şənbə günü, 31 oktyabr 2026
     

Zəngəzur dəhlizi ilə bağlı heç vaxt görünməmiş vəziyyət yaranıb...

Image


Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi regional kommunikasiyaların açılması üzrə üçtərəfli komissiya bəzi məsələlərdə konsensusun əldə edilməməsi səbəbindən iclaslarını davam etdirmir. 

Bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentdə bildirib: "Xeyr, iclaslar davam etdirilmir. Bilirsiniz ki, konsensusun əldə edilməli olduğu fundamental məsələlər var. Konsensus əldə olunmayana qədər detalları müzakirə etmək mənasızdır".

Xatırladaq ki, üçtərəfli komissiya 2021-ci ilin əvvəlində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən görüşündə yaradılıb. Onlar baş nazirin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına nəzarət edəcək işçi qrupun yaradılması ilə bağlı qərar qəbul ediblər. Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması regional kommunikasiyalarla bağlı ən vacib məsələ olaraq qalır. Hazırda prosesə əngəl yaradan yeganə tərəf Ermənistandır. Məhz Ermənistan üzündən Zəngəzur dəhlizinin açılması ləngiyir. Ermənistan parlamentinin spikeri Alen Simonyanın "Azatutyun" radiosuna müsahibəsində səsləndirdiyi fikirlər də İrəvanın hələ bu prosesə əngəl yaratmaqda olduğunu bir daha təsdiqləyir. Simonyan Ermənistanın öz ərazisindən dəhliz vermək fikrinin olmadığını söyləyib. O, iki ölkə arasında kommunikasiyaların açılması məsələsində Avropa İttifaqı ilə Rusiya arasında olan Kalininqrad nümunəsinin tətbiqinin mümkünlüyünə də toxunub: "Biz Rusiya və Avropa İttifaqı kimi yaşamağa hazırlaşırıq? Mən hesab edirəm ki, biz Ermənistanın Gürcüstanla, Gürcüstanın isə Azərbaycanla yaşadığı kimi yaşamağa hazırlaşırıq. Biz mümkün olan bütün yolları sabah da açmağa hazırıq ki, istənilən azərbaycanlı İrəvana gəlib istirahət edib, nəsə alıb oradan başqa yerə - Naxçıvana getsin. Geri qayıdanda isə başqa şəhərdə dayanıb, sonra yenə davam edə bilər... Ermənilər də Bakıya, Sumqayıta və digər şəhərlərə gəlib, orada münasibət qursunlar, çay və ya kofe içib, məsələn, Dağıstana yola düşsünlər".

Tərəflər bir müddət əvvəl kommunikasiyaların açılması məsələsinin sülh müqaviləsindən çıxarılması barədə razılığa gəliblər. Hazırda tərəflər arasında əsas problem kommunikasiyaların hansı formada açılacağıdır. Azərbaycan Naxçıvana maneəsiz yol istəyir və rəsmi Bakı bunun üçün Kalininqrad variantının nəzərdən keçirilə biləcəyini belə deyir. Azərbaycanın bu istəyini hökumət rəsmiləri, əsasən, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il üçtərəfli bəyanatı çərçivəsində İrəvanın üzərinə götürdüyü öhdəliklər və vətəndaşlarının təhlükəsizliyi ilə izah edirlər. Lakin Ermənistan Azərbaycana dəhliz anlayışı çərçivəsində yol vermək istəmədiyini bildirir. Belə vəziyyət Azərbaycanı qane etmədiyindən, Zəngəzur dəhlizinin nə vaxt açılacağı və orada hansı dövlətin sərhədçilərinin xidmət aparacağı əsas müzakirə olunan mövzulardan biridir. Çünki bu dəhlizin açılmasını istəyən qüvvələr layihənin həyata keçirilməsinə mane olanların sayından daha çoxdur. Xüsusilə, böyük dövlətlər bu layihənin yaradacağı yeni imkanların fərqindədir. Onlar anlayırlar ki. Zəngəzur dəhlizi təkcə bir kommunikasiya layihəsi deyil, eyni zamanda regiona yeni iqtisadi nəfəs verəcək önəmli bir məsələdir. Ona görə də, Zəngəzur dəhlizinin açılması məsələsində böyük güc faktorları Azərbaycanın mövqeyini dəstəkləyir. ABŞ-ın Lehigh Universitetinin professoru Armen Qriqoryan da məsələyə bu prizmadan nəzər salır: "Zəngəzur dəhlizi - təkcə dəhliz məsələsi deyil. Burada da müxtəlif geosiyasi maraqlar iştirak edir. Mən istəmirəm ki, biz dəhlizə nəzarət edək, çünki biz ona nəzarət etsək, maraqlı qüvvələr çox sakit bir oyun qurub, bunu bizim boynumuza atacaq və müharibəyə səbəb yaradacaqlar".

Məsələ burasındadır ki, Qərb regionda münaqişənin bitməsində maraqlı deyil. Həm də Zəngəzur dəhlizinə çıxışı özünün iki böyük rəqibi - Çinin və Rusiyanın iqtisadi imkanlarının artırılması cəhdi kimi görür. Avropa bu yola nəzarəti ələ keçirməklə dəhlizdən istifadə edəcək ölkələrə təsir etməyi planlaşdırır. Qərb etiraz etsə də, Rusiyanın dəhlizə nəzarəti daha real görünür. Qərbin buna qarşı çıxması vəziyyəti qəlizləşdirir. Rusiya Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması prosesində mühüm tərəf kimi iştirak edir və bu rolu itirmək istəmir. 44 günlük müharibədən sonra Moskvanın əldə etdiyi bu strateji üstünlük regionda Rusiyanın maraqlarını qorumaq baxımından çox əhəmiyyətlidir. Moskva Ermənistanın prosesdən çıxması və ya qərar qəbulunda tərəddüd etməsinə qarşı sərt mövqe tutmaqdadır. İrəvan isə hazırda mürəkkəb bir vəziyyətlə üz-üzədir. Bir tərəfdən Rusiya qərarların icrasını tələb edir və bu tələb Ermənistanın üzərinə ciddi təzyiq yaradır. Digər tərəfdən, Qərb Rusiyanın bu prosesdəki iştirakına qarşı çıxır və situasiya İrəvan üçün əlavə bir maneə yaradır. Azərbaycan isə dəhlizin dəmir yolu, nəqliyyat və gələcəkdə enerji daşıyıcılarının keçə bilməsi və həmçinin, ölkə vətəndaşlarının və yüklərinin gömrük nəzarətinə məruz qalmadan daşınması şərti ilə açılmasını tələb edir. Digər məsələ dəhlizin təhlükəsizliyinin təminidir. 

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ