çərşənbə günü, 21 oktyabr 2026
     

ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

Image


Abutalıb Səmədov: “Rusiya ilə Azərbaycan arasında baş verən son hadisələrin də bu məsələ ilə bağlı olduğunu…”

Baki-xeber.com-un məlumatına görə, bu günlərdə Karnegi Fondu diplomatik mənbələrə istinadən məlumat yayıb ki, ABŞ prezidenti Donald Trampın administrasiyası İrəvan və Bakıya Ermənistan ərazisindən Naxçıvanı Azərbaycana birləşdirən yolun açılmasını təklif edib. Karnegi Fondunun analitiki Olesya Vardanyan iki xarici diplomata istinadən məlumatı təsdiqləyib.

Həmin mənbələrə görə, Amerikanın təklifi 2008-ci il müharibəsindən sonra Rusiya və Gürcüstan arasında nəqliyyat xətlərinin işə düşməsi üçün Avropa İttifaqının illər öncə təklif etdiyi versiyaya bənzəyir. Buna əsasən, tərəflər Abxaziya və Cənubi Osetiya bölgələrindən keçən marşrutların idarə edilməsini müstəqil İsveçrə şirkətinə təhvil verməli idilər. Öz növbəsində, həmin şirkət bütün maraqlı tərəflərə logistik məlumatları ötürməli idi. Avropa İttifaqı sonradan İrəvan və Bakıya bu presedentdən istifadə etməyi təklif edib. Lakin bu xüsusda müzakirələr Ermənistanın təxribatçı mövqeyi üzündən pozulub. İndi məsələ ABŞ tərəfindən yenidən gündəmə gətirilir. ABŞ-da nəzərə alınır ki, Rusiyadan keçən marşrutlara alternativ ola biləcək, Çini Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən Orta Dəhliz, xüsusilə Moskvanın Ukraynaya təcavüzündən sonra böyük əhəmiyyət kəsb edir. Bu marşrutun bir hissəsi məhz Zəngəzur dəhlizi ola bilər. Karnegi Fondunun məlumatına əsasən, rəsmi Bakı dəhlizlə bağlı müvafiq müzakirələrin aparılmasına etiraz etmir. Qurum bildirir ki, Bakının yanaşmasına əsasən, proses Azərbaycanı öz anklavı Naxçıvanla birləşdirəcək cənub yolunun açılmasından başlamalıdır. Karnegi Fondu onu da diqqətə çatdırır ki, indiki şəraitdə təqdim olunan Amerika təklifi yolun idarə edilməsinin xarici, özəl şirkətə verilməsini nəzərdə tutan Avropa təklifinə bənzəyir: “Eyni zamanda, Vaşinqtonun təklifi Amerika məntiqinə söykənir, ona görə də müqavilənin təminatçısı, məsələn, Ukraynada nadir metallar sövdələşməsində artıq baş verdiyi kimi, Amerika biznesi olmalıdır. Amma bu variantın reallaşması üçün Vaşinqton böyük səylər göstərməli olacaq”. O da vurğulanır ki, Amerika modeli ilə razılaşmaq üçün İrəvana təzyiq göstərilməsi əsas variantlardan biridir. Bu halda İrəvan marşrutun Ermənistan hissəsinə nəzarət tələbindən imtina etməli olacaq. Qeyd edilən variantın daha real olduğunu əsas gətirən Karnegi Fondu bildirir ki, Ermənistan da, çox güman, buna razılıq verəcək. Çünki nəticədə ölkə uzun müddətdir düşdüyü təcrid vəziyyətindən çıxacaq. Azərbaycanla sülh və əməkdaşlıq şəraitində yaşamaq da Ermənistana xeyli üstünlüklər qazandıracaq. Karnegi Fonduna danışan ABŞ rəsmilərindən biri qeyd edib ki, müzakirələr hələ ilkin mərhələdə olsa da, uğurlu nəticəyə ümid böyükdür: “Tramp hətta buna görə Nobel mükafatı da qazana bilər”.

Amma bütün bunlar Rusiyada ciddi narazılıq yaradır. Moskva Zəngəzur dəhlizinə nəzarətin ABŞ-ın hansısa logistika şirkətinə həvalə edilməsini istəmir. Amerika planı Rusiyanın həm danışıqlar masasından, həm də dəhlizin həyata keçirilməsindən tamamilə kənarlaşdırılmasını nəzərdə tutur ki, bu da Moskvanın Cənubi Qafqazda təsirini azaltmağa hesablanmış qərardır...

Son məlumatlar göstərir ki, Karnegi Fondu da belə bir ideya ilə çıxış edib ki, Zəngəzur dəhlizi hansısa bir Amerika şirkətinin və yaxud kiminsə nəzarətinə verilsin. Görsənir ki, bu məsələ ciddi məsələdir, vaxtilə hətta 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsi dövründə də Avropa Gürcüstanla Rusiya arasında Abxaziyadan, Cənubi Osetiyadan keçən kommunikasiyaların bir İsveçrə şirkətinin nəzarəti altında açılması ideyasını vermişdi. Həmin ideyanı bu gün Karnegi Fondu Zəngəzur dəhlizində də təklif edir.

Burda əsas görsənən odur ki, bu məlumatlar ciddidir. Rusiyanın indiki şəraitdə Azərbaycana qarşı bu qədər qanunsuz, təzyiq xarakterli addımlar atması onunla bağlı ola bilərmi ki, Rusiya Zəngəzur dəhlizinin Qərbin nəzarəti altına keçməsi ehtimalından narahatdır və Azərbaycana da təzyiqlərin kökündə dayanan məqamlardan biri budur? Bu versiya mümkündürmü?

“ABŞ-ın elə bir planı olsa və bu Ermənistana təklif olunsa”…

Məsələyə şərh verən "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə bildirdi ki, Zəngəzur dəhlizinin ABŞ-ın hansısa şirkətinin nəzarətinə verilməsi ehtimalı qeyri-mümkündür: “Buna nə Rusiya, nə İran, nə də Ermənistan gedər. Məlumdur ki, 10 noyabr sənədinə görə, Zəngəzur dəhlizinə nəzarəti Rusiya sərhədçiləri həyata keçirməlidir. Rusiya İranın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı bir dövlətdir. İran Ukrayna müharibəsində Rusiyanın yanında olub, ona hər cür yardım göstərib, eyni zamanda son İsrail-İran qarşıdurması zamanı Rusiya da mümkün yardımı İrana göstərdi. Söhbət, təbiidir ki, diplomatik dəstəkdən gedir. Bu qədər İranla Rusiya yaxın dövlətlərdir. Ancaq İran yola Rusiyanın nəzarət etməsinə kəskin etiraz etdi, İran İslam İnqilabı Keşikçiləri Korpusu hətta xüsusi bəyanat verərək Rusiyanı müharibə ilə hədələdi. İran üçün Zəngəzur dəhlizi o qədər böyük əhəmiyyətə malikdir. Üstəlik, bugünlərdə ABŞ İrana ağır bomba zərbəsi endirdi və münasibətlərin yaxşı olduğunu söyləmək mümkün deyil. Belə bir şəraitdə İran ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsinə razılıq verərmi? Üstəlik dəhlizə nəzarəti silahlılar həyata keçirməlidir. Belə silahlı dəstənin, silahlı qrupun Ermənistan ərazisində olmasına Rusiya və İran razılıq verməz. Üstəlik onu da nəzərə almaq lazımdır ki, Rusiya ilə Ermənistan arasında imzalanmış hərbi baza haqqında müqaviləyə görə, Ermənistan ərazisinə hər hansı bir silahlı qrupun gətirilməsinə Rusiya razılıq verməlidir. Rusiyanın razılığı olmadan Ermənistan ərazisinə heç bir silahlı qruplaşma gələ bilməz”.

A.Səmədov qeyd etdi ki, 43 kilometrlik sahəni də nəzarətdə saxlamaq üçün kifayət qədər silahlı hərbçiyə ehtiyac var. A.Səmədovun sözlərinə görə, bu da nə Rusiyanın, nə də İranın maraqlarına cavab verir. “Nəzərə alsaq ki, Rusiya son günlər ABŞ-ın mövqeyi ilə o qədər də razılaşmır. Tramp, hətta Rusiyanın təkliflərinin böyük hissəsini dəstəkləsə də, Putin dayanmaq istəmir. Tramp da bu məsələdə öz acizliyini etiraf etdi. Bu səbəbdən Rusiyanın razı olacağını mümkün saymıram və buna imkan da verməz. 2008-ci ildə Gürcüstanıa bağlı verilən təklif son nəticədə Gürcüstanın ərazilərinin işğalına gətirib çıxardı, Ermənistan çox güman ki, bunu da nəzərə alır və istəməz ki, onun da ərazisinin bir hissəsi işğal olunsun. İran Ermənistan üçün həyati əhəmiyyətə malik bir dövlətdir. Ermənistan İranın istəyinin ziddinə olaraq hər hansı bir addım atmaz. ABŞ-ın elə bir planı olsa və bu Ermənistana təklif olunsa İrana görə Ermənistan bu addımı atmaz. Heç güman etmirəm ki, ABŞ-da belə bir planın reallaşmasında maraqlı olsunlar. Çünki dəfələrlə deyilib, ABŞ özünün əsas rəqibi olaraq Çini görür və ilk növbədə Çinin iqtisadi inkişafından çox ciddi narahatlıq keçirir. Onun qarşısını almaq üçün yollar axtarır. Zəngəzur dəhlizi Çini Avropaya birləşdirən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir. ABŞ Çinin iqtisadi inkişafına təkan verəcək beynəlxalq nəqaliyyat dəhlizlərinin işləməsində maraqlı deyil. Bu səbəbdən Zəngəzur dəhlizinin təklif olunan variantda işə düşməsi də ABŞ üçün ən azından əhəmiyyətli bir variant sayıla bilməz. Çünki Zəngəzur dəhlizinin açılması Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin daha səmərəli işləməsinə şərait yaradır və daha çox yüklərin daşınmasına, əlavə ölkələrin bu prosesə qoşulmasına imklan verir. Söhbət həm Ermənistandan, həm İrandan gedir, onlar da bu dəhlizə qoşula bilərlər. Bu da Çinin reallaşdırmağa çalışdığı “bir kəmər, bir yol” layihəsinin daha sürətlə reallaşmasına imkan verə bilər. ABŞ bunda qətiyyən maraqlı deyil. Bu səbəbdən güman etmirəm belə bir ideya alınsın. Kifayət qədər böyük qüvvəllər bu ideyanın reallaşmasında maraqlı deyillər və onlar buna imkan verməzlər. Üstəlik o da nəzərə alınmalıdır ki, İran Azərbaycan ərazisində bir fermanın tikilməsindən böyük bir hay-küy qaldırıb və orda “kəşfiyyat mərkəzi fəaliyyət göstərir” deyib. İndi silahlıların Ermənistan ərazisinə gəlməsinə, orda yerləşməsinə imkan verərmi? Əlbəttə verməz. Güman edirəm ki, belə ideyanın real olmadığını hamı yaxşı anlayır.

Rusiya ilə Azərbaycan arasında baş verən son hadisələrin də bu məsələ ilə bağlı olduğunu güman etmirəm. Azərbaycanla Rusiya arasındakı gərginliyin səbəbi yaxşı məlumdur. Ötən ilin dekabrında “AZAL”-ın sərnişin təyyarəsinin vurulması və Rusiyanın beynəlxalq hüquqa laqeydliyi, üzr istəməməsi, təzminat ödəməməsi və günahkarların cəzalandırılmaması, ondan sonra Azərbaycanın atdığı addımlar və Rusiyanın bu cür cəsarətli mövqe tutan bir dövlətə təzyiq cəhdləri. Azərbaycanla Rusiya arasında olan gərginliyin səbəbi budur. Çox güman, baş verən hadisələr Rusiyanı da müəyyən reallıqları anlamağa sövq etdi. Yəqin ki, yaxın vaxtlarda münasibətlərin normallaşması mümkün olacaq. Güman etmirəm ki, Zəngəzur dəhlizi ilə bağlı hansısa fondun verdiyi ideya bu cür böyük gərginliyə səbəb olardı. Nəzərə alsaq ki, o ideya o qədər də reallıqlara söykəmir və ciddi sayıla bilməz”-deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərar üzündən...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu da İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ