şənbə günü, 31 oktyabr 2026
     

Avroittifaqın 27 ölkəsinin 13-ü Gürcüstana açıq "təcavüz etdi"...

Image


Qonşu Gürcüstanın daxili işlərinə Qərb tərəfindən müdaxilə getdikcə daha geniş vüsət alır. Bunu Avropa İttifaqının üzvü olan 13 ölkənin Avropa işləri nazirlərinin birgə bətanatı da açıq şəkildə nümayiş etdirir.

Qeyd edək ki, 13 ölkənin Avropa işləri nazirlərinin Gürcüstan məsələsi ilə bağlı birgə bəyanatı dərc olunub. Bəyanatı imzalayanlar Gürcüstanı açıq şəkildə şantaj edirlər. Bu xüsusda bəyaatda deyilir: "Gürcü xalqının əksəriyyətinin Avropayönlü yolun ictimai dəstəyinə əsaslanaraq, ölkələrimiz: Almaniya, Fransa, Polşa, həmçinin Belçika, Danimarka, Estoniya, Latviya, Litva, Lüksemburq, Portuqaliya, Finlandiya, İsveç və Çexiya əvvəldən bu yolda Gürcüstanın güclü tərəfdarı olub və yenə də onların narahatlığını bölüşür və Gürcüstanı qarşıdan gələn seçkilərin azad və ədalətli keçməsini təmin etməyə çağırırıq. Gürcü xalqı son onilliklərdə çox şeyə nail olub - Gürcüstanın 2022-ci ilin martında Avropa İttifaqına üzvlük üçün müraciət etməsi bu yolun tarixi mərhələsi olub".
 Nazirlər qeyd ediblər ki, Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesi de-fakto dayandırılıb: "Son aylar ərzində Gürcüstan Avropa İttifaqının ümumi normativ bazasına uyğun gəlməyən bir neçə qanun, xüsusən də "Xarici təsirin şəffaflığı haqqında" qanun qəbul edib. Bu qərarlara görə ölkənizin Avropa İttifaqına inteqrasiyası prosesi dayandırılıb. Hazırkı siyasi kurs davam etdikcə o dayandırılacaq. 2024-cü il iyunun 27-də Avropa İttifaqına üzv olan 27 ölkənin dövlət və hökumət başçılarından ibarət Avropa Şurası qərar verdi: Gürcüstanda baş verənlər Gürcüstanın Avropa İttifaqına üzvlüyünün faktiki olaraq dayandırılmasına səbəb oldu. Ona görə də bir şey aydın olmalıdır: Gürcüstan hökuməti kursu dəyişməsə, Gürcüstan Avropa İttifaqına üzv ola bilməyəcək. Bu aydın qərarı cüzi də olsa rahat və ya fərqli şəkildə şərh etmək ya aldatma, ya da sadəcə yalandır". Onlar həmçinin qeyd ediblər ki, hakim "Gürcü Arzusu" partiyasından olan gürcü siyasətçilərinin "görünməmiş" anti-Qərb ritorikası Gürcüstanın Qərb tərəfdaşlarına qarşı təbliğat, dezinformasiya, açıq yalan və böhtandır. Bütün bunlar təbii olaraq Gürcüstan hakimiyyəti tərəfindən sərt qarşılanıb. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının 13 ölkəsinin Avropa məsələləri üzrə nazirlərinin birgə bəyanatını qarşıdan gələn parlament seçkilərinə müdaxilə adlandırıb və İttifaqın digər üzvlərinə bu mətni dəstəkləmədiklərinə görə təşəkkür edib: "Özlərinə məsuliyyətlə yanaşan və bu bəyanata qoşulmayan Avropa İttifaqının 14 ölkəsinə təşəkkür edirəm. Seçicilərin iradəsinin formalaşmasına təsir edərək Gürcüstanda seçkilərə müdaxilə təşkil edən mətnin olmaması vacibdir". Papuaşvili müqayisə üçün qeyd edib ki, oktyabrın 20-də Moldovada keçirilmiş prezident seçkiləri, Aİ-nin fikrincə, Rusiyanın görünməmiş təzyiq və hədə-qorxuları şəraitində baş tutub: "Moldovada bəyənmədiyiniz şeyi Gürcüstanda edə bilməzsiniz". Parlament rəhbəri Avropa təmsilçilərinin Gürcüstan hakimiyyətini cəfəngiyatda ittiham etməsinə də cavab verib: "Cəfəngiyata" gəlincə, cəfəngiyat işgəncə sisteminin yaradıcısı Mixeil Saakaşvilinin azadlığa buraxılması və Rusiyaya qarşı ikitərəfli sanksiyaların tətbiqi tələbidir". Papuaşvili deyib ki, söz atmaq asandır, amma yenə də onların nəticələrinə görə məsuliyyət daşımaq lazımdır: "Ölkədə və onun hüdudlarından kənarda hər kəs öz çağırışlarının, qətnamələrinin, bəyanatlarının nəyə gətirib çıxara biləcəyini başa düşməli və məsuliyyət daşımalıdır". 

O vurğulayıb ki, Gürcüstan hazırda çox mühüm inkişaf mərhələsini yaşayır: "Gürcüstan siyasəti yavaş-yavaş ağrılı, lakin yenə də öz sözünə, hərəkətinə, xalqına və ölkəsinə cavabdehlik kimi zəruri prinsipi bərqərar edir". Gürcüstanın baş naziri İrakli Kobaxidze də Aİ-yə üzv 13 ölkənin Avropa işləri nazirlərinin Gürcüstanla bağlı birgə bəyanatı ilə bağlı jurnalistlərin sualını cavablandırıb. Baş nazirin sözlərinə görə, onların bəyanatının dəyəri yoxdur: "Dörd ölkənin xarici işlər nazirləri Tiflisdə inqilabi prosesə qoşulmaq üçün səhnəyə çıxdılar, lakin bu, uğursuz oldu. Bunların fonunda təbii ki, heç bir bəyanatın heç bir dəyəri yoxdur".  Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili "Imedi" televiziya kanalına müsahibəsində seçkilərə müdaxilə cəhdlərini yolverilməz hal adlandırıb: "Biz seçkilərdə qalib gələcəyik və ölkədə sabitlik bərqərar olunacaq. Gürcüstan xalqı oktyabrın 27-dən etibarən öz evlərində sakit yatacaqlar. Mən hadisələri qabaqlayıb sizə deyirəm ki, seçki günü fövqəladə heç nə baş verməyəcək, seçkilərdən sonrakı ikinci gün çox sakit keçəcək. Lakin burada vurğulamaq istəyirəm ki, hər növbəti günü şərti olaraq "ikinci gün" adlandırmaq olar. Ona görə də biz ehtiyatlı olmalıyıq. Çünki qarşıdakı vaxtlarda çox gərgin geosiyasi vəziyyət yaranacaq. Buna görə çox diqqətli olmalıyıq". Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyevin sözlərinə görə, Avropa İttifaqı Gürcüstanla bağlı artıq bir neçə qərar və qətnamə qəbul edib. Bu, açıq-aşkar daxili siyasətimizə müdaxilədir və bir növ söz azadlığını məhdudlaşdırmaqdır. Onun sözlərinə görə, Qərb ölkələri çalışırlar ki, hakim partiyanın rəhbərlərinə sanksiyalar tətbiq etsinlər: "Fikrimcə, bu bir növ onların müxalifətə humanitar dəstəyidir. Onlar çalışırlar müxalifət maksimum dərəcədə qalib gəlsin. Müxalifətin isə yerli xalqdan dəstəyi yoxdur. Ona görə də ölkədən kənardakı qüvvələrə müraciət edirlər ki, hansısa formada xaos yaradılsın, asayiş pozulsun. Amma onlar buna nail ola bilməyəcəklər". O əlavə edib ki, bir neçə aydır Qərb Gürcüstanda hakimiyyət dəyişikliyinə şərait yaratmağa çalışır. Bu da ikinci cəbhənin açılmasına xidmət edir: "Bir neçə dəfə ölkə rəhbərliyi bəyan edib ki, bizim ikinci cəbhə açmağa ehtiyacımız yoxdur. Əsas məqsədimiz ölkədə sülh və sabitliyin bərqərar olması, ölkənin inkişafı üçün ən gözəl şərait yaratmaqdır".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ