şənbə günü, 31 oktyabr 2026
     

4 ildə Qafqazda nələr olacağına gürcü xalqı qərar verəcək...

Image


Gürcüstanda müxalifət tərəfdarları parlament seçkisinə az qalmış ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyasına dəstək məqsədilə paytaxtda yürüş keçiriblər. Gürcüstan və Aİ-nin bayraqlarını daşıyan bir neçə min yerli sakin Tiflisin beş müxtəlif rayonundan "Gürcüstan Avropa İttifaqını seçir" başlığı altında yürüş keçirib. Yürüşdən sonra etirazçılar musiqi konsertinin keçirildiyi şəhərin mərkəzindəki Azadlıq Meydanına toplaşıblar.

Aksiyanı qeyri-hökumət təşkilatları təşkil edib. Onu da qeyd edək ki, aksiyanı prezident Salome Zurabişvili, eləcə də əsas müxalifət partiyaları dəstəkləyib. Tribunada çıxış edən Zurabişvili Gürcüstanın Aİ-yə daxil olaraq yaxşı tərəfdaş və müttəfiq olacağını deyib. O, tribunadan Ukrayna prezidenti Vladimir Zelenski və Moldova prezidenti Maya Sanduya müraciət edərək onlara qələbə arzulayıb: "Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsi həm də Gürcüstanın azadlığı uğrunda mübarizədir. Buradan, sizin adınızdan Zelenskiyə üz tutub, "onun bizim üçün mübarizə apardığını və qalib olacağını bilirik" demək istəyirəm. Və biz birlikdə Avropaya gedəcəyik. Maya, bu gün, sənin qələbə günün və Avropa referendumunun qələbə günü olacaq. Biz birlikdə Avropaya girəcəyik!". Zurabişvili bir neçə dəfə deyib ki, oktyabrın 26-da vətəndaşlar Rusiya ilə Avropa arasında seçim edəcəklər. O, açıq söyləyib ki, avrointeqrasiyanın davam etməsi üçün dörd avropapərəst partiyanı dəstəkləmək vacibdir. Həmin dörd partiya Zurabişvilinin təşəbbüsü ilə "Gürcüstan xartiyası"nı imzalayıblar. Sənəddə seçkidən sonra müvəqqəti hökumət yaradılması, kompleks islahatların aparılması, "xarici agent" qanununun ləğvi, azad və ədalətli şərtlərlə növbədənkənar seçkilərin keçirilməsi nəzərdə tutulur. Maraqlıdır ki, onalrın faəliyyətinə Qərbdən hər cür dəstək verilir.  Bu fonda hakim "Gürcü Arzusu" partiyası qarşıdan gələn seçkiləri hərb və sülh arasında həyati seçim kimi təqdim edir. Baş verənləri şərh edən gürcü ekspert David Çikelidze qeyd edir ki, hələlik Gürcüstanda seçkiöncəsi vəziyyət sabitdir, sakitlik hökm sürür: "Siyasi partiyalar sərbəst şəkildə təbliğat aparır, əhali ilə görüşlər keçirirlər. Bu zaman onlar heç bir problemlə qarşılaşmırlar. Lakin təəssüflər olsun ki, radikal müxalifət partiyaları Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı məqsədli şəkildə təzyiq və diskriminasiya kampaniyası aparırlar". Onun sözlərinə görə, oktyabrın 11-də MSK işçilərinə "sms" göndərərək onlara vəzifələrindən istefa vermələri üçün təzyiq göstərilməsi yolverilməzdir: "Burada Qərbin də böyük rolu var. Təəssüflər olsun ki, Qərb dövlətlərində Gürcüstanın daxili işlərinə maraq həddindən artıq çoxdur. Həmin dövlətlərin səfirlərinin söylədiklərindən bəlli olur ki, hazırkı Gürcüstan hakimiyyəti onlar üçün qəbuledilməzdir və onlar çalışırlar ki, "Gürcü Arzusu" iqtidar partiyasını nüfuzdan salsınlar. Onlar xaricdən Gürcüstandakı seçkilərə və ölkənin daxili işlərinə kobud müdaxilə ilə buna çalışırlar. Mən ümid edirəm ki, hakimiyyət bu təzyiqlərin öhdəsindən gələcək. Necə olur ki, Moldovadakı seçkilərə kim müdaxilə etsə, Moldovanın ona layiqli cavab verməyə haqqı var deyirlər. Amma Gürcüstanın işlərinə qarışanlara cavab verəndə bizə təzyiq edilir?! Burada qeyd etmək yerinə düşər ki, əgər "Gürcü Arzusu" bu seçkilərdə qalib gəlməsə, ümumiyyətlə, Qafqazda vəziyyət dəyişəcək, partlayış baş verəcək və bu, bütün region ölkələrinə mənfi təsir edəcək. Amma ümid edirəm ki, nə olursa-olsun, Gürcüstan ilə Azərbaycan arasında heç nə dəyişməyəcək. Tarix boyu Gürcüstan və Azərbaycanın çox yaxşı əlaqələri olub. "Gürcü Arzusu" hakimiyyətə gəldikdən sonra münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bizim yaxın qonşuluq, dostluq, qardaşlıq əlaqələrimiz biri-birinə uyğun gəlir. Bunu baş nazir İrakli Qaribaşvilinin və Azərbaycan prezidenti İlham Əliyevin görüşündən sonra birgə bəyanatları da bir daha təsdiq edir. Biz Gürcüstanda yaşayırıq və hər kəslə ünsiyyətdə oluruq. Çoxluq istəyir ki, ölkədə sülh olsun. Bu isə o deməkdir ki, çoxluq "Gürcü Arzusu" partiyasının siyasətini dəstəkləyir. Ümid edirəm ki, "Gürcü Arzusu" bu seçkilərdə 55-60 faiz səs toplaya biləcək və parlamentdə konstitusion çoxluğu qazana biləcək".

Digər ekspert, parlamentin deputatı İrakli Kadaqişvili də çəsələtə eyni prizamadan yanaşır: "Seçkilərlə bağlı əsas müşahidəçi vəzifəsini yerinə yetirən ATƏT-in müşahidə missiyası ilkin hesabatını təqdim edib. Sənəddə də qeyd edilib ki, seçki öncəsi vəziyyət çox sabitdir. Gürcüstan Mərkəzi Seçki Komissiyası və onun regional bölmələri işlərini düzgün qurublar və seçkilərə tam hazırdırlar. Vətəndaşların sərbəst və azad səsvermələri üçün hər cür şərait yaradılıb, mətbuat azad fəaliyyət göstərir". Onun sözlərinə görə, sənəddə yalnız ölkədə böyük siyasi qütbləşmənin olduğu qeyd edilir: "Mənim fikrimcə bunun da ən böyük səbəblərindən biri Gürcüstanın daxili işlərinə, seçki prosesinə kənardan, xüsusən də xaricdən müdaxilənin olmasıdır. Əgər bəzi kobud, yersiz müdaxilələr olmasa siyasi qütbləşmə də o qədər böyük olmaz. İndi qarşıda yalnız bir məsələ dayanıb, bu da səsvermənin normal şəraitdə, azad, şəffaf və demokratik təşkilidir. Seçkilərdən sonra həyat öz axarı ilə gedəcək və Gürcüstan yenə də demokratik inkişafını davam etdirəcək". Deputat bildirib ki, Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra cəmiyyət bir çox şeyin şahidi oldu: "Bəzi qüvvələr Gürcüstanı Rusiya ilə müharibəyə cəlb etmək istəyirlər. Amma Rusiya ilə qarşıdurma Gürcüstan üçün məqbul deyil və yolverilməzdir. Gürcüstan Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir, amma biz Rusiya ilə ikinci cəbhəni aça bilmərik. Xüsusilə də nəzərə almalıyıq ki, Gürcüstan ərazilərinin də 20 faizi işğal olunub. Ona görə də Gürcüstan sülh yolu ilə gedir və seçkilərdən sonra da yolunu bu istiqamətdə davam etdirməlidir. Bütün cəhdlərimizə baxmayaraq bəzi Qərb dövlətləri, onların Gürcüstandakı diplomatik missiyalarının rəhbərləri kobud, həqiqəti əks etdirməyən, yalan məlumatlarla dolu bəyanatlar verir, bizə qarşı sanksiyalar tətbiq edirlər. Bütün bunlar Gürcüstanın suveren hüquqlarının kobudcasına pozulması deməkdir. Eyni zamanda, bu addımlar Avropa demokratiyasının, strateji tərəfdaşlığın norma və prinsiplərinə, diplomatik etiketə uyğun gəlmir. Bütün bunlara baxmayaraq Gürcüstan hökuməti və gürcü xalqı öz taleyini özü həll edir və seçkilərdə növbəti 4 ildə kimin hakimiyyətdə olacağına özü qərar verəcək". Onu da qeyd edək ki, "Gürcü Arzusu" xaricdən maliyyələşən QHT və medianın fəaliyyətini məhdudlaşdıran, eləcə də "LGBT propaqandası" əleyhinə qanunlar qəbul edib. Bunu bəhanə edən Brüssel və Vaşinqton cəza tədbirlərinə əl atıb.  Aİ Gürcüstanın bloka üzvlük prosesini dondurub, Vaşinqton sanksiyalara əl atıb.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ