Cümə axşamı günü, 22 oktyabr 2026
     

“Match” telekanallarının Azərbaycanda uzun müddət qanunsuz yayımı hansı ziyanları vurdu...

Image


Azər Həsrət: “Təəssüflər olsun ki, təkcə “Match” telekanalı deyil, Azərbaycana zərər vuran kifayət qədər...”

Azərbaycanın efir məkanında pirat yayımçıların olması bizim informasiya təhlükəsizliyimizə təhdid olmaqla yanaşı, həm də ciddi qanun pozuntusudur.

Pirat yayımçıların mövcudluğunun, vətəndaşları narahat etdiyi kimi, aidiyyəti qurumları da düşündürməli olduğu qənaətindəyik. Demə, uzun müddət imiş ki, efir məkanımızda multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən bir sıra idman televiziya kanalları fəaliyyət göstərib.

Audiovizual Şuranın yaydığı məlumata görə, multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən bir sıra idman televiziya kanallarının ("MATÇ! FUTBOL 1", "MATÇ! FUTBOL 2", "MATÇ! FUTBOL 3", "MATÇ! PREMĞERA", "MATÇ! İQRA", "MATÇ! ARENA", "MATÇ! STRANA", "MATÇ!") çıxarılması ilə bağlı Audiovizual Şuraya vətəndaşlardan müraciətlər daxil olur.

Şuradan bildirilib ki, ilk olaraq qeyd olunmalıdır ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərtilə retranslyasiya edə bilərlər. Qanunvericiliyin bu tələbinə riayət olunmasının təmin edilməsi üçün Audiovizual Şura tərəfindən son illərdə müvafiq işlər həyata keçilir. Bu məqsədlə operatorlarla çoxsaylı görüşlər keçirilib, onlara həm şifahi, həm də yazılı olaraq müvafiq tövsiyələr verilib. 2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək retranslyasiya paketlərinin monitorinqləri nəticəsində qeydə alınmış pozuntulara görə 20-dən çox operator barədə inzibati xəta haqqında protokol tərtib edilib və müvafiq məhkəmələrə göndərilmişdir. Məhkəmə qərarlarına əsasən həmin operatorların hərəsi 5000 manat cərimə olunub.

Bundan başqa, Audiovizual Şuranın apardığı araşdırmalardan məlum olub ki, yuxarıda adları qeyd olunan idman kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ yoxdur. Həmçinin, həmin kanallarda yayımlananan bir sıra beynəlxalq idman yarışlarının ölkəmizdə müstəsna yayım hüququ bir sıra yerli yerüstü və platforma yayımçıları tərəfindən alınıb və onların televiziya kanallarında həmin yarışlar təqdim olunur. Müstəsna və qeyri-müstəsna yayım hüququ əldə etmiş yayımçıların Audiovizual Şuraya etdikləri müraciətlərdən, habelə hazırda davam edən məhkəmə proseslərindən də aydın olur ki, "MATÇ TV" kanallarının ölkəmizdə faktiki olaraq "pirat" yayımı onların qanunla qorunan mənafelərinə və iqtisadi potensialına ciddi ziyan vurur. Ümumiyyətlə, xarici televiziya kanallarının Azərbaycan Respublikası ərazisində operatorlar tərəfindən qanunsuz (icazə və ya razılaşma olmadan) retranslyasiyası ölkəmizin də bu sahədə imicinə ciddi xələl gətirir.

Qeyd olunan məsələləri nəzərə alaraq, Audiovizual Şura 13 may 2025-ci il tarixində bir daha multipleks və platforma operatorlarına rəsmi müraciət edərək retranslyasiya paketlərində "pirat" kanalların (o cümlədən, yuxarıda adları çəkilən idman kanallarının) yayımını dayandırmağı tələb edib və 01 iyun 2025-ci il tarixindən bu tələbə riayət etməyən operatorlara qarşı qanuna uyğun tədbirlərin görüləcəyini bildirib.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu və həmin sənədin Audiovizual Şuraya təqdim edilməsi halında retranslyasiya oluna bilər.

Audiovizual Şura bildirir ki, dəfələrlə bu platformalarla söhbətlər aparılıb. Deməli bu kanal, bu platforma yayımçıları illər uzunu pirat televiziyaların verilişlərini Azərbaycan efir məkanında retransilyasiya ediblər, yayımlayıblar.

Onlarla dəfələrlə söhbət aparılıbsa bu niyə indi bağlanılıb? Niyə dərhal bağlanmayıb? Niyə Azərbaycanın informasiya məkanında heç bir hüquqi səlahiyyəti olmayan xarici televiziyalar yayımlanmalıdır, pul qazanmalıdır? Bunun məsuliyyətini kim daşımalıdır? Niyə Audiovizual Şura bunu vaxtında bağlamayıb? Niyə vaxt keçməlidir ki? Bu nə məsələdir?

Söhbət hansı yayımçılardan gedir, bunu hansı televiziyalar yayır? Yaxsi, bildik ki, “Match” televiziyanın proqramları yayılıb. Bəs bunu retransilyasiya edənlər kimdi? Hansı minultipleyslərdir, yaxud hansı platforma yayımçılarıdır? Bunların adları, ünvanları nədir?

“Bu sahədə vəziyyəti Dövlət Təhlükəsizlik Xidməti nəzarətə almalıdır”

Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə “Təkcə “Təəssüflər olsun ki, təkcə “Match” telekanalı deyil, Azərbaycana zərər vuran kifayət qədər telekanal var və onlar pullu olaraq tamaşaçılarımıza sırınır. Söhbət qanuni və qanunsuz fəaliyyət göstərən kanallardan gedir.

İllərdir həyəcan təblili çalırıq ki, özəlliklə də Rusiyanın antiazərbaycan ovqatlı, zərərli televiziya kanallarını Azərbaycanda kabel yayımçıları bizim evlərimizə zorla soxmaqla məşğuldurlar. Özü də o kanalların bir çoxunda söz sahibi ermənilərdir. Yəni bəzilərinin sahibi, bəzilərinin baş redaktoru, bəzilərinin işçi heyətinin vacib vəzifəliləri ermənilərdir. Həmin kanalları Azərbaycanın kabel televiziya yayımçıları evlərimizə, özü də bizim pulumuzla gətirib çıxarır”-deyə bildirdi.

A.Həsrət təəssüf hissi ilə bildirdi ki, bu da nəticə etibarı ilə Azərbaycanda yetişməkdə olan nəslin antiazərbaycan ovqata köklənməsinə səbəb olur. “Bu çox ciddi təhlükədir. Kimlərsə pul qazanır, kimlərsə bu pulu qazanmaq üçün kiməsə arxalanır və həmin o arxalandıqları kimlərsə də çox yüksək vəzifədədir, dövlət qurumlarındadır, böyük pullara sahibdir. Beləliklə də, antiazərbaycan təbliğat evimizin içinə qədər gəlib çıxır. Nə var-nə var, kimlərsə pul qazanacaq. O adamlar pul qazanmaqla milli maraqları bir-birindən ayrıd edə bilmirlər. Onlar üçün ümumiyyətlə milli maraq deyilən bir şey yoxdur, təki pul olsun. Hətta erməninin antiazərbaycan təbliğatını da gətirib bizə satmağa hazırdır. Təki pul qazansınlar. Ona görə də düşünürəm ki, özəlliklə də Azərbaycanın ən yüksək səviyyəli müvafiq dövlət qurumları bu məsələ ilə məşğul olmalıdır. Sadəcə Audiovizual Şuradan hər şeyi tələb edib nəticə əldə edə bilməyəcəyik. Çünki onların səlahiyyət çərçivəsi o qədər də geniş deyil. Üstəlik də, bəzən Şura hansısa addımı atmaq istəyəndə “çox yüksək səviyyələrdən onlara zəng də gələ bilir” deyə ehtimal edirəm. Çünki Azərbaycanda həmişə belə hallar olub. Ona görə də hətta hesab edirəm ki, bu sahədə vəziyyəti Dövlət Təhlükəsizlik Xidməti nəzarətə almalıdır. Yəni o kabel televiziya yayımçıları ilə ciddi iş aparılmalıdır, onlar hamısı dəvət edilməlidir, onların qarşısına bütün o siyahılar qoyulmalıdır və siyahıdakı antiazərbaycan kanallarının hamısı təmizlənməlidir. Hətta deyərdim ki, Rusiya kanalları büsbütün yayımdan çıxarılmalıdır. Çünki Azərbaycana normal yanaşan bir dənə də telekanalları yoxdur, arada-sırada bəzi verilişlərinə baxmayın, ümumi münasibət Rusiyanın münasibətidir. Bu da antiazərbaycandır. Ona görə də o kanalları pulla gətirib bizim tamaşaçıya satıb yetişməkdə olan nəsli antiazərbaycan ovqata kökləməməlidirlər. Yəni cərimə, cəza - bunlar boş şeylərdir. Dövlət siyasəti olmalıdır, yeri gələndə dövlətin yumruğu olmalıdır. Bunun adı senzura deyil. Baxın, Ukrayna o məsələni kökündən həll etdi. Ukraynanın kabel yayımçıları bir dənə də olsun rus kanalını yaymırlar. Məsələn, mən internet üzərindən Ukraynadan yayım paketi alıram, bir dənə də rus kanalı yoxdur. Rus dilində kanallar var, amma Rusiyanın iyrənc təbliğat aparan heç bir telekanalı o paketdə yoxdur. Bunu Azərbaycanda niyə etmirik? Baxırsan ki, kabel yayımçılarının təklif etdiyi kanalların az qala 50 faizi, bəzən daha çoxu Rusiya yayımıdır. Biz burada Rusiyadan qurtulmaq istəyirik, bu adamlar öz pulumuzla gətirib evimizin içinə qədər Rusiyanı soxmaqla məşğuldurlar. Təbiidir ki, bu işlə DTX məşğul olmalıdır, onda bütün bu məsələlər kökündən öz həllini tapacaq, o yayımla məşğul olanlar aşkarlanacaq, cəza mexanizmləri və sair nəticə verəcək” - deyə A.Həsrət qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ