şənbə günü, 31 oktyabr 2026
     

"3+3" formatında Bakı-İrəvan sülh sazişinin perspektivi nə qədərdi?

Image


 Abutalıb Səmədov: "3+3 formatında sülh sazişinin irəliləməsi mümkünsüzdür"

Moskva, Ankara və Tehran sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün İrəvan və Bakıya "3+3" platformasından istifadə etməyi təklif ediblər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz üzrə "3+3" platformasının (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) iclasının yekunları üzrə bildirib.

"Həm biz, həm Türkiyə, həm də İran tərəfdaşlarımız olan Azərbaycan və Ermənistana sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün "3+3" platformasından istifadə etməyi təklif etdik", - deyə o bildirib.

S.Lavrovun sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı da məsələlər var.

"Hazırda heç bir görüş nəzərdə tutulmayıb, erməni həmkarlar fasilə verib. Onlar hesab edirlər ki, əvvəlcə Türkiyə ilə birbaşa əlaqə saxlamalı və nə etmək lazım olduğunu başa düşməlidirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, oktyabrın 19-da İstanbulda "3+3" formatında xarici işlər nazirlərinin görüşü baş tutub. Görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və İran XİN rəhbərləri iştirak edib.

3+3 formatı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını mümkünləşdirə bilərmi?

"...Türkiyənin Ermənistana təsir göstərmək imkanları var"    

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov baki-xeber.com-a "3+3 formatında sülh sazişinin irəliləməsi mümkünsüzdür. Bu formata daxil olan ayrı-ayrı ölkələr bu işə öz töhfəsini verə bilərlər, həm Türkiyə, həm İran, həm gələcəkdə Gürcüstan sülh sazişinin imzalanması istiqamətində müsbət işlər görə bilər. Ancaq Rusiyanın burada iştirakı qeyri-mümkündür. Çünki birmənalı şəkildə Ermənistana icazə verilmir və Ermənistan mümkün olan bütün məsələlərdə Rusiyadan uzaq durmağa çalışır. Təbiidir, bəzən məcburiyyət nəzərə alınır və Ermənistan Rusiyada keçirilən tədbirlərə qatılır, Rusiya prezidenti ilə müəyyən müzakirələr keçirilir. Ancaq bütün bu addımlar daha çox iqtisadi məsələlərlə bağlı olur. Digər məsələlərdə Ermənistan Rusiyadan uzaq qaçır. KTMT-nin işində heç bir iştirakı yoxdur, üzvlük haqqını da ödəmir, nümayəndə də verməyib, nə parlament sədrlərinin iclasına, nə xarici işlər nazirlərinin toplantılarına Ermənistan qatılmır. Digər tərəfdən, Rusiyanın bu məsələdə hər hansı bir töhfə verməsi mümkünsüzdür. Burda, təbiidir, 3+3 formatına daxil olan ölkələr içərisində ən çox imkan Türkiyə və İrana məxsusdur. Çünki onların hər ikisinin Ermənistan üzərində kifayət qədər nüfuzu var və Ermənistanı düzgün addımlar atmağa yönəltmək imkanlarına malikdirlər. Son hadisələr göstərir ki, Ermənistan Türkiyə ilə yaxınlaşmaq üçün əlindən gələni edir. Bu yaxınlaşmanı özü üçün həyati əhəmiyyətli bir məsələ sayır. Bu səbəbdən təbiidir ki, Türkiyənin Ermənistana təsir göstərmək imkanları var. İranın imkanları bir az da çoxdur. Çünki İran Ermənistana kifayət qədər yaxındır, iqtisadi məsələlərdə Ermənistan üçün mühüm tərəfdaşdı və təhlükəsizlik məsələlərində də Ermənistanın yanında yer almağa çalışır. Xüsusilə "Zəngəzur dəhlizinin" açılmasına mane olmaq istiqamətində Ermənistandan da çox səylər göstərir. Təqribən bir ay bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hətta Azərbaycanla yanaşı Türkiyə və Rusiyanı müharibə ilə hədələməsi kifayət qədər ciddi amil oldu və "Zəngəzur dəhlizinin" açılması yönündə gedən prosesləri xeyli ləngitdi, ləngitməkdə də davam edir"-deyə bildirdi.

A.Səmədov qeyd etdi ki, çünki Rusiya İranla hesablaşır və hesablaşmaq məcburiyyətindədir. Siyasi ekspertin fikrincə, bu səbəbdən İranın da Ermənistana təzyiq göstərmək imkanları kifayət qədərdir. "Məlumdur ki, 16 bənddən 13-ü artıq razılaşdırılıb. Yerdə qalan 3 bəndin də yarısı, yəni hər bəndin yarısı razılaşdırılıb, əslinə qalsa, çox kiçik işlər qalıb. Burda Ermənistan konstruktiv mövqe tutsa, təbiddir ki, yaxın vaxtlarda sülh sazişini imzalamaq mümkün olacaq. Bir də bizim əsas tələbimiz konstitutsiya ilə bağlıdır, preambuladan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş iddialar çıxarılmalıdır. Yəni Ermənistan konstitutsiyasına görə, Qarabağ Ermənistan "ərazisidir". Bu bənd preambuladan çıxarılmadan sülh sazişini imzalamaq, təbiidir ki, qeyri-mümkündür. Ermənistan nə qədər bunu inkar etsə də sənədlər ortadadır. Preambulada, müstəqillik bəyannaməsində və nəhayət Ermənistan parlamenti ilə "Dağlıq Qarabağ Xalq Deputatları Sovetinin" birgə qərarında Qarabağla Ermənistanın   birləşdiyi göstərilir və preambulada buna istinad var. Bu bənd nə qədər ki ordan çıxarılmayıb, sülh sazişinin imzalanması mümkünsüzdür, Ermənistan bunu başa düşməlidir. Sülh sazişinin imzalanmasını sürətləndirmək işində İran və Türkiyədən başqa, təbiidir ki, ABŞ-ın da, onun Avropadakı müttəfiqlərinin də böyük rolu ola bilər. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, indiyə qədər Ermənistanın atdığı bütün konstruktiv addımlar ABŞ-ın və Avropa Birliyinin təzyiqləri nəticəsində olub. Əgər cəhd göstərsələr, qısa müddətdə sülh sazişini də yekunlaşdırmaq və imzalamaq mümkündür. Ancaq bir daha təkrar etmək istəyirəm ki, 3+3 formatının sülh sazişinin imzalanması istiqamətində hər hansı bir iş görməsi çox çətindir. Yeri gəlmişkən, bundan əvvəl Tehranda keçirilən 3+3 formatında görüşdə erməni tərəfi açıq şəkildə bəyan etdi ki, onlar yalnız təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini bu formatda müzakirə etməyə hazırdırlar, sülh sazişinin 3+3 formatında müzakirə edilməsini düzgün saymırlar. Ermənistan açıq şəkildə buna etiraz etmişdi. Bu səbəbdən güman edirəm ki, biz daha çox digər nüfuzlu dövlətlərin Ermənistana zəruri təzyiqlər göstərməsinə çalışmalıyıq, işimizi bu istiqamətdə qurmalıyıq. Eyni zamanda Azərbaycanın da Ermənistana təzyiq göstərmək imkanları kifayət qədər çoxdur və indiyə qədər biz bu imkanlardan istifadə etmişik, bundan sonra da istifadə edib, güman edirəm ki, ilin sonuna qədər, yaxud gələn ilin əvvəllərində sülh sazişinin imzalanmasına nail ola bilərik"-deyə A.Səmədov bildirdi. 

İradə SARIYEVA 





DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ