şənbə günü, 31 oktyabr 2026
     

“Azərbaycan demarkasiyada da bizdən ərazi qoparıb” iddiası - yeni absurd...

Image


Akif Nağı: "Ermənistan bundan siyasi manipulyasiya məqsədilə istifadə edir"

Ermənistan rəsmiləri mətbuata yanlış və əsası olmayan informasiya verməyi, ictimaiyyəti çağdırmağı artıq öz iş prinsipinə çevirib. Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyanın da fikirləri eyni məqsədə xidmət edir. 

Jurnalistlərin demarkasiya ilə bağlı verdiyi suala cavab olaraq o iddia edib ki, guya Azərbaycan demarkasiya prosesi zamanı Ermənistanın "ərazisinə girib, mütləq geri çəkiləcək, çıxacaq". Azərbaycanı əsassız olaraq "işğalçı" adlandırmaqdan çəkinməyən qubernator mətbuata dezinformasiya verib. 

Azərbaycan demarkasiya nəticəsində Ermənistanın hansı ərazisinə girib, hara demarkasiya olunub ki, bu yalan danışır? Demarkasiya olunan yerlər Qazaxın kəndləri ilə bağlıdır ki, Ermənistanın işğalı altında olmuş kəndlərdən dördü Azərbaycana qaytarılıb, başqa ərazilərdə isə hələ delimitasiya və demarkasiya prosesi getmir. Qazaxın kəndləri qaytarılıb. Azərbaycan Ermənistanın hansı ərazisinə girib ki, bu qubernator həqiqətə uyğun olmayan fikirlər deyir? Azərbaycan dəfələrlə bəyan edib ki, bizim başqasının torpağında gözümüz yoxdur. Dövlətimizin "işğalçı" adlandırılması, təbii ki, yolverilməzdir və işğalçılıq Ermənistana xasdır.

"Azərbaycan Ermənistanın heç bir ərazisinə girməyib, heç bir ərazisini işğal etməyib"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində  bildirdi ki, ermənilər "işağl olunmuş ərazilər" mövzusundan müxtəlif səviyyələrdə istifadə etməyə çalışırlar, siyasi spekuliyasiyalarda ortaya atırlar, gündəmə gətirlər. "İstər Ermənistanın siyasi rəhbərliyi, istərsə müxalifət, istərsə də hansısa strukturların rəhbərləri bu cür oyunları davam etdirirlər. Müxalifət bundan sui-istifadə etməyə çalışır ki, Azərbaycan guya Ermənistanın hansısa ərazilərinə "girib", hakimiyyət də bu cür hucumıarın, təzyiqlərin qarşısında ya özünə bəraət qazandırmağa çalışır, ya əks-hücuma keçərək dividend, xal əldə etmək istəyir. Bax, bunlardan bu şəkildə siyasi mübarizə meydanında çəkişmələrdə istifadə edirlər. Amma real siyasətdə onlar özləri də bilir ki, belə bir məsələ yoxdur. Azərbaycan Ermənistanın heç bir ərazisinə girməyib, heç bir ərazisini işğal etməyibdi, Azərbaycan özünün qanunu torpaqlarını işğaldan azad edib, öz suveren hüquqlarını öz ərazisində bərpa edib. Onlar hamısı bunu çox gözəl bilir. Deyirlər ki, xain xoflu olar. Ermənistan 70 il Sovet dövründə Azərbaycanın ərazilərini qanunsuz ələ keçiriblər, zəbt ediblər. Bunu hər kəs bilir. Rusiya rəhbərliyi də bir neçə dəfə bu məsələ ilə bağlı açıqlama verib. Yəni Rusiya prezidenti Putin də belə bir ifadə işlətmişdi ki, birincisi, SSRİ yaranan vaxtı süni şəkildə hansısa respublikanın torpaqlarını başqa bir respublikaya verdilər, həmin ərazidə yaşayan yerli xalqın etnik mənsubiyyəti, tarixən həmin ərazilərin kimə aid olması  nəzərə alınmadı. Bu  mənada, ola bilsin, Rusiya rəhbərliyi öz maraqlarından çıxış edir, amma hər halda həqiqəti ortaya qoyurlar. Torpaqları ən çox qonşu respublikalara verlən millət, xalq azərbaycanlılar oldu, Azəbaycan oldu". 

A.Nağı bildirdi ki, Azərbaycan əraziləri bir tərəfdən Gürcüstanda, digər tərəfdən Ermənistanda, o biri tərəfdən də Rusiyadadır, Dağıstanın Cənub hissələri, Dərbənd Rusiyanın tərkibindədir. A.Nağı qeyd etdi ki, həmin dövrdə torpaqlarımız ədalətsiz şəkildə bölündü və Azərbaycana qarşı ədalətsiz mövqe tutuldu. "Həmin dövr repressiya dövrü, Rusiyanın Sovet impersiyası adı altında işğal apardığı zamanı idi, Azərbaycan müqavimət göstərə bilmədi. Azərbaycanın 113, 9 min kavadrat kilometr ərazisi vardı və həmin ərazilərlə bağlı Azərbaycan Paris-Versal sülh konfransına öz xəritəsini və müraciətini təqdim etmişdi, beynəlxalq birliyə Azərbaycanın həmin ərazilərdə müstəqilliyinin tanınması təklif edilirdi. Həmin ərazilərin 97 min kvadrat kilometri mübahisəsiz ərazi kimi Azərbaycan ərazisi olaraq tanındı, de-fakto Azərbaycanın müstəqilliyi 97 min kvadrat kilometr ərazi ilə dünya birliyi tərəfindən tanındı. 16 min kvadratmetrdən bir qədər çox ərazi isə mübahisəli ərazi hesab olunurdu. O ərazilər də Azərbaycan ərazisi idi, amma müəyyən bir hüquqi prosedurdan keçməli idi ki, dünya birliyi Azərbaycanın həmin mübahisəli ərazilərini də bizim ərazimiz kimi tanısın. Sadəcə olaraq, Sovet imperiyası Azərbaycana təcavüz etdi, ərazilərimiz işğal olundu. Həmin o mübahisəli ərazilər də, eyni zamanda təxminən 11 min kvadrat kilometrlik mübahisəsiz ərazi də Gürcüstanla Ermənistanın arasında bölüşdürüldü və onlara verildi. Bu tarixdi, bunu ermənilər də bilir. Ermənistan çalışır ki, vaxtilə qanunsuz yollarla ələ keçirdiyi, zəbt etdiyi torpaqları öz  nəzarətində saxlasın və həmin sərhədlərdə "Ermənistan Respublikasının" fəaliyyətini davam etdirsinlər. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, qonşu ölkələrə, o cümlədən də Ermənistana ərazi iddiası yoxdur, amma öz qanuni toraqlarında öz haqqını bərpa edəcəkdi və bu istiqamətdə də fəlaiyyət gedir, heç kəs də onun qarşısını ala bilməz. 

Ortada Qərbi Zəngəzur  ərazisi var. Qərbi Zəngəzur ərazisi qanunsuz olaraq Ermənistana verilib və Ermənistanın rəhbərliyi, müxalifəti həmin ərazilərlə bağlı narahatdır, bilirlər ki, həmin ərazilər üzərində Azərbaycanın qanuni haqları var. Ermənistana qanunsuz verilən o ərazilər Azərbaycana qaytarılmalıdır. Amma Azərbaycan bunu, çox ehtimal ki, beynəlxalq hüquq müstəvisində həll edəcək, oranı hərb meydanına çevirmək istəmir. Ermənistan törətdiyi cinayətlərə, torpaqlarımızı qanunsuz şəkidlə mənimsədiyinə görə narahatdır və bu səbəbdən də məmurları reallıqdan uzaq iddialar irəli sürürlər. Demarkasiya prosesinə mane olmaq üçün məsələni təhrif edilmiş formada gündəmə gətirirlər. Amma Azərbaycan konkret olaraq delimitasiyadan və demarkasiyadan danışır, ermənilər də bu cür cəfəng iddianı orataya atırlar ki, guya Azərbaycan onların torpağına girib. 

Xeyli vaxtdır ki, 1991-ci ildə imzalanan Almatı bəyannaməsindən danışırlar. Azərbaycan Almatı bəyannaməsinin müəyyən elementlərini nəzərə alır, amma o bəyannamə heç bir hüquqi əsası olmayan bəyanat, arzu, istək olub. O sənədlə bağlı Azərbaycan üzərinə böyük və ciddi bir öhdəlik götürməyib, nəzərə ala da, almaya da bilər. Amma ermənilər onu əsas bir sənəd kimi ortaya qoyurlar, yenə də orda Azərbaycanın mövqeyi təsdiq olunur. Yəni orda göstərilir ki, SSRİ deyilən qurumun tərkibində olan sərhədlər çərçivəsində hər kəsin müstəqilliyi qarşılıqlı şəkildə tanınsın, orda deyilmir ki, 1991-ci ildəki faktiki sərhədlər. Çox istərdim ki, bu məsələni bizim hüquqşünaslar, beynəlxalq hüquq mütəxəssiləri nəzərdə saxlasınlar. SSRİ daxilində sərhədlər çərçivəsində deyiləndə qanuni sərhədlərdən söhbət gedir. Qanuni sərhədlər deyiləndə o respublikalar birləşib SSRİ-ni yaradarkən olan sərhədlər, digər tərəfdən, 1922-cı ildə SSRİ yaranarkən daxil olan sərhədlər, həmçinin də 1936-cı ildə Azərbaycan, Gürcüstan, Ermənistan ayrılıb, onların daxil olduqları sərhədlər nəzərdə tutulur. Götürüb baxsınlar görsünlər ki, SSRİ-nin tərkibində rəsmi qanuni sərhədlər həmin dövrdəki müqavilələr əsasında müəyyənləşib. Hətta ondan sonra çəkilən xəritələr də bizim üçün qanun ola bilməz. Xəritələrdə də müəyyən subyektiv amillər rol oynaya bilərdi. Əsas məsələ xəritə deyil. Xəritələr dövlətlərin parlamentlərində təsdiq olunan sərhədlər deyil, SSRİ-nin rəhbərliyi, hərbi rəhbərliyi tərəfindən hansısa xəritə çəkilibsə  orda subyektiv amillər qabarıq şəkildə ortada ola bilərdi. Amma 1922-ci ildə Azərbaycanın, Ermənistanın və Gürcüstanın RSFSR-ə birgə daxil olması ilə bağlı sənəd ortaya qoyulsun ki, Azərbaycan, Gürücstan və Ermənistan SSRİ-nin tərkibinə hansı sərhədlərlə daxil olub. 1936-cı ildə bu respublikalar SSRİ-nin tərkibinə ayrılıqda daxil olublar. O sənədlər qladırılıb baxılsın, görülsün ki, hansı sərhədlərlə hansı müqavilə əsasında daxil olublar. Həmin müqavilələrdə, təbiidir ki, Ermənistanın qanunsuz şəkidlə zəbt etdiyi Azərbaycan torpaqları nəzərə alınmırdı, o cümlədən də 1929-cu ildə ermənilər çox fəallaşdı, Moskvanın köməyi ilə Azərbaycanın xeyli ərazilərini ələ keçirdilər. Bütün bunlar nəzərə alınmalıdır və hökmən nəzərə alınacaq. Azərbaycan beynəlxalq hüquq normalarına əməl edərək məsələni ortaya qoyur. Ermənilər də bu gün ondan narahatdırlar ki, Azərbaycan davamlı şəkildə bu məsələni ortaya qoya bilər. Yenə də deyirəm, Ermənistan bundan siyasi manipulyasiya məqsədilə istifadə edir".

A.Nağı əlavə etdi ki, Azərbaycan onların dediklərinin heç birini nəzərə almadan özünün  aydın və qanuni hədəflərinə doğru getməlidir.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ