şənbə günü, 31 oktyabr 2026
     

"Avroittifaq Gürcüstan üçün olsa-olsa, yeni SSRİ ola bilər, biz bunu istəmirik" - gürcülərin etirazı...

Image


Qonşu Gürcüstana münasibətdə Qərb özünün əsl sifətini ortaya qoymaqda, bu ölkəyə vassal kimi yanaşdığını nümayiş etdirməkdədir. Gürcüstanın buna etiraz etməsi isə Qərb tərəfindən təhdidlə qarşılanır, müxtəlif təzyiq alətləri işə salınır. Hazırda görünən odur ki, Tiflisin müstəqil siyasət yürütməsinə Qərb etiraz edir, onu Avropa ailəsinə buraxmamaqla hədələyir.

Bunlar fonunda "Gürcü arzusu" partiyasının yaradıcısı Bidzina İvanişvili bildirib ki, onun partiyası Tiflisin ləyaqətini qoruyaraq, Avropa İttifaqına daxil olması üçün lazım olan hər şeyə malikdir: "Cavab olaraq xarici qüvvələr hələ də müharibə, xaos və yoxsulluq istəyir, bu da ölkənin məhvinə gətirib çıxarır". Bu arada Brüsseldə keçirilən Avropa İttifaqı sammitində qurumun liderləri Gürcüstan hakimiyyətinin öz ölkələrinin Avropaya inteqrasiyasını təhlükə altına atdığını iddia ediblər. Xatırladaq ki, Tiflis 2023-cü ilin dekabrında Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alıb, sonra isə xarici agentlərə və cinsi azlıqlara qarşı bir sıra qanunlar qəbul edib. Eyni zamanda, Gürcüstan rəhbərliyi konkret siyasətçilərin və ya onların ölkələrinin adını çəkmədən Qərbin müətyyən qüvvələrini Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışmaqda ittiham edir. Bu baxımdan Avropa dövlətlərinin başçıları Tiflisin Moskva ilə yaxınlaşmağa doğru getdiyini bəyan edərək,  oktyabrın 26-na təyin edilmiş parlament seçkilərinə bəri başdan kölgə salmağa çalışırlar. Almaniya xarici işlər nazirinin müavini Anna Luhrmann da Avropa İttifaqında hökm sürən əhval-ruhiyyənin bu yöndə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, Avropa İttifaqı gürcülərin Avropa istəklərini dəstəkləməkdə davam edəcək, lakin onların hazırkı hökumətini yox: "Gürcüstan xalqının öz yolunu sərbəst seçmək hüququna malik olması vacibdir. Ona görə də azad və ədalətli seçkilər həqiqətən vacib məsələdir". Bu bəyanatın sətirləri arasında müxalifətin qələbəsinə ümid bəsləmək dəqiq sezilir. Ona görə də bir il əvvəl "Gürcü arzusu"nun barışmaz rəqibinə çevrilən Gürcüstan prezidenti Salome Zurabişvili "Financial Times" qəzetinə müsahibəsində hadisələri qabaqcadan görmək qərarına gəlib. Onun fikrincə, hakimiyyətdə olan partiya yalnız seçici saxtakarlığı yolu ilə qalib gələ bilər. Eyni zamanda o, 2012-ci ildən "Gürcü arzusu"nun cəmiyyəti qütbləşdirmək və əhalini qorxutmaq siyasəti yürütdüyünü vurğulayıb: "Rusiyada var-dövlət qazanmış oliqarx Bidzina İvanişvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" hökumət rəsmilərinə ona səs vermələri üçün təzyiq edir, müxalifət fəallarına hücum edir, jurnalistləri hədələyir və xaricdə yaşayan vətəndaşların səs verməsini çətinləşdirir".

Öz növbəsində, Avropa diplomatiyasının rəhbəri Josep Borrell Gürcüstan hakimiyyətini avtoritarizmə doğru getməkdə ittiham edib:  "Hakim partiyanın son hərəkətləri, bəyanatları və seçki vədləri ölkəni Avropa yolundan uzaqlaşdırır və avtoritarizmə doğru gedişi ifadə edir... Bilirsiniz ki, Avropa Komissiyası Avropanın maliyyə vəsaitlərinə çıxışla bağlı qərar qəbul edir. Ona görə də gəlin Gürcüstan demokratiyası və onun Avropaya inteqrasiyası üçün həlledici sınaq olacaq parlament seçkilərini gözləyək". Lakin "Gürcü arzusu" ümidsizliyə qapılmır. Məsələn, Tiflisin meri Kaxa Kaladze bildirib ki, müasir Avropa İttifaqı SSRİ-dən heç nə ilə fərqlənmir, ona görə də ora inteqrasiyaya ehtiyac yoxdur: "Mədəniyyətimizdən və adət-ənənələrimizdən imtina etməliyiksə, Aİ-yə daxil olmağımızın nə fərqi var?".  Bundan əlavə, baş nazir İrakli Kobaxidze seçicilərini əmin edib ki, Rusiya-Ukrayna münaqişəsi bitən kimi Avropa İttifaqı və ABŞ onun hökumətinə münasibətini dəyişəcək: "Bizim üçün bir şey vacibdir. Ukraynada döyüşlər bitən kimi – və bu gələn il də olacaq – Aİ və ABŞ ilə münasibətlər bərpa olunacaq... Birinci cəbhə bitən kimi ikinci cəbhənin Gürcüstana marağı dərhal dayandırılacaq". Eyni zamanda, "Gürcü arzusu"nun nümayəndələri israr edirlər ki, onları seçicilərin təxminən 60%-i dəstəkləyir. Bu baxımdan, hakim elita müxalifətin seçkilərdə qələbə qazanacağına inanmır, lakin xəbərdarlıq edir ki, onların rəqibləri xarici tərəfdaşların dəstəyi ilə iğtişaşlar yarada bilər. Lakin təhlükəsizlik qüvvələri "Gürcü arzusu"nun qələbəsini müdafiə edəcəkləri üçün onların sonu heç nə ilə bitməyəcək. Bundan sonra qaliblər müxalifəti vətənə xəyanətdə ittiham edərək məhkəmə prosesini təşkil etmək arzusundadırlar. Artıq iqtidaryönlü ictimai təşkilatlar müxalifətə səs verməyə hazır olanları təqib etməyə çağırır. Məsələn, "Birləşmiş Neytral Gürcüstan" hərəkatı müxalifətçiləri "övladlarını və ölkənin gələcəyini məhv etməkdə" ittiham edib. Düzdür, gürcülərin əksəriyyəti gələcək dəyişikliklərdən o qədər də narahat deyil. Gürcü analitik Demuri Giorxelidze bildirir: "Əgər siz mediadakı yazılara diqqət yetirməsəniz və siyasi fəallarla ünsiyyət qurmasanız, bir həftədən sonra ümumiyyətlə seçkilərin olmayacağını düşünə bilərsiniz. Bütün bu qütbləşmə və çevrilişə hazırlıq əsasən mediada baş verir. Eyni zamanda, insanların çoxu siyasətlə qətiyyən maraqlanmır". Bu arada Gürcüstan Milli Statistika Xidmətinin oktyabrın 15-də açıqladığı məlumatlara görə, 2014-cü ildən 2023-cü ilə qədər 815 608 nəfər ölkəni tərk edib. Eyni zamanda, 2022-ci ildə əhalinin xaricə axını 118 min nəfər, 2023-cü ildə isə demək olar ki, 163,5 min nəfər təşkil edib ki, bunun da 70 faizini 30 yaşadək gənclər təşkil edib. Ümumilikdə respublikada 3,7 milyondan az insan yaşayır. Onları isə Qərb öz əsarəti altına almağa çalışır.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ