şənbə günü, 31 oktyabr 2026
     

Qərbi Azərbaycan üzrə parlament komissiyasının rəhbərliyi barədə alternativ fikirlər var...

Image


Bu günlərdə Qərbi Azərbaycan İcması Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, Qərbi Azərbaycan İcması fəal beynəlxalq fəaliyyət həyata keçirərək beynəlxalq təşkilatlar çərçivəsindəki tədbirlərdə tərəf kimi iştirak edir və Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsini davamlı olaraq qaldırır. 

Ölkəmizə qarşı qərəzli mövqedə olan dövlətlər və beynəlxalq təşkilatlar belə, bu məsələni insan hüquqları müstəvisində tutarlı arqument kimi qəbul etməli olurlar.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, məktubda Azərbaycan Respublikasının Milli Məclisində Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi irəli sürülür. Qeyd olunub ki, parlamentdə belə bir qurumun yaradılması, ilk növbədə, sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirəcək, həmçinin Qərbi Azərbaycan məsələsinin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək.

Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın sərəncamına əsasən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək vermək məqsədilə parlamentdə deputat Əziz Ələkbərovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

Sərəncamda Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun vəzifə və səlahiyyətləri öz əksini tapıb.

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun yaradılması yaxşı bir hadisədir.

Bütün hallarda, Qərbi Azərbaycan məsələsinin strukturlaşdırılması, xüsusilə də o qərarda deyildiyi kimi, Qərbi Azərbaycan mövzusunun həm qanunvericilik müstəvisində, həm də parlament diplomatiyası müstəvisində irəlilədilməsinə yeni perspektivlər aça bilər. 

Amma daha yaxşı olmazdımı ki, Milli Məclisdəki o Təşəbbüs Qrupunun rəhbəri Qərbi Azərbaycan İcmasının özünün rəhbəri olmayaydı?

Yaxşı olmazdımı Milli Məclisdəki Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli yox, başqası olaydı? Bu, əlbəttə, onun qabiliyyətinə şübhə əlaməti deyil, o yaxşı deputatdır, yaxşı alimdir, amma həm də Qərbi Azərbaycan İcmasının rəhbəridir. Bu baxımdan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun  rəhbərinin başqa adam olması daha yaxsi olardı. Başqa bir Qərbi Azərbaycan kökənli deputat Təşəbbüs Qrupunun rəhbəri olsaydı o daha məqbul sayılardı, bu məsələ ilə məşğul olan iki strukturumuz olardı.

Qasım Hacıyev: "Məncə, bu qrupa rəhbərlik etməyin Əziz Ələkbərliyə həvalə edilməsi də çox düzgündür"

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə bildirdi ki, Milli Məclisdə belə təşəbbüs qrupunun yaradılması çox təqdirəlayiq bir haldır. "Ona görə ki, artıq qayıdışla bağlı iş başlanıb. Bu həm dövlətimizin, həm xalqımızın iradəsini, maraqlarını əks etdirən bir məsələdir. Çünki vaxtilə baş vermiş haqsızlıqları, ədalətsizlikləri aradan qaldırmaq, Azərbaycan türklərini Qərbi Azərbaycan ərazisinə qaytarmaq vacibdir. Qərbi azərbaycanlılara zülm edilib. Biri var didərgin, qaçqın, məcburi köçkün, biri də var zorla deportasiya edilənlər. Bunlar deportasiya edilmiş, öz torpaqlarından zorla çıxarılmış adamlardır. Onların həm tarixi, həm də hüquqi əsası var ki, o torpaqlara qayıtsınlar. Əgər müasir dövrdə beynəlxalq qanunlar, təşkilatlar onlarla bağlı ədalətli mövqe tutsalar, soydaşlarımız öz tarixi yurdlarına, ata-baba ocaqlarına qayıtmalıdırlar. 

O ki qaldı Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılmasına, bu çox müsbət haldır. Məncə, bu qrupa rəhbərlik etməyin Əziz Ələkbərliyə həvalə edilməsi də çox düzgündür. Ona görə ki, Əziz Ələkbərli başqalarından fərqli olaraq illərdir ki, bu təbliğatla məşğul olur, bu da bir günə, beş günə ortaya gələn məsələ deyil. Dövlətimiz, dövlət başçımız bu məsələyə ona görə diqqət ayırdı ki, xalq bunu istəyir, xalqın da önündə gedən ziyalılar bu məsələdə həmişə fəal iştirak edib. O cümlədən də Əziz Ələkbərli bu istiqamətdə hər zaman aktiv olub. El dili ilə desək, yazıları, çıxışları, təbliğatı ilə bu yolda can qoyub. Bu məsələnin inkişafına, bu səviyyəyə gəlib çıxmasına töhfə verib. Həm Qərbi Azərbaycan İcmasının, həm də Təşəbbüs Qrupunun olması ayrı-ayrı strukturlar kimi görünsə də, amma məqsəd birdir. Fikrimcə, Əziz Ələkbərli bu işdə çox fəaldı, bütün imkanlarından istifadə edərək bu işə can yandırır. Hesab edirəm ki, onun bu qrupun da rəhbəri olması heç nəyə ziyan etməz, əksinə, xeyir edər. Çünki məqsədə doğru gedəndə onun ətrafındakılar da onunla birgə bu məqsədə qulluq etsələr məsələni axıra qədər irəli apara bilən bir şəxsdir. Mən ona inanıram. Hesab edirəm ki, Təşəbbüs Qrupuna da onun rəhbərlik etməsi çox yaxşıdır"-deyə Q.Hacıyev bildirdi.     

Mübariz Göyüşlü: "Düşünürəm ki, işlərin bölünməsi və daha çevik, effektiv qərarların qəbulu baxımından Hikmət Babaoğluna bu işi həvalə etmək olardı"

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlünün fikri isə belədir: "Hesab edirəm ki, Əziz Ələkbərlinin həqiqətən də çox bacarıqlı, savadlı, qabiliyyətli bir alim, ictimai xadim, deputat, hər zaman Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq bir şəxs kimi çox təqdirəlayiq fəaliyyətləri var. Biz bunun şahidi olmuşuq və oluruq da.  Qərbi Azərbaycan İcmasının formalaşmasında, təşkilatlanmasında, bu səviyyəyə gəlib çıxmasında da onun, təbiidir ki, əvəzsiz rolu var. Amma əlbəttə, bu proseslə bağlı Təşəbbüs Qrupunun rəhbərliyini başqa bir adama da həvalə etmək olardı. Yəni doğrudan da, istər Qərbi azərbaycanlılar, istər icmanın özündə, istərsə də Milli Məclisdə kifayət qədər Qərbi Azərbaycan mövzusunu bilən savadlı, peşəkar alimlərimiz, ictimai xadimlərimiz, siyasətçilərimiz var. Yəni o torpaq çox böyük ziyalılar yetişdirib. Bu gün də onlar var. Əziz müəllimin Qərbi Azərbaycan İcmasına rəhbərlik etmək kimi bir ağır işi də gördüyünü nəzərə alsaq, düşünürəm ki, Təşəbbüs Qrupuna rəhbərliyi başqa bir deputata da həvalə etmək olardı. Məsələn, mən millət vəkili Hikmət Babaoğlunun adını qeyd edə bilərəm. Düşünürəm ki, siyasətçi, jurnalist, elm-təhsil adamı, tədqiqatçı, professor, millət vəkili, ziyalı kimi Hikmət Babaoğlu bu yükü çəkə biləcək bir şəxsiyyətdir. Bunu işlərin bölünməsi baxımından qeyd edirik. Əlbəttə, biz nə Əziz Ələkbərlini Hikmət Babaoğlu, Hikmət Babaoğlunu da Əziz Ələkbərli ilə qarşı-qarşıya gətirib müqayisə etmirik. Sadəcə olaraq düşünürəm ki, işlərin bölünməsi və daha çevik, effektiv qərarların qəbulu baxımından Hikmət Babaoğluna bu işi həvalə etmək olardı. Bir tərəfdən Qərbi Azərbaycan İcması, bir tərəfdən də Təşəbbüs Qrupu bu şəkildə çalışa bilərdi".

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ