şənbə günü, 31 oktyabr 2026
     

Azərbaycanlı Gürcüstan deputatı 26 oktyabr seçkisinin bütün nəticələrini təhlillə ortaya qoydu...

Image


"Qərbin gürcü elektoratına mesajı artıq tam dəqiqdir. Qərbdəkilər deyirlər ki, insanlar küçələrə çıxmalı və guya "oğurlanmış səsləri müdafiə etməlidirlər". Nəticədə qərbyönlü radikallar hakimiyyətə gəlməlidir". Belə bir açıqlama ilə gürcü politoloq Arno Xıdırbeqişvili çıxış edib.

O qeyd edir ki, Gürcüstan müxalifəti və qeyri-hökumət təşkilatları Qərbin sifarişi ilə gənclərin bir hissəsini siyasi fəaliyyət baxımından "şikəst" edib: "Qərbdəkilər istəyir ki, bu gənclər 27 oktyabrda küçəyə çıxsınlar. Xüsusən də tələbələr qlobalistlərin beşikdən zombi etdiyi adamlardır. Valideynlərinə deyirlər ki, biz Avropa tərzində, Avropada yaşamaq istəyirik".  Xatırladaq ki, Gürcüstanda növbəti 4 il ərzində ölkəni kimin idarə edəcəyini müəyyən edəcək parlament seçkiləri oktyabrın 26-na təyin edilib. İlk dəfə seçkilər yalnız proporsional sistem üzrə, yəni partiya siyahıları əsasında və geniş miqyasda elektron texnologiyalardan - səslərin yoxlanılması və hesablanması aparatlarından istifadə edilməklə keçiriləcək. Hazırda hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının reytinqi yüksəkdir. Bu partiyanın müstəqil və çoxşaxəli siyasət yürütməsi isə Qərbdə müsbət qarşılanmır. O səbəbdən Gürcüstana təzyiqlər davam edir. Gürcüstan parlamentinin hakim partiyadan olan azərbaycanlı deputatı Savalan Mirzəyev bu fonda qeyd edir: "Artıq 12 ildir ki, Gürcüstan xalqının etimadını qazanırıq. Sağ olsun gürcü xalqı, bizə hakimiyyətdə qalmağa şərait yaradır. Ümidvaram ki, oktyabrın 26-da da biz yüksək faizlə xalqın dəstəyini yenidən qazanacağıq. Aparılan sosioloji sorğuların ilkin nəticələri  bu inamı daha da artırır. Son sorğuda respondentlərin 60 faizindən çoxu hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasını dəstəkləyib". Onun sözlərinə görə, əhali hakim partiyanın siyasi kursunu yaxşı bilir: "Hər kəs yaxşı bilir ki, bizim əsas məqsədimiz ölkədə sülhün qorunub saxlanılması və ölkəni inkişaf etdirməkdir". Deputat deyib ki, Avropa İttifaqı Gürcüstanla bağlı artıq bir neçə qərar və qətnamə qəbul edib: "Bu, daxili siyasətə müdaxilə sayılıb və söz azadlığını məhdudlaşdırmaq kimi qiymətləndirilib. Qərb ölkələri çalışırlar ki, hakim partiyanın rəhbərlərinə sanksiyalar tətbiq etsinlər. Fikirimcə, bu da bir növ onların müxalifətə humanitar dəstəyidir. Onlar çalışırlar müxalifət maksimum dərəcədə qalib gəlsin. Müxalifətin isə yerli xalqdan dəstəyi yoxdur. Ona görə də ölkədən kənardakı qüvvələrə müraciət edirlər ki, hansısa formada xaos yaradılsın, asayişi pozsunlar. Amma onlar buna nail ola bilməyəcəklər". Onun sözlərinə görə, Qərb bir neçə aydır ki, Gürcüstanda hakimiyyət dəyişikliyi yaratmaq istəyir: "Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, bizim ikinci cəbhə açmağa ehtiyacımız yoxdur. Əsas məqsəd ölkədə sülh və sabitliyin bərqərar olması, ölkənin inkişafı üçün ən gözəl şəraitin yaradılmasıdır". Deputatın sözlərinə görə, bu gün Gürcüstan-Azərbaycan əlaqələri heç zaman olmadığı qədər yüksək səviyyədədir: "İki ölkə arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Hər iki ölkə liderlərinin bəyanatlarında da bu aydın görünür. Düşünürəm ki, məhz bu hakimiyyətin dövründə ikitərəfli münasibətlər daha da inkişaf edib və möhkəmlənib. Hakim partiyanın nümayəndəsi, parlamentlərarası dostluq qrupunun üzvü olaraq görürəm ki, bütün işlərə maksimum şəkildə məsuliyyətlə yanaşılır ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin".

Bu arada onu da qeyd edək ki, Qərb Gürcüstan prezidenti Salome Zurabişvili vasitəsilə ölkədə qarşıdurma yaratmağa daha çox "stavka" etməyə başlayıb. Müxalifətə açıq dəstək verən Zurabişvili parlament seçkiləri günü, yəni oktyabrın 26-da prezident administrasiyasının binasında həmin gün baş verəcəkləri izləmək üçün koordinasiya platforması yaradılacağını bəyan edib. Zurabişvili eyni zamanda əlavə edib: "O zaman biz qələbəni birlikdə qeyd edəcəyik". Hakimiyyət tərəfdarları Zurabişvilinin bu sözlərinə aydınlıq gətirməsini gözləyir. Qeyd olunur ki, Zurabişvilinin indidən seçkilərin nəticələrini bəyan etməsi hansısa məkrli plandan xəbər verir. Tiflisin meri Kaxa Kaladze bu məsələyə münasibət bildirib: "Gürcüstan prezidentinin müxalifətlə əməkdaşlığının heç bir əhəmiyyəti yoxdur. Bu müxalifətin, istər birləşmiş, istərsə də parçalanmış, istər Salome ilə, istərsə də onsuz, istər Şalikonun çardağı ilə, istərsə də onsuz sıfıra bərabər şansı var. Onların heç bir imkanları yoxdur, reallıq budur. Bu reallığı təhrif etmək, cəmiyyətə başqa cür təqdim etmək istəyirsinizsə, bu sizin işinizdir. Davam edə bilərsiniz, amma bugünkü reallıqda "Gürcü Arzusu"nun konstitusiya çoxluğu ilə qalib gəlmək imkanı var. Salome Zurabişvili qərargah qurduğunu dedi. Mən bunu təqdir edirəm, çünki o insanlar "Gürcü Arzusu"nun qələbəsini və konstitusiya çoxluğu ilə hakimiyyətə gəlməsini bizimlə birlikdə qeyd edəcəklər. Bugünkü şəraitdə radikalizmin, şərin nəsə bir uğur əldə etməsi imkansızdır". Ölkə parlamentinin deputatı İrakli Şatakişvili is qeyd edir ki, Zurabişvili, müxalifət və psevdoliberal, psevdo-Avropa qüvvələri Gürcüstanın dinc və sabit inkişafının əleyhinədirlər. Onun sözlərinə görə, 26 oktyabr - parlament seçkiləri yaxınlaşdıqca həmin qüvvələrin getdikcə daha da gərginləşən isterik, qeyri-dövlət tonu hakim siyasi komanda üçün təəccüblü deyil: "Bu qüvvələrin son illər Gürcüstanla bağlı heç bir real əsası olmayan fəal şəkildə yaydıqları saxta məlumatlar, Rusiyada mövcud olmayan bəzi qanunlar haqqında rəvayətlər, Gürcüstan əhalisini aldatmağa cəhd etmələri yalnız onu göstərir ki, bu insanların əsl Avropa dəyərlərinə heç bir aidiyyəti yoxdur. Biz seçkilər öncəsi əhali ilə fəal əlaqə saxlayırıq və Gürcüstan əhalisinin tələblərinin nədən ibarət olduğunu dəqiq bilirik. Gürcüstanın Avropaya inteqrasiyası, onun Avropa seçimi hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının siyasi komandası tərəfindən heç bir vaxt ikinci plana keçirilməyib və bu gün də bizim üçün prioritetdir".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ