölkəmiz Kremli qıcıqlandırır, çünki o, xarici siyasət vurğularını dəyişir və demokratik Qərbə yaxınlaşır.

Bütün bunları görən Rusiya ölkəmizdə dövlət çevrilişi etməyə cəhd etdi. Üstəlik, Kremlin bu planının əsas fiqurlarından biri Samvel Karapetyan idi ki, onun müdafiəsində Putinin bütün təbliğat maşını ayağa qalxmışdı. Çoxdan Ukraynanın və ukraynalıların mövcud olmaq hüququnu inkar edən eyni yanaşma Ermənistana da sərgilənirdi. Görünür ki, heç bir şey daha sadə ola bilməz - dezinformasiyanı tətbiq etməzdən əvvəl məsələni öyrənin! Lakin Ukrayna kəşfiyyatı başqa yol tutdu. Nəticədə biz gördük ki, Azərbaycanın ərazi bütövlüyünü hər zaman açıq şəkildə dəstəkləyən Ukrayna bu gün faktiki olaraq Ermənistanı Rusiya ilə münaqişəyə sürükləməyə çalışır - və bu, İrəvanın özünün suveren xarici siyasət strategiyasını qurduğu bir vaxtda baş verir. Üstəlik, bunu artıq üç ildir ki, Ukraynanın özünü məhv edən müharibə fonunda edir.

Ukrayna kəşfiyyatının iddialarının maddi-texniki uyğunsuzluğu da xüsusi diqqətə layiqdir. Topoqrafiyanı, silahlı qüvvələrini, qarşılıqlı fəaliyyət səviyyəsini və siyasi iradəsini nəzərə alsaq, Ermənistan ərazisindən Azərbaycana nəzəri “təhlükə” absurd görünür. Bunu hamı başa düşür, o cümlədən regionun ekspert icması da. Aydındır ki, teleqramda dərc olunan xəbər dərin təhlilin nəticəsi deyil, bəlkə də diqqəti Ukraynanın daxili problemlərindən yayındırmaq üçün tələsik hazırlanmış təbliğat hücumudur. Şəxsi faktoru istisna etmək olmaz: uzun müddət Kiyevdə təkcə kəşfiyyatçı kimi deyil, həm də siyasətçi kimi qəbul edilən Kirill Budanovun ambisiyaları da var. Ola bilsin ki, o, Ukraynadakı hakimiyyət böhranı fonunda öz çəkisini artırmağa çalışır. Mümkündür ki, kimsə sadəcə olaraq Kirill Budanova yanlış və təxribat xarakterli məlumatlar verməklə ona qarşı oyun qurub. Bu, Ukrayna reallığı üçün ənənəvi olan siyasi, pərdəarxası oyunlar sayəsində mümkün olur. Əslində, bu ölkə başqa şeylərlə yanaşı, onun siyasi elitası milli yox, şəxsi yönümlü olduğu üçün zərər çəkir. Bu, Ukrayna və ukraynalılar üçün yeni faciələrin açarıdır. Bizim üçün ən yaxşısı bu və ya digər tərəfi tutmadan bunu kənardan izləməkdir. Ermənistanın təxribatlara boyun əyməməsi vacibdir. Biz xarici aktorların deyil, öz dövlətimizin maraqlarına əsaslanan yeni təhlükəsizlik modelinin qurulması mərhələsindəyik. Bizi başqasının müharibəsinə sürükləmək cəhdləri sərt şəkildə, diplomatiya və siyasi liderlik səviyyəsində dayandırılmalıdır. Biz artıq başqasının oyunlarının arenası olmamalıyıq”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:52
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:42
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

16.11.2026 / 22:35
Kremldən hakim partiya deputatlarına tapşırıq gəldi - qələbəyə hazırlaşın...

16.11.2026 / 22:20
Trampın kürəkəninin Serbiyadakı biznesi ləğv edildi

16.11.2026 / 22:14
Rusiyanın Gürcüstan və Ukraynaya hücumlarından əvvəlki vəziyyət yaranır - Avropaya yeni müharibə xəbərdarlığı...

16.11.2026 / 22:11
Fatma Betülün ardından İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlandı

16.11.2026 / 21:58
Trampın oğullarının Qazaxlstanda 1.2 milyard dollarlıq investisiya layihəsi var...

16.11.2026 / 21:50
Ukrayna üzrə növbəti danışıqlar Avropada keçirilə bilər - Aİ ölkələri yeni təkliflər irəli sürdü...

16.11.2026 / 21:32
Polşa Ukrayna danışıqlarında rol aldı - PURL boykotu bitəcək?

16.11.2026 / 21:14
Qaraqoyunlu Cahanşahın ermənilərə simpatiyasının sirləri - Eçmiədzini ermənələrə hədiyyə edənlər...

16.11.2026 / 20:57
İran müharibəsi artıq bitdi...Əsas yekunlar...

16.11.2026 / 20:40
ASB-nin Dublin Zirvəsində Naxçıvanın mühüm bir məsələsi həll edildi...

16.11.2026 / 20:24
Universitet tələbələri ilə görüşən Şərurlu İsfəndiyar hansı qəbahətlərə yol verdi?!...

16.11.2026 / 20:09
Azərbaycanın Strateji tərəfdaşlıq bəyannamələrində tək riskli məqam - analitiklər razılaşmır...

16.11.2026 / 19:53
Avropa siyasi məkanına yeni diplomatik fəallıq fenomeni gəlir...

16.11.2026 / 19:38
ASB-nin Dublin sammitində Əliyev daha bir uğur qazandı - Litva prezidenti açıqladı...

16.11.2026 / 19:24
Türkdilli xalqların ortaq mədəni irsi memarlıq timsalında

16.11.2026 / 19:10
Qara dənizdə içərisində 4 azərbaycanlının da olduğu gəmi vurularaq batırıldı...

16.11.2026 / 18:56
ABŞ-ın Avropadan çəkilməsinə icazə verilmir - Tramp çətinə düşdü...

16.11.2026 / 18:42
Paşinyan Azərbaycanın tam haqlı olduğunu bütün Avropaya bəyan etdi...

16.11.2026 / 18:27
Üç ölkə liderləri Çin görüşünün gündəliyində razılaşa bilmədilər

16.11.2026 / 18:23
Ceyhun Bayramovla Birləşmiş Krallığın XİN başçısı arasında telefon danışığı olub

16.11.2026 / 18:18
AMEA-da Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib - FOTO

16.11.2026 / 18:10
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

16.11.2026 / 18:02
Çin Rusiyadan dəstəyini geri çəkir, Putinin yeni Yalta arzusu suya düşür...

16.11.2026 / 17:45
Azərbaycanla Britaniya qarşılarında yeni yol açdılar...

16.11.2026 / 17:30
Gələn ildən əmanətçilərin qazancından vergi tutula bilər - faizlər də açıqlandı...

16.11.2026 / 17:17
Avropa yenidən Rusiya qazı üçün milyardlarla dollar ödəyir...

16.11.2026 / 17:12
Əhalinin dərman və ərzaq xərcləri artır...

16.11.2026 / 16:50
Ramiz Mehdiyevi ifrat tərifləyənlər risk aıtındadır – “kardinal” dövlət çevrilişində ittiham olunur...

16.11.2026 / 16:10
Azərbaycan ASB-nin yeni beynəlxalq təşkilata çevrilməsini önəmli saymır - niyə?..

16.11.2026 / 15:57
Hikmət Hacıyev: "Azərbaycan NATO ilə tərəfdaşlığı inkişaf etdirməyə hazırdır" - FOTO

16.11.2026 / 15:20
Ermənistan Rusiyadan qopur, İran o gücdə deyil, Azərbaycanla isə problem var...

16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur - RƏQƏMLƏR

16.11.2026 / 14:32
Devlər Çində Ukrayna problemini yerdən qaldıra bil(məy)əcək... Tərəddüdlər...

16.11.2026 / 14:01
Azərbaycan 2030-cu ildə 27-ci Ümumdünya Enerji Konqresinə ev sahibliyi edəcək...

16.11.2026 / 13:57
Moskvanın sülh üçün maksimalist tələblərinə Aİ-dən maksimalist qarşılıq - Rusiya qoşunları bütün ölkələrdən çıxarılsın…

16.11.2026 / 13:52
Hesablama Palatası cari xərclərin artım tempinə limit qoyulmasını təklif etdi...

16.11.2026 / 13:38
“Bir pəncərə” informasiya sistemi haqqında əsasnamə təsdiq edildi

16.11.2026 / 13:35
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

16.11.2026 / 13:34
“Yüksəliş” müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrıldı

16.11.2026 / 13:30
Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdiriləcək - FƏRMAN

16.11.2026 / 13:21
Rumıniya Qara dəniz regionunun təhlükəsizliyi ilə bağlı Bakı ilə danışıqlar aparacaq...

16.11.2026 / 13:08
Aİ-nin genişlənmə sammitinə Gürcüstandan yalnız səfir dəvət olundu, Tiflis tədbirdən imtina etdi...

16.11.2026 / 12:43
Ukrayna Rostov vilayətində neft bazasını və qazpaylayıcı stansiyanı vurdu...

16.11.2026 / 12:29
Üç qitədəki Strateji Tərəfdaşlarımızın bizə faydaları nə ola bilər?! - Tək bir cümlə...

16.11.2026 / 12:20
Əmək Məcəlləsində dəyişikliklər təsdiqləndi

16.11.2026 / 12:18
İran parlamenti kəşfiyyat nazirinin müctəhid olması tələbini ləğv etdi...

16.11.2026 / 12:15
Prezident İlham Əliyev Dövlət Qulluğu Məcəlləsini təsdiqlədi

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ