şənbə günü, 31 oktyabr 2026
     

Azərbaycan-Ermənistan sazişinin imzalanmasında Türkiyə önəmli mövqeyə çıxdı...

Image


Azərbaycan prezidentinin köməkçisi, Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın "Newsweek" nəşrində dərc olunmuş məqaləsində COP29 öncəsi Azərbaycanın iqlim böhranı ilə yanaşı, regional sülhə nail olmaq istiqamətindəki səyləri və Ermənistanla ikitərəfli razılaşmaların əhəmiyyətinə diqqət çəkib. 

Qeyd edək ki, prezidentin köməkçisinin məqaləsi, Azərbaycanın COP29 sammiti öncəsi beynəlxalq ictimaiyyətə mühüm çağırışlarla çıxışını əhatə edir. Hikmət Hacıyev bu sammitin təkcə iqlim məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda sülh və təhlükəsizlik məsələlərinin də bu toplantıda əhəmiyyətli rol oynadığını vurğulayıb.

O, yazısında Azərbaycanın "COP atəşkəsi" təklifi ilə çıxış etdiyini qeyd edib. Bu təklif, qədim atəşkəs ənənəsinə – Olimpiya atəşkəsinə istinad edərək, iqlim böhranının həlli üçün aparılan danışıqlar zamanı silahlı münaqişələrin dayandırılmasına çağırıb. Hikmət Hacıyev bu ideyanın bəziləri tərəfindən çətin görülə biləcəyini qəbul etsə də, Azərbaycanın BMT çərçivəsində belə bir təşəbbüslə çıxış etməsinin önəmini vurğulayıb. Bununla yanaşı, prezidentin köməkçisi Ermənistanla ikitərəfli sülh danışıqlarının COP29-a ev sahibliyi hüququnun əldə edilməsində əsas rol oynadığına diqqət çəkib. Ermənistanla Azərbaycan arasında tarixi razılaşmaların əldə olunması, o cümlədən əsirlərin mübadiləsi və sərhəd delimitasiyası komissiyalarının fəaliyyətini qeyd edən Hacıyev bu prosesin sülhə doğru irəliləməsi üçün vacib addım olduğunu bildirib. Ancaq o, Ermənistan Konstitusiyasında olan Qarabağ iddiasının və Qərb dövlətlərinin Ermənistanı silahlandırmasının bu sülh prosesinə mane olduğunu da qeyd edib. Məqalədə Azərbaycanın COP29 zamanı təkcə iqlim problemlərinə deyil, eyni zamanda regiondakı sabitliyin təmin olunmasına da diqqət yetirəcəyi nəql edilib. Hikmət Hacıyev Azərbaycanın bu sammitdə qlobal iqlim razılaşmasının əldə olunmasına töhfə verməkdə qətiyyətli olduğunu bildirərək beynəlxalq ictimaiyyəti bu mühüm müzakirələr zamanı həmrəylik göstərməyə çağırıb.  Ermənistanda isə belə hesab edilir ki, Azərbaycanın COP29-u həm də dünya üçün sülh gübndəliyinə çevirmək cəhdləri çoxsaylı uğurlarla nəticələnə bilər. Bura Ermənistanla Azərbaycan arasında sülh əldə olunması daxildir. Erməni türkoloq Mher Abrahamyan qeyd edir ki, əslində, yaxın günlərdə iki ölkə arasında sülh naminə mühüm addımlar atıla bilər. O qeyd edir ki, Türkiyədə baş tutacaq "3+3" formatında görüş Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müqəddimə ola bilər. Onun sözlərinə görə, "3+3" platformasında sülh müqaviləsi layihəsinin hələ razılaşdırılmamış məqamları müzakirə oluna bilər ki, bu da yekun sənədin imzalanmasını yaxınlaşdırar: "Türkiyə və Azərbaycan çox güman ki, birgə hərəkət edəcək və Ermənistan rəhbərliyi və XİN isə müəyyən razılığa gələ bilər. Sonra daha bir görüş olacaq, orada bu müqavilə kağız üzərində təsbit ediləcək". Abramyanın fikrincə, əgər əvvəllər Azərbaycan sülh sazişində tələsirdisə, indi Ermənistan tələsir və rəsmi Bakının təkid etdiyi bütün şərtləri və məqamları qəbul etməyə hazır kimi görünür. Bu, ilk növbədə Azərbaycana, sonra isə Türkiyəyə sərfəlidir: "Rusiya Ukrayna böhranı ilə məşğul olduğu, Qərb Ermənistanla Azərbaycan arasında "sülh göyərçini" roluna can atdığı bir vaxtda Türkiyənin regionda öz mövqelərini möhkəmləndirməsi üçün çox əlverişli şərait yaradılır, İran isə öz sərhədlərini qorumağa və Zəngəzur vasitəsilə dəhliz yaradılmasının qarşısını almağa çalışır. Amma Türkiyənin regionda öz mövqelərini möhkəmləndirməsi üçün çox əlverişli şərait yaradılır".

Abrahamyanın fikrincə, Türkiyə-Azərbaycan tandemi İrəvana qarşı "yumşaq güc" siyasəti yürüdür, ya Ermənistan hökumətinin nümayəndələri ilə görüşür, ya da bu görüşləri ləğv edir. Ekspert hesab edir ki, son anda parlamentin spikeri Alen Simonyanla planlaşdırılan görüşü ləğv etməklə Azərbaycan Ermənistan rəhbərliyinə öz münasibətini nümayiş etdirir, istənilən vaxt və istənilən şəkildə Ermənistanın yüksək rütbəli məmurlarını görməzlikdən gələ biləcəyini açıq şəkildə göstərir. Xatırladaq ki, sentyabrın sonunda Nyu-Yorkda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra Türkiyə lideri bəyan etmişdi ki, İrəvan Azərbaycanla sülh müqaviləsinin imzalanmasında yardım xahişi ilə Ankaraya müraciət edib və Türkiyə artıq bu məqsədə çatmaq üçün səy göstərir. "3+3" formatında görüş bu mənada çox şeyi dəyişə bilər. Qeyd edək ki, "3+3" formatında görüş 18 oktyabrda İstanbulda keçiriləcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da qeyd edir ki, ölkəsi  "3+3" formatına Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə nail olmaq üçün region ölkələrinin səylərinin əlaqələndirilməsinin effektiv mexanizmi kimi baxır. Onun sözlərinə görə, sözügedən platforma regionda ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək üçün bir fürsətdir: "Bu platforma Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin İran, Rusiya və Türkiyəni əhatə edir. Biz bu formatı Cənubi Qafqaz və Yaxın Şərqdə dayanıqlı sülh və sabitliyə nail olmaq üçün regional səylərin əlaqələndirilməsinin effektiv mexanizmi, həmçinin ticari-iqtisadi,k nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün imkan kimi görürük".

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ