ABŞ İrana qarşı sərt sanksiyaları dayandırdı

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinə fasilə verilməsi barədə göstəriş verib. Ötən həftə Ağ Evin mətbuat katibi Karolayn Lİvitt Dövlət Departamentinə, Maliyyə Departamentinə və Milli Təhlükəsizlik Şurasına "İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətləri dayandırmağı" tələb edən direktiv göndərib. Nəticədə ABŞ prezidenti Donald Trampın İslam Respublikasına “maksimum təzyiq” göstərmək kampaniyası faktiki olaraq dalana dirənib. Lİvittin müavini Anna Kelli məlumatı birbaşa təkzib etməyib, lakin bildirib ki, “ya Ağ Ev, ya da müvafiq departamentlər sanksiyalarla bağlı hər hansı yeni qərarı elan edəcək”. Bəzi rəsmilər hesab edirlər ki, yanaşmanın məqsədi “İranın nüvə proqramı ilə bağlı incə danışıqlar fonunda” gələcək məhdudiyyətləri diqqətlə nəzərdən keçirməkdir.
Surxay Əliyev