şənbə günü, 31 oktyabr 2026
     

BRICS ya Qərbi məhv edəcək, ya da özü məhv ediləcək...

Image


Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Xatırladaq ki, bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub. 

Bəyannamədə Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.

Həmçinin Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana dövlət səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində "autriç" formatında görüşə dəvət edib. Yeri gəlmişkən qeyd edək ki. Kzanda keçiriləcək sayca 16-cı BRICS sammitində Azərbaycan ən yüksək səviyyədə təmsil olunacaq. Tədbir BRICS+ formatında keçirilir. BRICS+ qurucu üzvlər Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasından və sonradan qoşulan Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərindən ibarətdir. Bu qurum dünya siyasəti və ticarətdə Qərbə qarşı əks balans hesab olunur. Londonda yerləşən Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu baş elmi işçisi Karlos Solar qeyd edir: "Sanki BRICS yeni nəfəs almağa başlayıb, çünki Qərbin aparıcı rol oynadığı düzən və onun təşkilatlarında nizamsızlıq hökm sürür. Əsas məsələ ondadır ki, dünya dəyişir və üzümüzə gələn onilliklərdə beynəlxalq bankçılıq, maliyyə və hüquqda baş verənlər dünyanın hansı regionlarının daha vacib olduğunu müəyyən edə bilər". Budəfəki sammit yeni üzvlərin BRICS-ə daxil olmalarına yol aça bilər. Rusiya rəhbrliyi  üzvlükdən ötrü müraciət etmiş ya bu barədə düşünən 20-dən çox ölkənin təmsilçilərini sammitə dəvət edib. Bunların arasında Azərbaycan, Belarus, Türkiyə və Monqolustan da var. Hazırda Rusiya və Çin BRICS-in genişlənməsi tərəfdarıdır. Karneqi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Stüart Patrik  bildirir: "Rusiya prezidenti Vladimir Putin açıq-aşqar deyib ki, BRICS "Qlobal Cənub"un adından danışır. Çin də həmin arqumenti səsləndirir. Çin və Rusiya ümid edir ki, BRICS+ ABŞ başçılığı ilə Qərb ölkələrin hökmranlıq etdiyi beynəlxalq nizama meydan oxumaq üçün vasitə olacaq". Xatırladaq ki, bu təşkilat Şimali Amerika və Qərbi Avropadakı zəngin ölkələrin siyasi və iqtisadi qüdrətinə qarşı bir alternativ kimi yaradılıb. Məqsəd   inkişafda olan ən vacib ölkələri bir araya gətirmək olub.

BRICS üzvləri elə əvvəldən iddia edirlər ki, Qərb dövlətləri hökumətlərə borc verən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi mühüm beynəlxalq təşkilatlarda hökmranlıq edir. Onların qənaətinə görə, inkişaf etməkdə olan iqtisadiyyatların da öz mövqelərini bildirməyə imkan verəcək bu kimi bir alternativə ehtiyacı var. 2014-cü ildə BRICS infrastrukturun inkişafından ötrü Yeni İnkişaf Bankı təsis etdi və yanvarda Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistan və BƏƏ-ni üzv olmağa dəvət edib. Yenicə genişlənən BRICS+ 3.5 milyard, yəni dünyanın 45 faizi qədər əhalisi, ümumi dəyəri isə 28.5 trilyon dollar olan iqtisadiyyatları birləşdirir. Bu isə dünya iqtisadiyyatının 28 faizini təşkil edir. Səudiyyə Ərəbistanı quruma üz olarsa, BRICS dünya neftinin, az qala, 44 faizini istehsal etmiş olacaq. Dünyanın hər yerinə səpələnmiş BRICS üzləri rahat bir blok sayılmır. Bununla belə, Rusiyanın Ukraynadakı müharibəsi və ya ABŞ-Çin arasında getdikcə artan qarşıdurması kimi geosiyasi pozuntular fonunda qurum genişlənir. Karlos Solar söyləyir ki, BRICS-ə qoşulmaq marağı yalnız artmaqdadır. Bir çox inkişafda olan ölkələr bu bloku qarşıdakı illərdə geosiyasi balans axtarmaq üçün faydalı vasitə kimi görür: "Siz BRICS-də fövqəl ambisiyaları olan çoxlu ölkə görə bilərsiniz: Çin, Rusiya, Hindistan və Braziliya. Lakin qoşulmaqda olan ya bundan ötrü müraciət edən digər ölkələr üçün bu, fərqli variantlara malik olmaq və bütün yumurtaları bir zənbilə yığmamaq deməkdir". Təhlilçi bunu Braziliya və Hindistan misallarında göstərir. BRICS-in əsas üzvləri olan bu ölkələr Qərbin başçılıq etdiyi qruplara və siyasi təşkilatlarla üzvdürlər, onlarla sıx əlaqələr saxlayırlar. Maliyyə koordinasiyası qurum üçün ən vacib məsələdir. Təşkilat liderləri ABŞ dollarının dünya ticarətində hökmranlığını kiçiltməyə can atırlar. Braziliya və Rusiya hətta BRICS-in ayrıca pul vahidini yaratmağı təklif edib. BRICS ölkələri qurumdaxili daha çox ticari əlaqələrin inkişafı, banklar arasında daha yaxın koordinasiya, vergi və gömrük prosedurlarının vahid standartlara gətirilməsinə can atır. Baxmayaraq ki, qlobal ehtiyat pul vahidinin yaradılması danışıqlarında irəliləyiş yoxdur, BRICS üzvləri milli pul vahidlərində ticarətin dəstəklənməsinə kökləniblər. Qərbin Ukrayna müharibəsi ilə bağlı sanksiyalarının təsirini azaltmağa çalışan Rusiya Çin və Hindistanla ticarət əlaqələrini genişləndirməklə bunun faydalı olduğunu sübut edib. Solar deyir: "BRICS yeni bazarlar axtarışında olan Rusiya iqtisadiyyatı üçün hətta daha böyük xilaskar olub və ola bilər". Rusiya üçün sammit beynəlxalq səhnədə tam təcrid olmadığını göstərməyə bir imkandır. Bundan əlavə, Qərbin hökmranlığını zəiflədə biləcək təşəbbüsləri irəli sürməkdən ötrü bir fürsətdir. Stüart Patrik bu xüsusda bildirib: "Putinə görə, bu sammit mahiyyətcə rəmzi məna daşıyır. O, dünyaya nümayiş etdirməyə çalışır ki, Ukraynada səbəbsiz olmadan başladığı hərbi müdaxilədən dolayı Qərbin Rusiyanı təcrid etmək səyləri boşa çıxıb. Həmçinin göstərir ki, Rusiyanın dünyada hələ də çoxlu dostları var". Kazanda Putin beynəlxalq ödəniş sisteminə alternativ və Qərbin sanksiyalarının təsir göstərə bilməyəcəyi beynəlxalq ödəniş platforması barədə danışıqları təşviq edəcək. Dünyanın ən böyük taxıl ixracatçısı olan Rusiya BRICS-in taxıl ticari birjasının yaradılmasını təklif edəcək. Bu, kənd təsərrüfatı məhsullarının beynəlxalq qiymətlərinin təyin olunduğu Qərb bazarlarına bir alternativdir. Bu səylərin uğurlu olub-olmamasını vaxt göstərəcək. Rəsmi Moskva qrupdaxili razılığa gəlməli olacaq, çünki qrupa qəbul edilən yeni üzvlərin heç də hamısı Kremlin Qərbə qarşı ambisiyalarını dəstəkləməyə bilər. Patrik deyir, BRICS üzvləri "beynəlxalq nizam və dünya iqtisadiyyatının idarəçiliyində Qərb dünyasının çəkisi haqsız böyükdür" fikri ətrafında birləşirlər. Lakin qurum üzvləri arasında hələ də fərqli düşüncələr var. Bir tərəfdən, Çin, İran, Rusiya kimi dünya düzəninə meydan oxumaq və onu devirmək istəyənlər durur. Digər tərəfdən, o düzəni islahatlar yolu ilə dəyişmək istəyən üzvlər var: "BRICS Qərbin başçılıq etdiyi nizama meydan oxuya bilər. Lakin hazırkı mərhələdə o, rəmzi baxımdan daha vacibdir, nəinki geosiyasi anlamda".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ