şənbə günü, 31 oktyabr 2026
     

Qərbin "məxməri inqilab” agentləri Ukrayna-Livan qaçqınları adı ilə Ermənistana sızdırılır...

Image


Xəyal Bəşirov: "Bütün bunlar Ermənistanın çoxspektrli, təhlükəli planların  tərkib hissəsinə, alətinə çevrilməsi ilə bağlı məqamları gündəmə gətirir"

Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin (MCS) yaydığı məlumata görə, bu ilin 9 ayında Ermənistan vətəndaşlığı üçün 16 060 nəfər müraciət edib. Müraciət edənlərin böyük əksəriyyəti Rusiyadandır - 7693 nəfər. Onlardan 3588 nəfəri birbaşa Miqrasiya və Vətəndaşlıq Xidmətinə (MMX), 4105 nəfəri isə konsulluq xidməti vasitəsilə müraciət edib. 

"Əgər əvvəllər Ermənistan vətəndaşlığını almaq üçün hər il orta hesabla 8 min müraciət edilirdisə, Ukraynada vəziyyətin gərginləşməsindən sonra bu rəqəm bir neçə dəfə artaraq ildə orta hesabla 25 minə çatıb"- deyə xidmət rəisinin müavini Nelly Davtyan qeyd edib. 

Onun sözlərinə görə, Livandan da xeyli sayda müraciət var ki, bu da münaqişənin kəskinləşməsi ilə əlaqədar Yaxın Şərq regionunda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlıdır. 

Camaat Ermənistandan qaçır. Ermənistan vətəndaşları da, Qarabağdan ora könüllü köçən ermənilər də Ermənistanı tərk edib başqa ölkələrə üz tutur. Bəs bu adamlar Ermənistana niyə axışır, burada onları cəlb edən nə var? 

Göründüyü kimi, vətəndaşlıq istəyənlərin arasında ukraynalılar və livanlılar xüsusi çəkiyə malikdir. Bu da müxtəlif suallar doğurur. Əsas sual budur ki, Ukrayna və Livandan gələnlər Qərbin xüsusi hazırlanmış qüvvələri ola bilərmi? Gələcəkdə Rusiyaya qarşı istifadə üçün onları Qərb hazırlayıb Ermənistana gətirə bilərmi? 

"...Ermənistana təhlükəli qrupların yerləşdirilməsi prosesini də həyata keçirə bilərlər"

Siyasi Hüquq və Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, belə bir halın baş verməsi təsadüfi xarakter daşımır: "Bu məsələ əslində Qərbin Cənubi Qafazda Ermənistanla bağlı hazırladığı planların tərkib hissələrindən biridir. Ermənistanın vəziyyəti hamımıza bəllidir. Buna qədər - Azərbaycanla Ermənistan arasında İkinci Qarabağ müharibəsinə qədər də Ermənistanın siyasi-iqtisadi vəziyyəti bəlli idi. Bu müharibədən sonra Ermənistan daha ağır duruma düşüb. Ermənistan ordusu 5 milyard İkinci Qarabağ müharibəsində, 1 milyard da antiterror tədbirləri zamanı, ümumlikdə 6 milyard ABŞ dolları həcmində silah-sursatı, hərbi texnikanı qənimət kimi Azərbaycan ordusuna saxlayıb qaçdı. Təbii ki, bu da Ermənistan ordusunun həm canlı qüvvə baxımından, həm silah arsenalı baxımından darmadağın edilməsi demək idi. Bu, Ermənistanın iqtisadiyyatına da ciddi mənfi təsir göstərməmiş deyil. Eyni zamanda nəzərə alaq ki, uzun illər ərzində Ermənistan yürütdüyü siyasətlə özünü iqtisadi və siyasi blokadaya salıb, bu ölkə tam şəkildə iqtisadi, enerji, siyasi baxımdan Rusiyadan asılı vəziyyətdə olan bir dövlət olub. Bu gün Rusiyanın Ukraynada müharibə aparması səbəbindən onun özünün iqtisadiyyatı çox çətin durumdadır. Nəzərə alsaq ki, Ermənistanın siyasi, iqtisadi, enerji və digər təhlükəsizliklərini təmin edən bir dövlət özü bu cür ağır vəziyyətdədirsə, deməli, Ermənistanın özü qat-qat pis durumdadır. Təbii ki, bu proseslərdə kənar qüvvələrin rolu çox önəmlidir. Azərbaycan mümkün qədər Ermənistanla sülh prosesinə doğru addımlar atamaq istəyir, amma Ermənistan bir konstision əsasda Azərbaycana qarşı ərazi iddialarından vaz keçmək istəmir, digər tərəfdən, ATƏT-in Minsk qrupunun  faktiki olaraq mövcud olmadığını nəzərə  alıb, onun de-yure ləğvi ilə bağlı mövqe ortaya qoymaq istəmir. Həmçinin Ermənistan özünün kənar  havadarları, himayədarları vasitəsilə silahlanır və o silahları Ermənistana bir çox hallarda pulsuz, qarşılıqsız, bəzi hallarda uzun müddətlik kreditlə və digər formalarda verirlər. Halbuki, Ermənistan iqtisadi baxımdan həmin o silahları almaq gücündə deyil. Bu da Ermənistanın silahlandırılması deməkdir. Nəzərə alsaq ki, 2022-ci ilin oktyabrından başlayaraq Ermənistanda Avropa İttifaqının mülki missiyası   adı altında çoxlu sayda ölkələrin, həm də Avropa İttifaqına aid olmayan Kanadanın, ABŞ-ın ordusu, silahlıları, jandarma qüvvələri, kəşfiyyatçıları yerləşməkdədir. Bu da ondan xəbər verir ki, Ermənistanla bağlı çox ciddi plan hazırlanır. Bu planın tərkib hissəsi kimi Azərbaycana qarşı revanşist müharibə də istisna deyil. Eyni zamanda Rusiyanın nəzarətindən Ermənistanın çıxarılması, yaxud da Rusiyanın ordakı mövqeyini mümkün qədər zəiflətmək niyyəti ilə Ermənistan platsdarm kimi istifadə edilir. Bundan başqa, Yaxın Şərqdə baş verən proseslərlə bağlı ABŞ və Qərbdən olan bir sıra İsrail müttəfiqləri Ermənistandan İrana qarşı istifadə etmək niyyətlərini həyata keçirə bilərlər. Bütün bunlar Ermənistanın çoxspektrli, təhlükəli planların  tərkib hissəsinə, alətinə çevrilməsi ilə bağlı məqamları gündəmə gətirir.

Düşünürəm ki, bu gün Ermənistana o şəxslərin köçməsinin səbəbi məhz süni şəkildə onların ora yerləşdirilməsi ilə bağlıdır. Ərazilərimiz işğal altında olanda Qarabağa və digər yerlərimizə süni şəkildə Suriyadan, Livandan, Liviyadan, eləcə də başqa ölkələrdən ayrı-ayrı qrupların gətirilməsi və yerləşdirilməsi məhz o zaman da belə təhlükəli planların həyata keçirilməsi ilə bağlı idi. Amma bu gün artıq o ərazilər onların nəzarətindən çıxıb. Buna görə də Ermənistanın öz ərazisindən müxtəlif niyyətlər üçün istifadə etmək istəyən qüvvələr var".

X.Bəşirovun sözlərinə görə, nəzərə alsaq ki, Ermənistan Sovetlər ittifaqından qopduqdan sonra onun üç milyon və yaxud daha çox əhalisi vardı. X.Bəşirov qeyd etdi ki, indi o əhalinin sayı gəlib beş milyona çıxmalı olduğu halda, verilən məlumatlara görə, əhali sayı 2 milyondan da aşağıdır. "Bu da ondan xəbər verir ki, ermənilər Ermənistandan köç edirlər. Qarabağdan Ermənistana köçmüş şəxslərin bir hissəsi də elə dərhal tranzit ölkə kimi Ermənistandan istifadə edib xaricə, Avropa ölkələrinə getdilər. Fikrimcə, bu məqamları nəzərə alsaq, bu bir daha ondan xəbər verir ki, Ermənistan vasitəsilə bu gün bu niyyətlərini həyata keçirmək istəyirlər. Gələcəkdə hansı məqsədlərlə istifadə olunacaq, biz onu növbəti proseslərdə görə bilərik. Hər halda görünən odur ki, Ermənistandan öz niyyətləri üçün istifadə etmək istəyən qüvvələr var. Bu qüvvələr, təbii ki, Ermənistana təhlükəli qrupların yerləşdirilməsi prosesini də həyata keçirə bilərlər. Elə qruplar ki, onlar nəzarətsiz olsunlar və gələcəkdə məhz kənar qüvvələrin nəzarəti altında fəaliyyət göstərsinlər. Necə ki, biz İraqda, Suriyada və digər ərazilərdə İŞİD kimi qruplaşmaları görmüşdük, başqa qruplaşmaların şahidi olmuşduq. Sanki onlar elə görünürdülər ki, tam nəzarətsiz qruplardır, amma faktiki olaraq onlar kənardan idarə olunurdular. Bu gün Ermənistan ərazisində də elə qüvvələrin yerləşdirilməsi ilə bağlı təhlükəli niyyətlər var ki, bunlar nəticəsində gələcəkdə Ermənistan vasitəsilə müxtəlif planların həyata keçirilməsi mövqeyi ortaya qoyula bilər. Hər bir  halda bunlar Cənubi Qafqaz üçün çox təhlükəli məqamlardır və düşünürəm ki, məhz bu məqamlar bir daha, şərti də olsa, sərhədlərimizin gücləndirilməsi missiyamızı daha tez həyata keçirməklə bağlı tələsməyimizə səbəb olur"-deyə bildirən X.Bəşirovun sözlərinə görə, təəssüflər olsun ki, bu gün Ermənistan mümkün və qeyri-mümkün olan yollarla sülhdən yayınmağa çalışır. O hesab edir ki, şübhəsiz, bu da həmin o kənar qüvvələrin təsiri ilə həyata keçirilən prosesdir. Müsahibimizin sözlərinə görə, Ermənistan həmin o qüvvələrin diqtəsi ilə sülhdən yayınmaqla, əslində onların   planlarının daha qısa müddət ərzində və daha münbit şəraitdə həyata keçməsinə şərait yaradır. Hər bir halda X.Bəşirov düşünür ki, bu, qonşu dövlətlər, Cənubi Qafqaz üçün də təhlükəli planlardır. "Amma nəzərə almaq lazımdır ki, bu təhlükəli planların ən böyük zərbəsi Ermənistan dövlətinin özünə və erməni xalqına dəyəcək. Az öncə qeyd etdiyim kimi, biz bunu Suriyanın, İraqın nümunəsində gördük"-deyə X.Bəşirov qeyd etdi.

O bildirdi ki, bu təhlükəli planlardan daha çox Ermənistan və erməni xalqı əziyyət çəkəcək. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ