ABŞ prezidenti Donald Tramp Yaxın Şərq turu çərçivəsində sıx iş qrafikinə baxmayaraq, Rusiya prezidenti Vladimir Putinlə İstanbulda görüşmək imkanını istisna etmədiyini deyib.
"Putin mənim orada olmağımı istərdi və bu, tamamilə mümkündür. Mən orada olmasam, onun gəlib-gəlməyəcəyini bilmirəm. Baxacağıq...
Ancaq bu o demək deyil ki, mən çoxlu insanın həyatını xilas etmək üçün bunu edə bilməyəcəm, sonra geri qayıdaraq” – deyə Tramp bildirib.
Digər tərəfdən “Bloomberg” agentliyi, Türkiyə rəsmilərinin Trampın mayın 15-də Türkiyəyə səfərini gözləmədiyini, lakin Rusiya prezidenti Putinin də gələcəyi təqdirdə səfərin bir neçə gün ərzində baş tuta biləcəyini bildirib.
Tramp Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşündə isə deyib ki, Ukrayna məsələsi ilə bağlı “yaxın günlərdə yaxşı xəbərlər” ola bilər: "Bu gün, bəlkə sabah və ya cümə günü yaxşı xəbərlər ala bilərik, gözləyib görəcəyik".
TAHİR