çərşənbə axşamı günü, 25 avqust 2026
     

İsrailin yaranma tarixi ilə bağlı həqiqət budur - Netanyahu Makrona düz dedi?..

Image


"XX əsrdə Fələstinlə eyni vaxtda İsrail dövlətinin yaranması rəsmi şəkildə qəbul olunmuş bir qərardır"

İsrailin Baş naziri Binyamin Netanyahu Fransanın "Le Figaro" qəzetinə müsahibəsində Fransa prezidenti Emmanuel Makronu sərt tənqid edib. O qeyd edib ki, E. Makronun İsrailin BMT qərarı ilə qurulduğuna dair sözləri tarix cahilliyi və hörmətsizlik əlamətidir. 

SİTAT: "Bu, tarix cahilliyidir və hörmətsizlik əlamətidir. BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, amma qətiyyən onun yaradanı olmayıb", – o qeyd edib.

Netanyahu xatırladıb ki, yəhudi xalqı artıq 3,5 min ildir İsrail torpağına "bağlıdır". Onun sözlərinə görə, müasir İsrail birləşmiş beş ərəb dövlətinin hücumuna qarşı duran "müstəqillik müharibəsinin cəsur döyüşçülərinin qurbanı sayəsində" yaradılıb.

Makron deyib ki, İsrail BMT-nin qərarı ilə yaradılıb, Netanyahu da əksini deyir. 

Makronun, yoxsa Netanyahunun düz dediyini araşdırmaq üçün həm mövcud internet məqalələrinə baxdıq, həm də tarixçi-ekspertə müraciət etdik.

İsrail haqda yaradılan Vikipediya məqaləsində yazılır ki, İsrail dövləti 1948-ci ildə yaradılıb. 

1947-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən hazırlanmış paylaşma planı ilə bölgədə müstəqil ərəb və yəhudi dövlətləri ilə birlikdə beynəlxalq Qüds rəhbərliyinin qurulması istənildi. Ərəb liderləri rədd etsə də, Yəhudi Agentliyi bu planı qəbul etdi. Növbəti il Yəhudi Agentliyi İsrail Dövlətinin müstəqilliyini elan etdi.

Tarixçilər də bildirir ki, BMT qərar verməsəydi İsrail dövləti yarana bilməzdi. Belə ki, BMT bu qərarı 1947-ci ilin noyabrında verib, İsrail dövləti də 1948-ci ilin mayında yaranıb.

"Bu dövlət BMT-nin qərarı ilə 1948-ci ildə yaranıb"

Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova da "Bakı-Xəbər"ə bildirdi ki, İsrail dövləti 1948-ci ildə yaradılıb və onun yaradılmasına BMT qərar verib. "Təbii ki, XX əsrdə Fələstinlə eyni vaxtda İsrail dövlətin yaranması rəsmi şəkildə qəbul olunmuş bir qərardır. Yəni bu dövlət BMT-nin qərarı ilə 1948-ci ildə yaranıb. Amma artıq İsrail dövləti yeni ərazilər və yaxud özünün ətraf sərhədlərində "təhlükəsizlik" adı altında həyata keçirdiyi əməliyyatlar nəticəsində başqa bir tarixilik prinsipi irəli sürməklə öz fəaliyyətinə legitimlik qazandırmaq istəyir. Dövlət başçısı da həmçinin. Tarixilik düşüncəsi ilə artıq neçə min illəri aşan İbrahim övladlarına məxsus olmuş torpaqları hakimiyyət altında toplamaq deyilən bir siyasəti hüquqi müstəviyə gətirmək istəyir. Biz Azərbaycan xalqı olaraq, təəssüf ki, tarixdən guya qaynaqlanaraq ərazilər əldə etmək məsələsinin gündəmdə olmağını   qonşu ermənilərin apardığı siyasət nəticəsində artıq yaşamışıq. Bu gün bir çox xalqlar var ki, o tarixilik düşüncəsi, məfkurəsi ilə real siyasəti uzlaşdırmaq istəyirlər. Ona görə də, bu gün artıq BMT-nin qərarlarını arxa plana keçirib, hansısa tarixdə mövcud olan-olmayan məsələləri hüquqi baxımdan əsaslandırmaq, legitimləşdirmək, bu nəinki dünyanın siyasi xəritəsinin, beynəlxalq hüququn, beynəlxalq normaların hamısının ayaq altına atılması deməkdir. Bu cür yanaşılsa, onda imperiyalar yaratmış bütün xalqlar, millətlər əvvəlki hakimiyyəti altında olan torpaqlarına iddia etməlidirlər, bu isə qlobal bir müharibənin olması deməkdir. Bu, təbii ki, yanlış yanaşmadır. Ona görə də İsrail dövləti ancaq yarandığı zaman, necə ki bu dövlət üçün nəzərdə tutulmuş ərazilər var idi, həmin sərhədlər çərçivəsində öz dövlət hakimiyyətini saxlaya bilər. Bu o deməkdir ki, Fələstin üçün də nəzərdə tutulan o ərazidə Fələstin dövləti də yaradılmalıdır, o xalqın da öz müqəddəratı həll olunmalıdır. Necə ki beynəlxalq müstəvidə qərarlaşmışdı, o reallaşdırılmalıdır, bu lazımdır. O dövrdə Fələstin üçün ərazilər nəzərdə tutulmuşdu. Bilirsiz, səhv ediləndə müxtəlif plintuslarla yanaşılır". 

F.Əhəmədova kiçik bir müqayisə apararaq bildirdi ki, məsələn, Cənubi Qafqazda Azərbaycan və Gürcüstan tarixilik prinsipi ilə çıxış edəndə ermənilər real  məskunlaşma prinsipini ortaya atırdılar. O qeyd etdi ki, çünki ermənilərə real məskunlaşma prinsipi sərf edirdi. "Məsələn, ermənilər Cənubi Qafqaza köçürülərək gətirilib və burada bir əhali faktoruna çevriliblər. Amma tarixilik prinsipi onlara sərf etmirdi, çünki tarixən bu torpaqlarda yaşamayıblar. 

İsraildə isə bu məsələnin ali rəhbərlik səviyyəsində belə qoyulması ki, bu torpaqlar vaxtilə İbrahim övladlarına məxsus olub və bu torpaqların toplanması prosesi gedir, bu artıq nə müasir beynəlxalq hüquqa, nə beynəlxalq siyasətə uyğundur, real siyasətə tamamilə zidd bir yanaşmadır. Bu cür yanaşma ilə əslində dünya bir hərcmərcliyə, qlobal bir xaosa sürüklənmiş olur. Onsuz da yeni dünya düzəninin formalaşması prosesi, demək olar ki, 30 ildən artıqdır ancaq qanlı hadisələrlərlə müşayiət olunur. Düzdür, lokal xarakterlidir, amma artıq lokallıqdan da irəli gedən genişmiqaslı qanlı çatışmalar şəklini alıb.

Bu yanaşma yanlış yanaşmadır. Beynəlxalq normalara, konvesniaylara, prinsiplərə riayət edən dünya düzəni ancaq bəşəriyyətin təhülksəziliyinin təminatçısı ola bilər"-deyə F.Əhmədova bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

24.08.2026 / 11:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər - FOTO

24.08.2026 / 11:43
İran ABŞ-a meydan oxuyur - Bir damla belə neft ixrac edilməyəcək…

24.08.2026 / 11:29
Xətaidə binada yanğın törədən şəxs saxlandı

24.08.2026 / 11:21
Ukraynadan Ozon anbarlarına kütləvi hücum – bir gecədə 4 anbar vuruldu… VİDEO

24.08.2026 / 11:07
Prezident İlham Əliyev Zelenskini təbrik etdi

24.08.2026 / 10:52
Bakıdan qəti tələb - Moskvadan konkret tədbirlər gözləyirik…

24.08.2026 / 10:10
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edildi - üstəlik də 35 milyon manatdan çox cərimə...

24.08.2026 / 09:39
DYP sürücü və piyadalara müraciət etdi - "...telefondan istifadə etməyin"...

24.08.2026 / 09:12
Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

24.08.2026 / 08:09
Sovet casusunun nəvəsi Fransa prezidentliyinə iddia edir

24.08.2026 / 07:05
ABŞ İran mövzusunda həlledici mərhələyə keçir? - Maliyyə naziri “D günü”nün anonsunu verdi…

24.08.2026 / 06:59
Avropa Birliyindən İsrailə kəskin etiraz - “…iki dövlətli həllin davamlılığını sarsıdacaq”

24.08.2026 / 06:33
İtaliya və Almaniya arasında miqrant gərginliyi artır

24.08.2026 / 06:15
Avropanın 100 diplomatından Fələstin etirazı - İsrailə qarşı sanksiyalar tələb olundu

23.08.2026 / 23:55
“Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir" - Prezident İlham Əliyev

23.08.2026 / 23:53
Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana səfərini tarixi hadisə adlandırdı

23.08.2026 / 23:21
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyuldu - FOTO

23.08.2026 / 23:03
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - FOTO

23.08.2026 / 22:58
Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - FOTO

23.08.2026 / 22:47
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı oldu - FOTO/YENİLƏNDİ

23.08.2026 / 22:11
Özbəkistanlı tələbə Prezident İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO

23.08.2026 / 21:56
İrandan qonşu ölkələrə müharibə elanı kimi təhdid – bütün Fars körfəzində neft ixracı dayanacaq...

23.08.2026 / 21:18
Prezidentin Özbəkistan səfəri: Azərbaycanı Xəzərdən Qərbə, Özbəkistanı Mərkəzi Asiyadan Xəzərə bağlayan perspektivlər

23.08.2026 / 21:01
Prezident: "Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur"

23.08.2026 / 20:58
"Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir" - Prezident

23.08.2026 / 20:56
Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub - FOTO

23.08.2026 / 20:54
"Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir" - Prezident

23.08.2026 / 20:32
Prezident İlham Əliyev Mirziyoyevi Azərbaycana səfərə dəvət etdi

23.08.2026 / 20:30
"Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var" - Prezident

23.08.2026 / 20:27
Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

23.08.2026 / 20:25
"Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub" - Prezident

23.08.2026 / 20:22
Prezident: "Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur"

23.08.2026 / 20:19
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

23.08.2026 / 20:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

23.08.2026 / 20:05
İran BƏƏ-dən bütün ərazisini müharibə təzminatı kimi Tehrana verməsini istədi…

23.08.2026 / 19:30
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub - FOTO

23.08.2026 / 19:19
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO/YENİLƏNDİ

23.08.2026 / 19:01
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib - FOTO/YENİLƏNDİ

23.08.2026 / 18:55
Azərbaycan Prezidentinin şərəfinə Daşkənd səmasında dronların şousu

23.08.2026 / 18:33
Putin Tramp Çində görüşə bilərlər…

23.08.2026 / 18:21
Səudiyyə, Türkiyə və Pakistan İranı da “Məkkə Sazişi”nə qoşulmağa dəvət etdi…

23.08.2026 / 18:16
Prezidentlər İlham Əliyev və Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər - FOTO

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ