Cümə axşamı günü, 22 oktyabr 2026
     

Diplomatlar kilsəni erməni xalqının əsas təmsilçisi kimi tanıdılar...

Image


Abutalıb Səmədov: "Həm katalikosu, həm də onun ətrafında olanları ən çox qorxudan məsələ Paşinyanın katalikos seçkiləri ilə bağlı söylədikləri oldu"

Ümumerməni Diplomatlar Şurası “Ermənistanda hakimiyyətin və onun liderinin, xüsusən də son günlər bütün elementar nəzakət və əxlaq sərhədlərini aşan bəyanatlarını” erməni apostol kilsəsinə qarşı yönəlməsini kəskin şəkildə pisləyib:

"Hesab edirik ki, ictimai müstəvidə qətiyyən yolverilməz olan, yüksək dövlət vəzifələrinə tamamilə uyğun gəlməyən bu cür bəyanatlar təkcə açıq-aşkar təhsil, bilik, əxlaq və tərbiyə çatışmazlığının ağrılı təzahürü deyil, həm də ona qarşı yönəlmiş düşünülmüş siyasətdir".

Bəyanatda deyilir ki, bu siyasət cəmiyyətin diqqətini xalqın qarşısında duran aktual problemlərdən və ekzistensial çağırışlardan yayındırmağa, cəmiyyətin növbəti parçalanmasının alçaq siyasəti ilə onun sarsıdıcı hakimiyyətini qoruyub saxlamağa yönəlib: "İllər boyu məqsədyönlü şəkildə cəmiyyətin müxtəlif təbəqələrini bir-birinə qarşı qoyan və bu gün ağrılı vəziyyətdə olan nifrət, bədxahlıq və paxıllıq dalğasını idarə etməyə gələn hakimiyyətin ritorikası və hərəkətləri təkcə bizim din xadimlərimiz və kilsəmiz üçün deyil, bütün Ermənistan üçün təhlükədir. Axı kilsə millətin özüdür, Erməni Apostol Kilsəsi isə Ümummilli Seçilmiş Katolikosun başçılıq etdiyi dünyaya səpələnmiş bütün erməni xalqıdır.

Biz xalqımızın şüurlu hissəsi və Müqəddəs Erməni Apostol Kilsəsinin bütün dindar övladları ilə birlikdə Erməni Kilsəsinin yanındayıq və ona tam dəstəyimizi bildiririk”.

Diplomatlar bəyan edir ki, Kilsə erməni xalqı deməkdir, xalqa isə katalikosu rəhbərlik edir.

Əslində bu o demək deyilmi ki, katalikosu birbaşa Paşinyana qarşı qoydular?

Baki-xeber.com-un sualını cavablandıran politoloq Abutalıb Səmədov bildirdi ki, kilsənin Paşinyana qarşı çıxması artıq yeni məsələ deyil, hətta, keşiş Baqrat Qalustanyanın rəhbərliyi altında aylarla davam edən etiraz hərəkat da oldu, müxtəlif yerlərdə toplaşdılar, nazirliklərin qarşısını kəsdilər, hədə-qorxu gəldilər, Paşinyanı devirəcəklərini dedilər, onu cinayətkar elan etdilər, ancaq son nəticədə heç nəyə nail ola bilmədilər: "Bu gün Ermənistanda reallıq ondan ibarətdir ki, Paşinyanın nüfuzu günü-gündən düşür. Lakin rəqiblərinin nüfuzu ondan da aşağıdır - bu gün Paşinyanın siyasi rəqibi yoxdur. Erməni xalqı ona rəqib olan siyasətçilərin - Koçəryanın və Sarkisyanın nə qədər oğru, rəzil və korrupsiyaya bulaşmış insanlar olduğunu bilir və bu səbəbdən onlara dəstək vermir. Rusiya bu vəziyyəti gördüyündən müəyyən yollar axtarır ki, 2026-cı il seçkilərində onun məğlubiyyətinə nail olsun. Bunun üçün yeni siyasi liderin ortaya çıxmasına cəhd göstəriləcək. Ola bilər ki, bu din xadilməri arasındam çıxsın. Yaxud da ola bilər ki, Ermənistan Apostol Kilsəsi açıq şəkildə Paşinyana qarşı mübarizəyə başlasın, onun rəqibini gücləndirməklə hakimiyyət dəyişikliyini təmin etməyə cəhd göstərsin. Bu baxımdan hazırda Paşinyanın əsas rəqibi erməni kilsəsidir. Baş nazir bunu anladığına görə kilsəni nüfuzdan salmaq üçün əlindən gələni edir.

Son günlər onun verdiyi bəyanatlar da bununla bağlıdır. Məlumdur ki, bir neçə gün əvvəl erməni Katolik Apostol Kilsəsi tədbir keçirib. Həmin tədbir erməni abidələrinə, milli-tarixi irsə həsr edilmişdi. Orada ermənilərin katalikosu siyasi bir çıxış etdi. Yəni hər hansı bir siyasi xadimin söyləyəcəyi bir nitq söylədi və Azərbaycana qarşı ittihamlar irəli sürdü. İddia etdi ki, Qarabağda insan yaşamır, ermənilər "Artsax"dan didərgin salınıb, erməni tarixi, mədəni-mənəvi irsinə qarşı soyqırım siyasəti həyata keçrilir, onu məhv etməyə çalışırlar. Guya Ermənistanın ərazisi işğal edilib - ermənilər tez-tez iddia səsləndirir ki, guya Azerbaycan Ermənistanın 250 kvadrat kilometr ərazisini işğal edib. Halbuki delimitadiya prosesi gedir, proses başa çatdıqdan, sərhədlər müəyyənləşdirildikdən sonra Ermənistan sərhədfinin haradan keçdiyi məlum olacaq. Ona qədər Ermənistanın hansısa suveren ərazisindən danışmaq yersizdir.

Katalikos Bakıda erməni cinayətkarlarının mühakimə olunmasını da beynəlxalq hüquqa zidd elan etdi. O, son olaraq onu da dedi ki, Qarabağdan köçən ermənilər geri qayıtmalıdır. Bu həm Azərbaycana, həm də Paşinyana qarşı yönəlmiş bir gediş idi. Onlar erməni xalqına nümayiş etdirmək istəyirdilər ki, hökümətin görməli olduğu işi bütün ermənilərin katalikosu həyata keçirir. Bu cür hərəkət sözsüz ki, cavabsız qala bilməzdi. Buna qədər də Paşinyan erməni Apostol Kilsədinə qarşı kəskin bəyanatlarla çıxış etmişdi, ancaq indiyə qədər bu dərəcədə kəskin bəyanatlar verilməyib.

Nikol Paşinyan ilk növbədə diqqəti kilsələrin vəziyyətinə yönlədir. O, bəyanatında bildirir ki, insanlar kilsələrə dua və etiraf etmək, arzularını, istəklətini dilə gətirmək ücün gəlirlər, lakin kilsələrin çoxu anbara çevrilib, bura müxtəlif köhnə əşyalar, tikinti materialları daşınıb gətirilir, kilsələrdə səliqəsizlik höküm sürür, insanları mənəvi baxımdan birləşdirən bir qurum bu qədər səliqəsiz və nizamsız olmamalıdır. Bu səbəbdən Paşinyan təhsil nazirinə tapşırıq verdi ki, ümumiyyətlə, kilsələr haqqında müəyyən əsasnamə hazırlansın. Təbiidir ki, bu da müəyyən adamlara xoş gələ bilməzdi. Dərhal Rusiyadakı Ermənilər İttifaqi etiraz bəyanatı ilə çıxış etdi. Sonra isə özünə "Ümumerməni Diplomatlar Şurası" adı verən qurum katalikosun müdafiəsinə qalxdı, müxalifət partiyaları təcili katalikosun yanında yer almağa çalışdılar və belə bir iddia irəli sürüldü ki, Paşinyanın katalikosa və Erməni Apostol Kilsəsinə qarşı söykədikləri əslində erməni icmasına qarşı hörmətsizlikdir. Amma həm katalikosu, həm də onun ətrafında olanları ən çox qorxudan məsələ Paşinyanın katalikos seçkiləri ilə bağlı söylədikləri oldu. Paşinyan dedi: "Ola bilməz ki, katalikos seçkilərindən hökumət tamamilə kənarda qalsın. Namizədlərin seçilməsi və onlarin mənəvi keyfiyyətləri hakimiyyət tərəfindən yoxlanılmalıdır. Yalniz bundan sonra onlar seçkiyə buraxıla bilərlər". Dərhal Paşinyanın əleyhidarları ayağa qalxdı ki, bu cur bəyanatlari kimsə Vatikana və yaxud Roma Papasına qarşı söyləyə bilməz, lakin Paşinyan Erməni Apostol Kilsəsini və katalikosu bu cür nüfuzdan salır.

Eyni zamanda, bəyanatında Paşinyan kilsə xadimlərinə hücum edir ki, onlar bir tərəfdən evlənməmək barədə vəd verirlər, sonra isə pozğun həyat yaşayırlar. O, deyir ki, bu cür adamlar kilsədən uzaqlaşdırılmalıdir. Bu cür hallar təkcə erməni kilsəsi üçün xarakterik deyil, elə Vatilan və digər kilsələrdə də bu cür halların geniş yayılması hamıya məlumdur.

Bu hadisələr onu göstərdi ki, Paşinyanla kilsə arasında açıq döyüş başlayıb. İndiyə qədər verilən ara-sıra bəyanatlar artıq açıq döyüşə keçməklə davam edir: ya Paşinyan kataikosu məğlum edəcək, onun nufuzuna zəribə vuracaq, onu sıradan çıxaracaq, ya da Erməni Apostol Kilsəsi və katalikos bütün gücünu açıq şəkildə ortaya qoyacaq. Artıq örtülü heç nə qalmayıb, açıq mübarizə başlayıb. Amma bu mübarizədən də çox güman ki, Paşinyan qalib çıxacaq. Çünki Qərbdə kifayət qədər dəstəyi var, Rusiyanın onu yıxmaq cəhdləri də uzun müddətdir bu səbəbdən heç bir nəticə vermir. Katalikos və Erməni Apostol Kilsəsinin bu mübarizəsinin uğurla nəticələnməsi üçun birinci növbədə uğurlu namizədə ehtiyac var. Kilsə belə bir namizədi tapıb ortaya çıxara biləcəkmi? Xalqın inandığı və dəstəklədiyi belə bir namizəd ölkədə varmı? Yaxın aylarda biz bu sualların cavabını alacağıq".

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid -Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ