şənbə günü, 31 oktyabr 2026
     

BTQ-nin təşkilatçılığı ilə Cenevrədə fransız müstəmləkəçiliyinə dair beynəlxalq konfrans keçirildi - FOTO/YENİLƏNDİ

Image


BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin (İHK) 142-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə oktyabrın 22-də "Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri" adlı beynəlxalq konfrans keçirilib.

Konfransda əvvəlcə müstəmləkəçilik sisteminə qarşı Bakı Təşəbbüs Qrupunun bir neçə ildir başlatdığı mübarizəni, eləcə də BTQ-nin fəaliyyəti, bu istiqamətdə təşkil etdiyi konfransları və tədbirləri əks etdirən videoçarx nümayiş olunub.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov çıxışında BTQ-nin əsas məqsədinin Fransa, Niderland və digər ölkələrin apardıqları müstəmləkəçilik siyasətinə son qoymaq, insanları bu ağır boyunduruqdan xilas etmək, yerli əhalinin əsas azadlıqlarına nail olmalarına kömək göstərmək olduğunu vurğulayıb.

Müstəmləkəçiliyə qarşı mübarizəsi ilə bütün dünyada tanınan siyasi fəal Kemi Seba çıxışında bu yaxınlarda Fransa polisi tərəfindən qanunsuz saxlanılması, polisin onunla kobud rəftar etməsi barədə məlumat verib. Bildirib ki, Fransa hökuməti onu 72 saat həbsdə saxlamaqla səsini boğmağa çalışıb. Ancaq o, bu mübarizədə geri çəkilməyəcək və sonadək mübarizə aparacaq.

Yeni Kaledoniyanın FLNKS partiyasını təmsil edən müstəqil deputat Mlin Sakilia çıxışında Kaledoniyada dinc nümayişlərin işgəncəyə çevrildiyini, bütün ictimai fəalların Fransa polisi tərəfindən həbs olunduğunu deyib. Qeyd edib ki, sərbəst ifadəni və siyasi fikirləri boğmaq məqsədilə Fransanın milli, xüsusi və hərbi hüquq-mühafizə qüvvələrinin böyük qrupu Kaledoniyada yerləşdirilib. O, kanakların həbs olunduğunu, döyüldüyünü, ciddi sorğu-suala məruz qaldıqlarını, həbs olunanların qeyri-insani şəraitdə saxlanıldığını, ləyaqətlərinin tapdandığını vurğulayıb. Kemi Seba bu günədək 500-dən çox kanakın itkin düşdüyünü, 2800 nəfərin həbs edildiyi, 11 nəfərin öldürüldüyünü bildirib.

Niderland Krallığının müstəmləkəsi olan Boner adasının İnsan hüquqları təşkilatının prezidenti Davika Bissessar-Sau adada baş verən ciddi insan hüquqları pozuntularından danışıb. Diqqət çatdırıb ki, adada gənc qızlar doğuma nəzarət inyeksiyalarına məruz qoyulur, bu zaman həddindən artıq dozadan istifadə edilir. Bu, yerli əhalinin sayının azalması üçün planlı şəkildə aparılır. "Həmçinin bu kiçik ada dünyanın adambaşına düşən ən böyük həbsxanalarından birinə çevrilib. Kiçik uşaqlar öz ailələrindən alınaraq niderlandlı baxıcılara verilir. Bu isə cəmiyyətimizin gələcəyinə hücum, onun məhv olunmasına yönəlib. Niderland bu müstəmləkə adasında yerli insanların tamamilə məhv olmaları üçün bütün vasitələrdən istifadə edir", - deyə o vurğulayıb.

Qviananın "Dekolonizasiya və sosial emansipasiya" partiyasının nümayəndəsi Sindi Polü Fransanın Avropa sosial hüquqlar xartiyasının müddəalarını müstəmləkəyə çevirdiyi ərazilərdə tətbiq etmədiyini bildirib. O, ölkəsində həyat şəraitinin çox acınacaqlı olduğunu vurğulayıb. Hər tərəfdən su ilə əhatə olunan Qvianada sakinlərin içməli suya çıxışının olmadığını, suyun civə ilə çirkləndirildiyini diqqətə çatdırıb. "Bu platforma vasitəsilə özünü "insan hüquqlarının qoruyucusu" adlandıran və dəyərlərindən biri "Azadlıq, bərabərlik və qardaşlıq" olan ölkənin – Fransanın fundamental hüquqlarımıza hörmət etməməsini qətiyyətlə pisləyirik", - deyə S.Polü diqqətə çatdırıb.

Suveren Martinika uğrunda Demokratlar və Ekoloqlar Hərəkatının (MODEMS) üzvü Müryel Danyel müstəmləkəçiliyin bəşəriyyət tarixində dərin yara, milyonlarla insanın həyatını darmadağın edən və sivilizasiya adı altında sərvətləri talayan hökmranlıq sistemi olduğunu, təəssüf ki, hələ də davam etdiyini vurğulayıb. Müstəmləkəçiliyin ikiüzlülüyünü pisləyən hərəkat üzvü onun sivilizasiyadan uzaq, müstəmləkəçini insanlıqdan çıxarmaq kimi təsirlərdən, həmçinin ləyaqət itkisi, mədəni silinmə, iqtisadi tabeçilik kimi təsirlərini bir daha xatırladıb.

Müstəmləkəçiliyin, sadəcə, iqtisadi fakt deyil, məzlumun şəxsiyyətini təhrif edən, onun öz dəyərini şübhə altına alan psixoloji zorakılıq aktı olduğu qeyd edilib. Bildirilib ki, digər müstəmləkə ölkələri kimi, Martinika da ICCPR prinsipləri ilə yerdəki reallıqlar arasında uyğunsuzluğun bariz nümunəsidir. Martinika iqtisadiyyatı hələ də Fransa əsarətindədir. "Torpaqlarımızın oğurlanması qəbuledilməz reallıqdır. Ərzaq, gündəlik tələbat mallarının və zəruri xidmətlərin qiymətlərinin hədsiz dərəcədə yüksək olması xalqımızı qul kimi saxlamaq üçün müstəmləkəçilik siyasətinin bir hissəsidir", - deyə Müryel Danyel bildirib.

Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi (UPLG) Jan-Jakob Bisep Fransanın müstəmləkə ərazilərində, eləcə də Qvadelupada törətdiyi müstəmləkə cinayətlərindən danışıb, ölkəsinin ağlasığmaz cinayətlərə səhnə olduğunu qeyd edib. Deyib ki, quldarlığın ləğv edilməsinə baxmayaraq, müstəmləkə hakimiyyəti insanlarla hələ də qul kimi rəftar edir. O, eyni zamanda, Fransanın uzun illər boyu Madaqaskarda, Əlcəzairdə, Qvadelupada və digər ərazilərdə dəfələrlə törətdiyi kütləvi qırğınlardan danışıb.

Tədbirdə, həmçinin artıq müstəmləkəçilik vəziyyətində yaşamağın mümkün olmadığı, digər ölkələrdə insan haqlarına hörmət axtaran Avropa dövlətlərinin özlərinin müstəmləkə altında saxladıqları ərazilərdə bu hüquqlara riayət etmədikləri diqqətə çatdırılıb. Müstəmləkə altında olan ölkələrdəki ağır vəziyyət, yerli əhalinin səsinin boğulması, törədilən müstəmləkə cinayətləri ilə bağlı susqunluğa kəskin etiraz bildirilib. Onlar BMT-ni və beynəlxalq ictimaiyyəti müstəmləkə haqsızlıqlarına qarşı mübarizəyə çağırıblar.

Konfrans iştirakçıları Bakı Təşəbbüs Qrupunun müstəmləkə zorakılığı altında boğulan insanların səsini dünyaya çatdırmaq istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib, buna görə təşəkkürlərini bildiriblər.

Sonda iştirakçılar üzərində "Fransa müstəmləkəçiliyinə son!" yazılmış köynəklər geyinib və əllərində plakatlarla BMT-nin Cenevrə ofisinin binası qarşısında dinc aksiya keçiriblər.

BMT-nin həyətindən çıxan konfrans iştirakçıları bu təşkilatın qarşısındakı küçədə aksiya keçirən kanaklara qoşulublar.

Qeyd edək ki, konfransda Fransa və Niderlandın əsarəti altında olan ərazilər – Martinika, Yeni Kaledoniya, Qvadelupa, Boner, Sen-Martin, Fransız Polineziyası, Mayot, Fransız Qvianası, Korsika, həmçinin Qayanadan parlamentarilər, qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların rəhbərləri, ekspertlər, elm xadimləri, beyin mərkəzlərinin tədqiqatçıları, habelə bir sıra ölkələrin BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatları iştirak ediblər.

ZÜMRÜD





DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ