Cümə axşamı günü, 22 oktyabr 2026
     

Rusiya erməniləri ittifaqı da Paşinyanın üstünə qaldırıldı...

Image


Sahil Kərimli: “Rusiya Paşinyan hakimiyyətinə qarşı çox ciddi təsirlər və təzyqilər göstərmək niyyətini ortaya qoyub”

Ermənistanın baş naziri Nikol Paşinyanın erməni kilsəsinə qarşı müharibə elan etdiyi məlumdur. 2018-ci ildən kilsə ilə Paşinyan arasında baş verən qarşıdurma bu gün də davam edir. Paşinyanla Qriqoryan kilsəsinin səngimək bilməyən müharibəsinə həm daxili, həm də xarici qüvvələr qoşulub, onlar daha çox kilsəni müdafiə etməklə məşğuldurlar.

Ermənistandakı bəzi siyasilər erməni Qriqoryan kilsəsini təhqir etdiyinə və bu qurumun işinə müdaxilə etdiyinə görə Nikol Paşinyana qarşı cinayət işinin açılmasını da istəyirlər. Hətta bununla bağlı Ermənistanın baş prokuroruna da müraciət edilib.

Rusiya Erməniləri İttifaqı da Paşinyana qarşı mübarizə edənlərin tərəfində yer alıb və bu qurum da erməni kilsəsinin müdafiəçisi kimi çıxış edib.

Belə ki, Rusiya Erməniləri İttifaqı dünya xristianlarının Rəbbin dirilməsi bayramını qeyd etdiyi günlərdə Paşinyanın dilindən erməni Qriqoryan kilsəsinin ruhanilərinə qarşı səslənən təhqiramiz ifadələri qəbuledilməz hesab etdiyini bəyan edib.

Bəyanatda bildirilir ki, əsas qanununda kilsə ilə dövlətin ayrılması prinsipini təsbit edən bir ölkənin baş naziri ilk dəfə deyil ki, konstitusiya prinsiplərinə təcavüz edir. “Ermənistan Respublikası bütün ermənilərin katolikosunun seçilməsində həlledici söz sahibi olmalıdır”.

Baş verənlər daha çox ictimaiyyəti real çağırışlardan, ekzistensial təhdidlərdən və problemlərdən yayındırmağa yönəlmiş manevrə bənzəyir, onların həlli Ermənistan hökumətinin qayğısı olmalıdır. “...Paşinyanın Erməni Apostol Kilsəsinə (əslində erməni Qriqoryan kilsəsi-İ.S) qarşı açıq və həyasızcasına işlətdiyi nalayiq ifadələr, ilk növbədə, məqsədini unudaraq erməni kimliyinə və dövlətçiliyinə qarşı biabırçı səlib yürüşünün başında dayanan ölkənin baş naziri institutunu dəyərdən salır” - deyə bəyanatda bildirilir.

Bəyanatdan da göründüyü kimi Rusiya Erməniləri İttifaqı Paşinyana qarşı səfərbər edilib və bu qurum ona yönəlik ittihamlar irəli sürür.

Məsələnin arxasında Rusiya dayana bilərmi?

“Rusiya Erməniləri İttifaqının Paşinyana qarşı elan etdiyi bu müharibənin arxasında Rusiyanın mərkəzi hakimiyyəti dayanır”

Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, son aylar Rusiyanın Cənubi Qafqazda fəallaşmaq, xüsusilə də Ermənistan üzərindən yeni geosiyasi gedişlər etmək istəkləri daha çox sezilir. “Biz hazırda Rusiya tərəfindən Ermənistan hakimiyyətinə qarşı təzyiqlər edildiyini açıq-aydın şəkildə görürük. Məlum olduğu kimi, Paşinyan hakimiyyətə gəldiyi gündən indiyə qədər Qərb və Avropa meyilli siyasət həyata keçirib. Bir növ ABŞ-ın, xüsusilə də Avropa İttifaqının (Aİ) bir sıra ölkələrinin təzyiqi altında öz siyasətini müəyyənləşdirib”.

S.Kərimlinin sözlərinə görə, bu siyasət də həm Ermənistanın müttəfiqi olaraq, həm də Ermənistanda çox böyük təsir imkanlarının və rıçaqlarının olduğu ölkə kimi Rusiyanı ciddi şəkildə narahat edib, hiddətləndirib. “Nikol Paşinyanın Rusiyaya belə zərbə vurması, ona arxa çevirməsi, Qərbyönümlü mövqe tutması Rusiyada qıcıq doğrub. Rusiya da son dövrlərdə bu istiqamətdə çox ciddi addımlar atmağa başlayıb və Ermənistanın yenidən Rusiyanın təsiri altına qaytarmaq üçün çox ciddi cəhdlər göstərdiyini görürük. Xüsusilə də bir neçə gün bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun da Ermənistana səfər etməsi, bir çox görüşlər keçirməsi, danışıqlar aparması və hətta müəyyən təxribatçı bəyanatlar səsləndirməsi də bunun bariz nümunəsi kimi qiymətləndirilə bilər. Nikol Paşinyanın hakimiyyətdən devrilməsi istəyi, Rusiya meyilli qüvvələrin, xüsusilə də Köçəryan, Sərkisyan və digər radikalların aktivləşdirilməsi, onların yenidən ayaqlandırılması bunu göstərir ki, Rusiya Paşinyan hakimiyyətinə qarşı çox ciddi təsirlər və təzyqilər göstərmək niyyətini ortaya qoyub. Bu təsirlər artıq açıq-aşkar görünür. Hətta Paşinyanın qarşıdakı seçkilərdə də hakimiyyətdən uzaqlaşdırılması məsələsi aktuallaşıb. Rusiyanın birbaşa boyunduruğu altında olan Ermənistandakı müəyyən siyasi dairələrin indidən fəallaşdırılması bunu göstərir ki, Rusiya Paşinyan hakimiyyətini devirmək niyyətindədir. Əgər Paşinyan Qərb meyilli siyasətini yenidən davam etdirəcəksə bu onun sonunu gətirən əsas amillərdən biri olacaqdı”.

S.Kərimli bildirdi ki, Rusiya Erməniləri Təşkilatı adlı bir qurum son günlər Paşinyana qarşı ağır ittihamlar irəli sürür: “Rusiya Erməniləri İttifaqının Paşinyana qarşı elan etdiyi bu müharibənin arxasında Rusiyanın mərkəzi hakimiyyəti dayanır. Yəni Rusiyada yaşayan ermənilər bu ağır ittihamedici bəyanatla Paşinyana təsir etməyə çalşırlar. Bu da sözsüz ki, Rusiyanın sifarişi ilə həyata keçirilir. Bu ittifaq erməni kilsəsini bəhanə edib Rusiyanın göstərişi ilə Paşinyanı hədəfə alırlar” - deyə S.Kərimli bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ