Cümə axşamı günü, 22 oktyabr 2026
     

"Kilsəni Paşinyana qarşı qaldıran Bakıdır" - İddia...

Image


Ermənistanda hakimiyyətlə kilsə daxilində qarşıdurma davam edir. Belə görünür ki, baş nazir Nikol Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini, konkret olaraq II Qaregini taxtından salmaqda israrlıdır. Məhz belə bir vaxtda Paşinyan II Qareginə qarşı daha bir sərt ittiham irəli sürüb. O qeyd edib ki, II Qareginin subaylıq andını pozduğu və övladının olduğu məlum olarsa, o, bütün ermənilərin katolikosu ola bilməz.

Paşinyan hər kəsin şəxsi və ailə həyatının məxfiliyinə hörmətlə yanaşdığını bildirib: “Lakin bütün ermənilərin katolikosunun bu cür şəxsi həyatı ola bilməz. Mən bu problemi Erməni Apostol Kilsəsinin davamçısı kimi qaldırıram, çünki bunu mənəvi təhlükəsizlik problemi kimi görürəm. Bu sözləri həm də Ermənistanın baş naziri kimi deyirəm, çünki bunu dövlət təhlükəsizliyi problemi kimi görürəm”. Ekspertlər qeyd edir ki, Ermənistan hökumətinin başçısının əlində faktlar var. Bununla da o, II Qaregini küncə sıxmağa çalışır. Qeyd edək ki, bundan əvvəl Paşinyan və həyat yoldaşı Anna Akopyan Facebook səhifələrində Erməni Apostol Kilsəsinin nümayəndələrinə qarşı kəskin alçaldıcı ifadələrlə çıxış ediblər. bu günlərdə Paşinyan sosial şəbəkələrdə beş post paylaşaraq, din xadimlərini, senzurasız ifadə istifadə edərək, Ermənistanda neçə yepiskopun nikaha girməməklə bağlı anda sadiq olduğunu soruşub. Baş naziri həyat yoldaşı da dəstəkləyib, o da öz səhifəsindəki yazılarda din xadimlərini müxtəlif günahlarda ittiham edib. İndi II Qareginin subaylıq andını pozması məsələsi Paşinyanın növbəti hücumu hesab olunur. Baş nazirin Apostol Kilsəsinin liderliyinə namizədlərin xarakter yoxlanışından keçməsi ilə bağlı iddiası da Ermənistanda şok effekti yaradıb.Təhsil naziri Janna Andreasyan Nikol Paşinyanın nöqteyi-nəzərini dəstəkləsə də, icra hakimiyyətinin dövlətin katolikos seçkisində iştirakını necə təsəvvür edəcəəyinə aydınlıq gətirməyib. Konstitusiya Erməni Apostol Kilsəsinin müstəsna missiyasını təsbit edir. Dövlətlə kilsə arasında münasibətləri tənzimləyən qanun kilsənin özünüidarəsini tanıyır. Andreasyan qeyd edib: “Bütün suallar vaxtında öz cavabını alacaq. Kilsə də daxil olmaqla, islahatlara ehtiyac olduğu aydındır. Əgər siz bu problemləri görmürsünüzsə, onda üzr istəyirəm, çünki problemlər göz qabağındadır”. Konstitusiya üzrə ekspert Vardan Poqosyan isə istisna etmir ki, hökumət öz məqsədinə nail olmaq üçün yeni konstitusiya layihəsindən Erməni Apostol Kilsəsinin müstəsna missiyasını tanıyan müddəanı çıxaracaq və bunun əvəzinə katolikos seçkilərində dövlətin iştirakı mexanizmlərini müəyyən edəcək: “Bu, təbii ki, bizim milli və kilsə ənənələrimizə tamamilə zidd addım kimi qiymətləndiriləcək. Yüksək rüsvayçılıq heyrətləndiricidir, bunu hətta Paşinyan və onun əlaltılarından gözləmək belə çətindir. Erməni kilsəsinin əleyhinə bu cür danışan ancaq bizim düşmənlərimizdir”. Parlamentin müxalifətdəki “Hayastan” fraksiyasının üzvü Lilit Qalstyan Paşinyanın kilsə ilə bağlı açıqlamalarını kimliyi məhv etməyə yönəlmiş hərəkət adlandırır: “Bizim şəxsiyyətimizin qorunması və qorunub saxlanması Nikol Paşinyanın yürütdüyü siyasətin əksinədir, bu siyasət yalnız Azərbaycan və Türkiyəni sevindirmək siyasətidir. Kilsə bu gün ən yüksək nüfuza malik milli qurumdur. Paşinyanın təxribatlarına baxmayaraq, erməni xalqının rəğbətini və sevgisini davam etdirən bir qurumun olduğunu görəndə o,sadəcə şok vəziyyətində deyil, əksinə, çaşqınlıq içindədir". Müxalifətçi deputatın fikrincə, dövlətin katolikosun seçilməsi ilə heç bir əlaqəsi yoxdur: “Buradakı seçkini keçirən məclis həm dünyəvi hissədən, həm də ruhanilərdən ibarətdir, dövlətin orada işi yoxdur, oradakı erməni xristian icması öz ali patriarxını seçir”. Baş nazirin aparat rəhbərinin müavini Taron Çaxoyan isə qeyd edir: “Allaha andını inkar edənlər ruhani ola bilməzlər”. Belə bir vaxtda Ali Ruhani Şura bütün ermənilərin katolikosu II Qareginin sədrliyi ilə keçirilən iclasda, özlərinin dediyi kimi, “son günlərdə baş nazirin qızışdırdığı biabırçı anti-kilsə kampaniyasının” dayandırlmasını tələb ediblər. Bununla bağlı Ali Ruhani Şuranın bəyanatında deyilir: "Ermənistanın baş naziri Erməni Apostol Kilsəsinə qarşı növbəti kampaniyaya başlayıb, dövlət xadiminə yaraşmayan sözlər, təhqirlər və ittihamlarla özünü qanundan üstün tutur. Təhqir və nalayiq ifadələrlə dolu nəşrlər elementar insan hüquqlarına zidd, əsaslı insan haqları, dini zəmində kobud pozuntulardır. Bu anti-kilsə mövqeyi açıq-aydın siyasi məqsədlərlə diktə edilib və milli həyatda və beynəlxalq dairələrdə hörmət qazanan erməni kilsəsi və ruhanilərinin nüfuzunu aşağı salmaq, kilsənin səsini susdurmaq və onun ictimai təsirini azaltmaq cəhdidir. Bu cür hərəkətlər cəmiyyəti parçalayır, millətin ruhunu və yüksək vətənpərvərlik şüurunu zəiflədir. Bu cür qınaq doğuran təşəbbüslər Azərbaycan təbliğat maşını tərəfindən erməni xalqına və erməni kilsəsinə yönəlmiş böhtan və saxta ittihamlarla müəyyən qədər bağlı olmaqla, xarici anti-erməni qüvvələrin ambisiyalarına xidmət edir. Erməni kilsəsi üzərinə götürdüyü öhdəlikləri dərk edərək, mənəvi xilaskarlıq missiyasını, dövlətin və millətin ali maraqlarının, müqəddəs dəyərlərimizin qorunmasını güdərək əzmlə davam etdirəcək”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ