şənbə günü, 31 oktyabr 2026
     

Ermənistan etiraf etdi: “Sülh qovşağı” əslində “Müharibə qovşağı” layihəsidir...

Image


Bəlli olduğu kimi, hələ ötən ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan "Sülh kəsişməsi" adı altında Tiflisdə layihə təqdim edib. Elə o vaxtdan bəri Paşinyan az qala hər tribunada bu layihədən bəhs edir, onu Cənubi Qafqazda kommunikasiyaların açılması, sülh üçün önəmli layihə kimi təqdim etməyə çalışır. 

Halbuki, 30 ilə yaxındır Cənubi Qafqazda bütün kommunikasiyaları məhv edən, iflic vəziyyətinə salan Ermənistan özüdür. Elə indi də region üçün ən optimal variant olan Zəngəzur dəhlizinə əngəl yaradan məhz Ermənistan hakimiyyətidir.

Bütün bunları Paşinyan görməzdən gəlir, "Sülh kəsişməsi" adı altında təqdim etdiyi utopik layihədən danışmaqdan usanmır. Bu xüsusda o qeyd edir: "Cənubi Qafqaza sülh lazımdır, ölkələr açıq sərhədlərlə yaşayırlar. Ölkələr fəal iqtisadi, siyasi, mədəni və insan əlaqələrilə bağlıdır, bütün məsələlərin diplomatik və dialoq yolu ilə həlli üzrə təcrübəsi və ənənələri toplayıblar. Bütün bunlar yollar olmadan mümkün deyil. Bu layihənin əsas mənası Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyaların inkişafıdır". Bu açıqlamaları verən Paşinyana xatırlamaq istəmir ki, Naxçıvan bu gün də Ermənistan tərəfindən blokada şəraitində saxlanılır, mövcud hakimiyyət 44 günlük müharibədən sonra üzərinə götürdüyü Zəngəzur dəhlizi ilə bağlı öhdəlikdən də boyun qaçırır. İndi isə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında kommunikasiyalardan danışır. Digər tərəfdən regionda kommunikasoyaların açılması təklifinin müəllifi  Azərbaycandır. Azərbaycan elə bir qüdrətli dövlətdir ki, hər dəfə qlobal miqyaslı bir məsələ ilə bağlı təklif irəli sürdükdə özü də həmin təklifi reallaşdırmaq iqtidarında olur. Ancaq Ermənistanın mövcud vəziyyəti fərqlidir. Bu dövlət müstəqillik qazanandan bəri başqa dövlətlərin hesabına yaşamağa öyrəşib.  Hələ indiyə kimi heç bir region əhəmiyyətli bir layihədə iştirak etməyən Ermənistan rəhbərliyi birdən-birə maliyyə mənbəyi belə müəyyənləşməmiş bir layihə təklif edir. Ermənistan indiyədək ən qısa yolun çəkilişini də həll edə bilməyib. Məsələn  uzun illərdir İrandan magistral yol, dəmir xətti çəkmək istəyən Ermənistan sonda etiraf etdi ki, bunun üçün vəsait yoxdur. Bu baxımdan Paşinyanın "Sülh kəsişməsi" layihəsi Ermənistanın özündə də indi istehza ilə qarşılanır. "Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan  bu fonda maraqlı açıqlamalar verib: "Qlobal "Müharibə Partiyası" və ya kollektiv Qərbin öz yerli marionetləri var, onlar rəhbərlik etdikləri ölkələri anti-Rusiya, anti-Çin, anti-İran adı ilə geosiyasi toqquşmaların qurbanına çevirirlər. Daimi inqilablar ideyasını daimi müharibələr prinsipi ilə əvəz edən dövrümüzün neo-trotskistləri demokratiya bayrağı altında demokratik dəyərlərə təcavüz edirlər (liberalların demaqogiya, sinizm və populizminin sərhədləri yoxdur). Konkret misallar verəcəm. Moldovada Corcvell əxlaqı var, lakin Avropa rəsmisi Borrell onları tərifləyir, Moldovanın demokratik ölkə olduğunu bəyan edir, onlar isə əvvəllər hakimiyyətin əsas rəqibi İlan Şoru oyundan kənarlaşdıraraq, prezident seçkilərinin rəqabətli olmaması üçün hər şeyi ediblər. Gürcüstanda rəqabətli seçkilər gözlənilir, yəni demokratiyanın ruhu və hərfi mövcuddur, lakin eyni Borrell Gürcüstan hakimiyyətini tənqid edir, çünki onlar qlobal maraqlar naminə Rusiya ilə son gürcüyə qədər döyüşmək istəmirlər.

Saakaşvilinin tərəfdarları başqalarının maraqları naminə öz ölkələrini qurban verməyə hazırdırlar, buna görə də onları "kollektiv" Qərb qoruyur. İvanişvilinin komandası buna imkan vermək istəmir və yalnız öz ölkələrinin maraqlarını rəhbər tutur. Gürcüstanda hakimiyyət sövdələşmə obyektinə çevrilmək istəmir, lakin Ukraynada bədnam Zelenski son ukraynalıya qədər mübarizə aparır. Üstəlik, o, Qərbə Rusiya ilə sonuncu adama qədər vuruşmağı təklif edir. Onun təklif etdiyi 5 bənd və 3 gizli alt bənddən ibarət "Qələbə planı"nda Yer planetinin yox olması perspektivi ilə 3-cü Dünya Müharibəsindən başqa heç nə nəzərdə tutulmur. Əslində, Zelenski "Ya hakimiyyətdə olacam, ya da bütün dünya olmayacaq" şüarını rəhbər tutur. Bizim yerli Zelenskinin, Nikol Paşinyanın buna bənzər bir şüarı var, onun təklif etdiyi "Sülh kəsişməsi" əslində "Müharibə qovşağı"dır. Onun Zelenskidən fərqi ondan ibarətdir ki, o, bütün dünyanı deyil, yalnız bizim regionu müharibəyə sürükləmək, Ermənistanı hərbi əməliyyatlar meydanına çevirmək istəyir. Düzdür, bu, yenidən dünya müharibəsi ilə başa çatacaq, amma ən azı ilk baxışdan Zelenski ilə müqayisədə Nikolun ağlı başında görünür. Hər ikisi mahiyyət etibarilə xarici qüvvələrin və anti-dövlət marionetləridir. Bölgəmizdə və bütövlükdə dünyada həqiqi sülh yalnız qlobal "Müharibə Partiyası" məğlub olduğu halda mümkündür. Həm ABŞ-da, həm də Aİ-də, Gürcüstanda və Ermənistanda qlobal sülhə səbəb olacaq qüvvə qalib gəlməlidir". Burada bir məqamı da xatırladaq ki, Paşinyan Ermənistanın regional layihələrdəki iştirakını stimullaşdıracaq layihəsində Rusiyanı kənara qoyur. Halbuki, regionda Rusiyanın iştirakı olmadan belə layihələrin baş tutması çətindir. Üstəgəl, Paşinyan bunu Ermənistanla Rusiya arasındakı gərgin münasibətlərin fonunda deyirsə, bu, başqa oyunçuları Moskvaya qarşı qoymaq cəhdidir. Bu fonda həqiqətən də "Sülh kəsişməsi" əslində "Müharibə qovşağı"dır.  Hazır Zəngəzur dəhlizi layihəsi olduğu halda, Paşinyanın mürəkkəb relyefli coğrafiyada yüz kilometrlərlə yolların, dəmiryolunun və sair çəkilməsini istəməsi Ermənistanın qeyri-ciddiliyinin göstəricisidir. Deməli, "Sülh kəsişməsi"nin reallaşması da mümkün deyil.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ