ABŞ kəşfiyyatından xəbərdarlıq – Rusiya Ukraynaya genişmiqyaslı qisas hücumuna hazırlaşır...

Ukraynanın Rusiyanın hərbi hava bazalarına son hücumu ilə bağlı danışan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bu hücuma qarşı bütün variantların masa üzərində olduğunu deyib.
Ryabkov bildirib ki, Rusiya Müdafiə Nazirliyi bu hücumlara cavab olaraq görüləcək mümkün tədbirlərə bağlı qərar verəcək. Ryabkov bu açıqlama ilə Rusiyanın mümkün qisas ehtimalına işarə edib.
Putin də Trampla dünən baş tutatn telefon danışığı zamanı Ukraynanın hücumuna cavab veriləcəyini bildirib.
Bu arada, Amerika kəşfiyyatı Rusiyanın Ukraynaya qarşı mümkün genişmiqyaslı cavab hücumuna hazırlaşdığını açıqlayıb. “New York Times” qəzetinin yazır ki, Rusiyanın hücumlarının necə olacağı hələlik bəlli deyil.
ABŞ rəsmiləri hesab edir ki, Rusiya pilotsuz uçuş aparatları ilə hücumları artıra və ya orta mənzilli ballistik raketlərlə yeni dalğalar başlada bilər. Xüsusilə mümkün hədəflər arasında Ukraynanın enerji şəbəkəsinin olduğu bildirilir. Son fasilələr və infrastruktura əvvəlki hücumlar bu ssenarini gücləndirir.
Amerika kəşfiyyatı Rusiyanın hansı nöqtələrə və nə dərəcədə zərbə endirəcəyi ilə bağlı dəqiq heç nə açıqlamır. Bununla belə, Ukraynanın müdafiə sistemləri və Qərbin hərbi dəstəyi mümkün hücumun təsirini məhdudlaşdıra bilər.
Ekspertlər Rusiyanın bu addımının həm hərbi, həm də psixoloji təsir göstərə biləcəyini, Kiyev administrasiyasının isə mümkün ssenarilərə hazırlaşdığını deyirlər.
Xatırladaq ki, Ukrayna bir neçə gün əvvəl hərbi hava bazalarına hücum edib. Kütləvi dron hücumları nəticəsində bir çox döyüş təyyarəsi sıradan çıxarılıb. Rusiya hərbi bloqları və sosial media kanalları hücumu “Rusiyanın Pörl Harbor”u kimi şərh ediblər. Bəzi rus şərhçiləri ABŞ-ın 1941-ci ildə “Pörl Harbor”a hücuma verdiyi sərt cavabı xatırladaraq, oxşar cavab tədbirləri görməyə çağırıblar.
TAHİR