çərşənbə günü, 21 oktyabr 2026
     

Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

Image


Azərbaycanın enerji resurslarının Qərbə nəqlində mühüm rol oynayan Gürcüstanın Qərblə münasibətləri kəskinləşməkdə davam edir. İndi həm Avropa İttifaqı, həm də yeni ABŞ hakimiyyəti Gürcüstana təzyiqləri artırır.

Bu şəraitdə Gürcüstanın Azərbaycan və Türkiyə kimi qonşuları ilə əməkdaşlığını daha da dərinləşdirməsinə daha böyük ehtiyac yaranır. Məhz bu ölkələr Gürcüstanın iqtisadi, siyasi çətinliklərinin həllində daha mühüm rol oynamaq iqtidarındadırlar.

Bu arada iyulun 15-də Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının növbəti toplantısı keçiriləcək. Toplantıda Gürcüstan ilə bağlı məsələ yenidən müzakirəyə çıxarılacaq. Avropa Şurasının saytında bildirilir ki, toplantıda XİN rəhbərləri Gürcüstanla bağlı fikir mübadiləsi aparacaqlar. Qeyd edək ki, Aİ-nin XİN başçılarının iyunun 23-də keçirilən toplatısında Gürcüstan ilə bağlı müzakirələr aparılıb. Lakin, Gürcüstana qarşı konkret addımlarla bağlı razılıq əldə olunmayıb. Bu dəfə isə ölkəyə qarşı yeni sanksiyaların tətbiqi gözlənilir. ABŞ da Gürcüstanı sıxışdırır. Vaşinqtonun Gürcüstandakı səfiri vəzifəsindən getməyə hazırlaşan Robin Danniqan bildirib ki, hakim “Gürcü arzusu” partiyasının rəhbərliyi Donald Tramp administrasiyasına hədələyici, təhqiramiz, qeyri-ciddi özəl məktub göndərib və bu məktub Vaşinqtonda çox pis qarşılanıb. Səfir Danniqan Donald Trampın ABŞ prezidenti postunda Co Baydeni əvəz etməsindən sonra iki ölkə arasında əlaqələrin pisləşdiyi barədə danışıb. Bir zamanlar ABŞ-ın yaxın müttəfiqi olan Gürcüstanın Rusiyaya meylli siyasəti və etirazlara qarşı zorakılığı Vaşinqtonu qəzəbləndirib. Danniqan bildirib ki, Tramp administrasiyasının ilk günlərində o, Vaşinqtona səfər edərək yüksək vəzifəli rəsmilərlə görüşüb və daha sonra ikitərəfli münasibətlərin bərpası ilə bağlı ABŞ-ın şərtləri ilə Gürcüstana qayıdıb. Səfir bildirib ki, ABŞ-ın irəli sürdüyü bu şərtlər cəmi iki-üç sadə addımdan ibarət idi və bunlar anti-Amerika ritorikasının dayandırılmasını ehtiva edirdi. Amerikalı diplomat qeyd edib ki, o, bu şərtləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüş zamanı ona çatdırıb. Üç gün sonra isə həmin özəl məktub göndərilib. Danniqanın sözlərinə görə, məktubun məzmunu Tramp administrasiyasını o qədər təəccübləndirib ki, ona cavab hazırlamaq bizə xeyli vaxt lazım olub. May ayında Gürcüstanın baş naziri İrakli Kobaxidze Trampa açıq məktub yazıb və heç bir cavab verilməməsindən şikayətlənib. Həmin açıq məktubda həmçinin Bayden administrasiyası dövründə tətbiq edilən və hələ də qüvvədə olan sanksiyalardan, eləcə də Konqresdə irəli sürülmüş MEGOBARI aktından narazılıq ifadə olunub. Bu qanun layihəsi Gürcüstan hökumətinin fəaliyyətinə və Rusiyaya, eləcə də Çin kimi avtoritar rejimlərə yaxınlaşmasına daha ciddi nəzarəti nəzərdə tutur. Kobaxidze həmçinin Gürcüstanın ABŞ ilə əlaqələri yaxşılaşdırmaq istəyini vurğulayıb. Bu, Tiflis rəsmilərinin dəfələrlə bəyan etdiyi prioritetdir. Lakin əlavə problem daha sonra meydana çıxıb.

ABŞ dövlət katibi Marko Rubio “Gürcü arzusu” partiyasının göndərdiyi özəl məktuba cavab hazırlayıb, lakin Danniqana tapşırıb ki, həmin cavabı Gürcüstanın ən nüfuzlu siyasi fiquru sayılan və Rusiyaya meylli milyarder Bidzina İvanişviliyə təqdim etsin. İvanişvili həm də rəsmi olaraq Kobaxidzenin rəhbərlik etdiyi “Gürcü arzusu” partiyasının qurucusu və “fəxri” lideridir. Lakin İvanişvili səfir Danniqanla görüşməkdən imtina edib, bildirib ki, ABŞ sanksiyaları altında olduğu bir vaxtda belə bir görüşün düzgün olmadığını düşünür. O, əlavə edib ki, bu sanksiyalar onun üçün “şəxsi şantaj” xarakteri daşıyır. Danniqan bildirib: “Əgər bu ölkənin de-fakto lideri ABŞ rəhbərliyi ilə görüşmək və ya Tramp administrasiyasından göndərilən mesajı almaq istəmirsə, o, əslində öz şəxsi maraqlarını gürcü xalqının maraqlarına qarşı qoyur”. Amerikalı səfirə baş nazir Kobaxidze ilə görüş təklif edilsə də, o, bundan imtina edib: “Mənə ABŞ-nin cavabını baş nazirə çatdırmağı tapşırmayıblar”. Bayden administrasiyası dövründə təyin olunan Danniqan bu ay vəzifəsini tərk edir və o, bunun şəxsi qərarı olduğunu bildirib. Danniqan “Gürcü arzusu” partiyasının onun ABŞ hökuməti tərəfindən geri çağırıldığı barədə yaydığı iddiaları dezinformasiya adlandıraraq təkzib edib. 2023-cü ilin oktyabrında Gürcüstana gəldiyi vaxtdan bəri baş verən dəyişiklikləri dəyərləndirən Danniqan bildirib ki, İvanişvili ilə görüşmək üçün qısa müddətlik bir imkan yaranmışdı, lakin bu imkan ötənilki Gürcüstan parlament seçkiləri səbəbindən puça çıxıb. “Gürcü arzusu” qalib gəldiyini iddia etsə də, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı seçki prosesinin səslərin satın alınması, seçki karuseli, fiziki zorakılıq və hədə-qorxu halları ilə keçdiyini bildirib. Ölkənin təhlükəsizlik qüvvələri kütləvi etirazlara zorakı müdaxilə edib, bu da 2024-cü ilin dekabrında ABŞ sanksiyalarına səbəb olub. Danniqan Gürcüstanda qanunun aliliyi və media azadlığı ilə bağlı narahatlıqlarla yanaşı, siyasi müxalifət liderlərinin həbsi, vətəndaş cəmiyyətinin hədəfə alınmasını vurğulayaraq vəziyyətin bu gün çox çətin olduğunu bildirib: “Hökumətlərimiz arasında münasibətlər çox çətin vəziyyətdədir və mən hesab edirəm ki, Gürcüstanın reputasiyası həqiqətən də zədələnib”. Səfir Vaşinqtonun Tiflisə qarşı mövqeyini sərtləşdirəcəyinə inandığını söyləyib. Mayda MEGOBARI aktı Nümayəndələr Palatası tərəfindən təsdiqlənib və indi Senatdadır. Danniqan bildirib: “Mən Senatdakı bir neçə adamdan eşitmişəm ki, onlar, nəhayət, bu aktın keçəcəyinə inanırlar. Bu, qismən də olsa, Gürcüstanın reputasiyasına nələrin baş verdiyini göstərir”. Hesab olunur ki, Qərb tərəfindən sıxışdırlan Gürcüstan Azərbaycan kimi qonşusu ilə əməkdaşlığa ehtiyacı daha da artacaq. Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərar üzündən...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu da İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ