şənbə günü, 31 oktyabr 2026
     

Bakı Versal modeli tətbiq edir – İrəvanın başqa variantı yoxdur...

Image


"Azərbaycan hesab edir ki, nə qədər ki geosiyasi vəziyyət imkan verir, Ermənistanı elə vəziyyətə salmaq lazımdır ki, onun heç vaxt potensial təhlükəyə çevrilmək imkanı olmasın". Bu sözləri ABŞ-ın "Lehigh" Universitetinin professoru, siyasi elmlər doktoru Armen Qriqoryan erməni mediasına müsahibəsində deyib. 

O bildirib ki, Ermənistana qarşı Versal modeli tətbiq olunur: "Bu, Azərbaycanın Ermənistana tətbiq etdiyi Versal modelidir və prezident İlham Əliyev bu fürsətdən ağıllı şəkildə istifadə edir".

Qeyd edək ki, söhbət burada Versal müqaviləsindən gedir. 1919-cu il iyunun 28-də imzalanan Versal müqaviləsi Birinci Dünya müharibəsinin nəticələrini yekunlaşdırıb. Almaniya müharibənin yeganə günahkarı elan edildi. Parisdə almanların iştirakı olmadan ilkin danışıqlar aparan Antanta ölkələri və onların müttəfiqləri razılaşdılar ki, müqavilə üç əsas aspekti müzakirə etməlidir: təcavüzkarın cəzalandırılması, təzminat məsələsi və 1914-1918-ci illərdə baş verənlərin təkrarlanmasının qarşısının alınması. Artıq hər şey həll olunanda dəvət olunan alman nümayəndə heyəti əvvəlcə sülh müqaviləsini imzalamaqdan imtina etdi. Almanların fikrincə, bu, ultimatum xarakterli idi. Almaniya sənədə bir sıra dəyişikliklərin edilməsini təklif etdi. Danışıqların getdiyi zala almanlar buraxılmadığından təkliflər yazılı şəkildə verilməli idi. Antanta ölkələri, Yuxarı Sileziyada referendumun keçirilməsi kimi yalnız bir neçə kiçik məqam istisna olmaqla, Veymar nümayəndə heyətinin təklif etdiyi bütün dəyişiklikləri rədd etdilər. Və almanların müqaviləni imzalamaqdan imtina etməsinə cavab olaraq, bütün Almaniyanı işğal etməklə hədələdilər. Almanlara bu barədə düşünmək üçün beş gün vaxt verdilər. Təhlükə real idi, xüsusən də ölkənin bir hissəsi, o cümlədən Reynland artıq Antanta qoşunları tərəfindən işğal edilmişdi. Bundan əlavə, müharibə artıq başa çatsa da, İngiltərə dəniz blokadasını davam etdirirdi və bu, Almaniyada onsuz da ağır olan ərzaq böhranının daha da pisləşməsinə səbəb olurdu. Bu vəziyyətdə Veymar Milli Assambleyası qızğın müzakirələrdən sonra ultimatumu qəbul etməli oldu. 22 iyun 1919-cu ildə parlament Versal müqaviləsinin lehinə 237, əleyhinə 138 olmaqla səs verdi. İyunun 28-də almanlar eyni vaxtda öz etirazlarını bildirərək onu imzaladılar. Versal müqaviləsi Almaniya üçün çox çətin şərtlər diqtə etdi və təsadüfi deyil ki, almanların əksəriyyəti onu alçaldıcı və əsarətə salan hesab edirdi. Almaniya müttəfiqləri ilə birlikdə yeganə təcavüzkar tərəf elan edildi. Onu da demək lazımdır ki, Almaniyanın günahı təkcə mənəvi baxımdan ölçülmürdü. Müharibənin vurduğu ziyana görə tam maddi məsuliyyət almanlara verildi. Qalib ölkələrin Veymar Respublikasından tələb etdiyi təzminatların məbləği ilkin olaraq 20 milyard marka dəyərində qızıla bərabər olmalı idi. Sonra tələblər 269 milyard markaya qədər artdı. Bundan əlavə, Almaniya ticarət donanmasının 90 faizindən imtina etmək məcburiyyətində qaldı, bu da gənc Veymar Respublikasının iqtisadiyyatına çox ağır zərbə vurdu.

Əlavə edək ki, bu hesablamalar təkcə sırf hərbi ziyana, yəni dağıdılmış evlərin, batmış gəmilərin dəyəri, müharibə əlillərinə, dul və yetimlərə verilən təqaüdlər və sairi deyil, həm də, məsələn, borclar üzündən zərər çəkmiş şəxsləri də nəzərə alırdı.  ABŞ-dan alınan avadanlıqlara görə Fransa və Böyük Britaniyanın borcu məhz almanlar tərəfindən ödənilməli idi. Bundan əlavə, Almaniya Avstriya-Macarıstan qoşunlarının Antanta ölkələrinə vurduğu ziyana görə təzminat ödəməli idi. Almaniya iqtisadiyyatı bunların öhdəsindən gələ bilmirdi. Fransız və Belçika qoşunları bu fonda "borcları" ala bilımək üçün 1923-cü ildə Almaniyanın əsas sənaye bölgəsi olan Rur bölgəsini işğal etdilər. Təzminatların ödənilməsi 1931-ci ilə qədər davam etdi. Almaniya böyük əraziləri itirdi və onlarla birlikdə - dəmir filizi ehtiyatlarının 80 faizi, kömür ehtiyatlarının demək olar ki, üçdə biri, bütün domna sobalarının 40 faizi, kənd təsərrüfatı torpaqlarının 15 faizindən çoxu əldən çıxdı. Elzas və Lotaringiya Fransaya getdi. Polşa, Danimarka, o vaxtkı Çexoslovakiya da alman torpaqlarının bir hissəni ələ keçirdilər. Ölkə ərazisinin bir hissəsi, xüsusən də kömürlə zəngin Saarland Millətlər Cəmiyyətinin nəzarəti altına alındı. Versal müqaviləsinin təşəbbüskarlarının istəyinə müvafiq olaraq alman  ordusunun   sayı kəskin azaldıldı,  hərbi aviasiya qadağan edildi, dəniz qüvvələri müqavilə ilə orta və kiçik tonajlı 36 döyüş gəmisi ilə məhdudlaşdırıldı, Almaniyaya kreyserlər, sualtı qayıqlar, tanklar və gəmilər tikmək qadağan edildi. İndi Ermənistanda hesab olunur ki, Azərbaycan da eyni yanaşmalaran istifadə etməyə çalışır.  Ermənistanın müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Artak Zakaryan bu fonda qeyd edir: "Çoxları hesab edir ki, yeni dünya nizamının prinsipləri ilə bağlı Kazanda keçirilən BRİKS sammiti xüsusilə Qərb dünyasına aydın istiqamət verəcək. Bəs kiçik ölkələr, xüsusən də məğlub və siyasi cəhətdən ruhdan düşmüş Ermənistan nə edir? Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa kimi Cənubi Qafqaz da şübhəsiz ki, yeni dünya düzəninin memarlarının strateji maraqlarının toqquşmalarının diqqət mərkəzinə düşüb. Türkiyə və Nikol sayəsində Azərbaycan regional siyasətin əsas benefisiarı statusunu alıb. Gürcüstan davamlı və təhlükəsiz inkişaf yolunu tapıb və oktyabrın 26-da keçiriləcək seçkilərdə növbəti illər üçün suveren inkişaf aktivlərini təmin etməyə çalışacaq. Ermənistan isə öz yadlaşmış və zəifləmiş hakimiyyəti sayəsində hələ də geosiyasi çəkiclə dəmir arasındadır".

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ