Aİ Rusiya nefti daşıyan Azərbaycan tankerinə sanksiya tətbiq etdi

Avropa İttifaqı Azərbaycanın “Zəngəzur” tankerini sanksiya siyahısına əlavə edib.Aİ-nin rəsmi internet saytında verilən məlumata görə, gəmi “Rusiya mənşəli və ya Rusiyadan ixrac edilən, qeyri-standart və yüksək riskli daşıma təcrübələri ilə məşğul olan xam neft və ya neft məhsulları daşıyır”.
Mayın ortalarında “Zəngəzur” Böyük Britaniyanın sanksiyalar siyahısına əlavə edilib ki, bu da başqa məqamlarla yanaşı, ölkənin hər hansı limanlarına girişin qadağan edilməsi deməkdir. "Zəngəzur”un məqsədi Ukraynada sabitliyi,ərazi bütövlüyünü, suverenliyini və ya müstəqilliyini pozmaq və ya təhdid etməkdir. “Daha doğrusu, Zəngəzur Rusiya mənşəli neft və ya neft məhsullarının Rusiyadan üçüncü ölkəyə daşınması ilə məşğuldur. Böyük Britaniya hökumətinin sənədlərində belə deyilir". Eyni zamanda, Rusiya neftinin ticarətində şübhəli bilinən beş Azərbaycan vətəndaşı və Rusiya neftinin ticarəti ilə məşğul olan iki şirkət - BX Energy və Nord Axis LTD Böyük Britaniyanın stansiyalar siyahısına əlavə edilib. Britaniya hakimiyyətinin məlumatına görə, bu şirkətlər sanksiya siyahısına daxil edilmiş azərbaycanlılardan biri olan Etibar Əyyubla bağlıdır. “Zəngəzur”da Azərbaycan bayrağı dalğalanır. Hal-hazırda Egey dənizindədir və təyinat yeri olaraq Türkiyənin Əliağa limanı göstərilir. MagicPort portalının məlumatına görə, bu təşkilat yalnız bir gəmiyə - tankerə sahibdir.
Surxay Əliyev