şənbə günü, 31 oktyabr 2026
     

Bayden Azərbaycanın suverenliyini İrəvanla sazişdən asılı hesab edir - yanlışa cavab...

Image


Amerika prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısına göndərdiyi məktubda ziddiyyətli və Ermənistanın son aylarda sərgilədiyi mövqelərinin dəstəklənməsinə dair bir sıra məqamlar var.

"İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır".

Bu fikirlər ABŞ Prezidenti Cosef Baydenin Prezident İlham Əliyevə məktubunda yer alıb.

ABŞ Prezidenti məktubunda, həmçinin qeyd edib: "Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu dəyişəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərəcək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz. Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm".

Birincisi, doğrudan da "ABŞ Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır"sa, onda nədən Vaşinqton İrəvana məsləhət vermir ki, Ermənistan konstitusiyasının preambulasında Azərbaycanın ərazi bütövlüyünə iddianın olması Azərbaycanın ərazi bütövlüyünə ən böyük təhdiddir? Ermənistan hələ də  öz əsas qanunu ilə Azərbaycana qarşı ərazi iddiasını aradan qaldırmırsa, Azərbaycanın ərazi bütövlüyünü necə tanıyır? Dünyanın superdövlətlərindən olan ölkənin liderinin müraciətində bu qəbildən olan ziddiyyətlərin yer alması sadəcə ayıbdır. ABŞ prezidenti bir tərəfdən Paşinyana dəstək verir ki, mövqeində möhkəm dayan, digər tərəfdən Azərbaycanı dəvət edir ki, Ermənistanla ləyaqətli sülh müqaviləsi bağla, güzəstlərə get və s. Əgər Ermənistan 30 il ləyaqətsizlik edərək, Azərbaycan ərazisinin 20 faizində yaşayış məskənlərini - şəhər, qəsəbə və kəndləri ev-ev, küçə-küçə dağıdıbsa, Bakı İrəvanla necə ləyaqətli sülh sazişi bağlaya bilər? Amerika bu 30 ildə niyə ermənilərə demirdi ki, ləyaqətiniz olsun, dinc əhaliyə divan tutmayın, insanların minilliklərlə yaşadığı məskənləri dağıtmayın? İndi belə bir ləyaqətsiz dövlətə Co Bayden Azərbaycandan "ləyaqət"li yanaşma tələb edir. Ermənistan Azərbaycanın ərazisini işğal edəndə Nikol Paşinyan prezident olmasa da, 20 yaşli müxalifət təmsilçisi idi, erməni xalqının bir nümayəndəsi idi, nədən etiraz etmirdi ki, ləyaqətiniz olsun, yad torpaqları işğal edib, orada  həyat və tarix izini silməyin? Bu 30 il ərzində Paşinyan ictimai xadim kimi fəaliyyət göstərib, jurnalist kimi, erməni cəmiyyətinin rəyini yönəldənlərdən biri olub. Bu dövrdə Ermənistan dövlətinin Azərbaycana qarşi ədalətsizliyindən və ləyaqətsizliyindən bir kəlmə yazıbmı? Əlbəttə, yox, hələ hakimiytətə gələndən sonra dedi ki, "Qarabağ Ermənistandır".

İkincisi, ABŞ prezidentinin məktubunda bildirilir ki, "sülh sazişi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin edir..." Əcəba, Azərbaycan Ermənistanla sülh sazişi imzalamasa onun suverenliyi və ərazi bütövlüyü tanınmayacaqmı? Deyəsən, Co Bayden artıq cöx qocalıb, ifadələrinin belə fərqində deyil. Ağ Ev şefinin diqqətinə çatdırmaq istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi 1992-ci il 18 oktyabrda qəbul edilən Müstəqillik Bəyannamasi ilə təsdiqlənib və elə həmin dövrdə də BMT Azərbaycanın bu hüquqlarını de-yure tanıyıb. Azərbaycan BMT-nin tanıdığı bütün əraziləri üzərində suverenliyini isə 2023-cü il 19-20 sentiyabr tarixində öz gücünə təmin edib. Baxmayaraq ki, buna qədər Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquqa görə təmin edilməsi üçün BMT dörd qətnamə qəbul etmişdi. Həmin qətnamələri icra etməli olan ATƏT-in Minisk Qrupu isə 30 il erməni prezidentlərinin nazı ilə oynadı. Hansı ki, ABŞ Rusiya və Fransa ilə birlikdə bu beynəlxalq qurumun həmsədri idi. Bu ədalətin bərpa edilməsi üçün beynəlxalq hüququn bütün faktorları ortada olduğu halda, beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü 30 il ərzində dinc yolla təmin edə bilmədi. Buna görə Ermənistanı, ən azı, indi Rusiya cəzalandırıldığı kimi cəzalandirmalı idilər. Rusiyanın Ukrayna torpaqlarını işğal etməyə başlamasından 10 il ötüb. Bu 10 ildə Rusiyaya qarşı yüzlərlə sanksiya tətbiq edilib. Bəs Ermənistana Azərbaycanın 20 faiz ərazisini işğal etdiyinə görə neçə sanksiya tətbiq edilib? Əlbəttə, heç neçə... Fərq nədir? Niyə Rusiyaya yüzlərlə sanksiya tətbiq edilir, Ermənistana eyni hərəkətə görə bir sanksiya da tətbiq edilmir? Üstəgəl, Qərb və Amerika bu dövlətə üst-üstə sığal çəkir, əzizləyir, Əsgər bəyin kişmiş yeyən keçisi kimi hər kisənin başından ona bir ərmağan verir, nədən əcəba? Ermənistan xüsusi imtiyazlara malik müqəddəs ölkədir, yoxsa onun müttəfiqləri olan Qərb və ABŞ Azərbaycanın düşmənidir? Belə də görünmür - Azərbaycanın karbohidrogen ehtiyatları Amerikanın müttəfiqi olan Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir, Avropa ilə Şərqin əlaqələrini dəstəkləyir, Amerikanın dünyada sülhyaratma prosesində iştirak edir və s. Əvəzində Amerika və Qərb Azərbaycana hansi dəstəyi verir?

Co Baydenin məktubunun davamını deşifrə etdikdə isə görürük ki, bütün tələblər Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü tələblərdur - sülh sazişinin razılaşdırılmış maddələrini özündə əks etdirən yarımçıq sülh sazişinin COP29-a qədər imzalanmasını Co Bayden də dəstəkləyir.

Amerika, Qərb və Ermənistan qulağında sırğa etməlidir ki, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməyənə qədər, yəni sülh sazişinin bütün maddələri rəsmi İrəvan tərəfindən məğlub ölkə kimi qəbul edilməyənə qədər rəsmi Bakı sülh sazişinə imza atmayacaq. Adama deyərlər ki, 30 il bizə "məğlub ölkə" deyib ağır şərtləri qəbul etməyə məcbur etmirdinizmi? İndi məğlub ölkə olan Ermənistan həm bütün şərtlərimizi qəbul etməlidir, həm də Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi hərbi-siyasi-iqtisadi cinayətlərin bədəlini ödəməlidir.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ