çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Avropa Parlamentinin tarixi antiazərbaycan qətnamələri tarixidir - 2 ildə 8 qətnamə...

Image


Heç kimə sirr deyil ki, erməni lobbisinin yuvasına çevrilmiş Avropa Parlamenti COP29 ərəfəsində Azərbaycana qarşı düşmənçilik mövqeyinin miqyasını daha da genişləndirir. Elə bu fonda oktyabrın 22-də Avropa Parlamentində növbəti dəfə "Azərbaycanda siyasi vəziyyət və insan haqları məsələləri", eləcə də Azərbaycan-Ermənistan münasibətlərinə dair müzakirələrin aparılması təşkilatın ölkəmizə qarşı qərəzinin daha bir göstəricisinə çevrildi. 

Bunun ardınca Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi "Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər" adlı qətnaməsi Azərbaycanın suverenliyinə və daxili məsələlərinə yönəlik ciddi bir hücum oldu.

Sənədin mətnində ölkəmizin 30 il ərzində Ermənistan tərəfindən işğala məruz qalması, mədəni və dini irsimizin məhv edilməsi kimi məsələlərin nəzərə alınmaması Avropa Parlamentinin reallıqları görməzlikdən gəlməsinin daha bir təzahürü oldu. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Sonuncu qətnaməsində isə Avropa Parlamenti erməni hərbi cinayətkarları və separatçıları azad etməyə ğağırış edir. Bu da qurumda ciddi deqradasiyadan xəbər verir. Belə vəziyyətdə ümumən Avropa İttifaqı nüfuzunu, cəzbediciliyini itirir. Bunu Moldovadakı hadisələr də təsdiqlədi.   Düzdür, Moldovanın qərbpərəst prezidenti Maya Sandunun qələbəsi Avropa rəsmilərinə rahat nəfəs almaq imkanı verib. O, seçkilərin noyabrın 3-də keçirilən ikinci turunda rəqibi Aleksandr Stoyanoqlodan 10 faiz çox səs toplaya bilib. Amma Moldovada baş verənlər  Avropa İttifaqına həm bəlli dərəcədə ölüm-dirim həyəcanı yaşadıb, həm də xeyli buna bənzər suallar doğurub: qurumun cazibə qüvvəsimi zəifləyir? Avropa İttifaqı nəyi düz etmir? Bəlkə də, ən önəmli sual budur: Rusiya ilə ortaq qonşuluq məkanında rəsmi Moskvamı üstünlük qazanır?  Xatırladaq ki, Moldova 2022-ci ilin iyununda Avropa İttifaqına namizədlik statusu alıb. Gələn ilin əvvəlindən quruma qoşulmaqla bağlı danışıqlar başlanmalıdır. Son vaxtlar Avropa İttifaqı Moldovada həmişəkindən daha fəaldır. Namizəd olandan bugünədək Avropa İttifaqı ölkəyə 2.2 milyard avro, seçkilər ərəfəsində isə daha 1.8 milyard avro ayırıb.   Avropa ilə bütünləşməyi istəməyən müxaliq siyasətçilər İlan Şor ilə Vlad Plaxotnyuka qarşı sanksiyalar tətbiq edilib. Avropa İttifaqının 10-dan çox lideri, prezident Maya Sanduya dəstək əlaməti olaraq, bu yay Kişinyova baş çəkib.

Rəsmi Brüssel avropapərəst və rusiyapərəst düşərgələrinə bölünən Moldovanın taleyinə biganə deyil. Di gəl, seçkilərin birinci turunda Maya Sandunun Avropa İttifaqına  mümkün inteqrasiyasına "hə" deyənlərin referendumda cüzi fərqlə qələbə qazanmaları Brüsseli həyəcan təbili çalmağa məcbur edib. İndi Avropa İttifaqının bütün diqqəti gələn yay Moldovada keçiriləcək parlament seçkilərinə yönəlib. Sandunun ikinci prezidentlik dönəmində ölkə Avropa İttifaqı üzvlüyünə daha da yaxınlaşacaq. Amma bu, uzun və çətin yol olacaq, axı hökumət öz vətəndaşlarına Avropa İttifaqına qoşulmanın konkret faydalarını göstərməlidir. Əks halda, Moldova Şimali Makedoniya və Serbiya kimi illərlə namizədlik statusunda qalan ölkələrin birinə çevriləcək. Üstəlik, Avropa İttifaqını düşündürən başqa önəmli məsələlər də var. Məsələn: ABŞ-ın yeni administrasiyası, Ukrayna və Yaxın Şərqdə sürən savaşlar. Bunlar fonunda Avropa Parlamentində baş verənlər ümumən Avropa İttifaqına ciddi zərbə vurur.  Üstəlik, Avropa İttifaqıözü ilə daha yaxın bağlantıların faydasını inandırıcı şəkildə aşılaya bilmir. Bəzi müşahidəçilərin fikrincə, Avropa İttifaqı rəsmiləri paytaxt Kisinyovdan kənara tək-tək hallarda səfər edir. Digərləri Avropa İttifaqını Moldovada daha fəal olmağa, diplomat və məmurların sayını artırmağa, ölkənin regional və yerli hakimiyyət orqanlarına yetki verməyə çağırır. Moldova hökuməti də siravi vətəndaşlar üçün önəmli sonuclara çatmalıdır. Özəlliklə ədliyyə sisteminin təkmilləşdirilməsinə ehtiyac duyulur. Görünən odur ki, Avropa İttifaqıilə Rusiya arasında növbəti qarşıdurma Moldovanın daxili cəbhəsində gerçəkləşəcək. Bu halda Moldovada böyük əksəriyyət Avropa İttifaqına güvənmir. Xüsusən də qurumun Gürcüstana münasibətdə sərgilədiyi mövqe belə vəziyyət yaradıb. Bundan əlavə, Avropa Parlamentin qərəzli yanaşmaları da Avropa İttifaqına etimadı sarsıdıb. Digər tərəfdən, bu gün Avropa İttifaqının özündə həm insan haqları, həm də sivil tolerantlıq sahəsində vəziyyət çox acınacaqlıdır. Hər gün Avropa İttifaqı ölkələrinin müxtəlif şəhərlərində antisemit, islamofob və irqçi elementlərin olduğu hadisələr baş verir. Ən çox hiddət doğuran faktlar isə hüquq-mühafizə orqanlarının buna biganə münasibətidir. Avropa Parlamenti öz daxilində baş verən hadisələri, prosesləri  görməzlikdən gəlməklə onsuz da yerlə-bir olan nüfuzuna əlavə böyük zərbələr vurur. "Avropa Parlamentinin riyakarlığı o qədər böyükdür ki, Azərbaycana qarşı qətnamə qəbul edəndə hətta Avropa İttifaqının milli maraqları da nəzərə alınmır. Belə ki, Rusiyaya tətbiq etdiyi sanksiyaların bumeranq effekti ilə qarşılaşmasına baxmayaraq, Avropa Komissiyasına Azərbaycanla 2022-ci ildə bağlanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında sazişə yenidən baxılmasını və ölkəmizdən qazın alınmasının dayandırılmasını tövsiyə edirlər. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində yeganə alternativdir. Bu baxımdan Avropa Parlamenti son addımları ilə Avropa İttifaqının enerji təhlükəsizliyinə kökündən balta vurmağa və enerji böhranının daha da dərinləşdirilməsinə çalışır. Təbii ki, bu hal da Avropa İttifaqı üçün yaxşı heç nə vəd etmir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına dair monitorinqlərə başlandı

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ