şənbə günü, 31 oktyabr 2026
     

“DQ” üzrə beynəlxalq sülh konfransı çağırılır - bu da “bitərəf İsveçrənin” nadürüstlüyü...

Image


Faiq Ələkbərli: "İsveçrə parlamentinin ölkə hökumətini belə bir konfrans təşkil etməyə çağırması yolverilməzdir və bu həmin ölkənin antiazərbaycan mövqeyinin göstəricisidir"

Bir sıra Avropa dövlətləri açıq-aşkar şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdürlər. Azərbaycanın öz ərazilərini Ermənistanın işğalından azad edib öz torpaqlarında suverenliyini bərpa etməsi Qərb dövlətlərini narahat edir, onlar Azərbaycanın ərazi bütövlüyünü təmin etməsini heç cür həzm edə bilmirlər. 

İşğalçı Ermənistana, erməni separatçılarına daim dəstək olan bu dövlətlərdən bundan artığını gözləmək yersiz olardı. Amma bir halda ki, onlar özlərini "demokratik" dövlətlər kimi qələmə verirlər, dövlətlərin ərazi bütövlüyü məsələsinə qahmar çıxdıqlarını bəyan edirlərsə, onda Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi faktını qəbul etməli və süni şəkildə "Dağlıq Qarabağ problemini" gündəmə gətirməyə çalışmamalı idilər. "Dağlıq Qarabağ" adlı problemin tarixə gömüldüyünü qəbul etmək istəməyən məlum Avropa dövlətləri o problemi yenidən diriltməyə çalışırlar. Belə olmasaydı, dünyaya "demokratiya" dərsi keçməkdə iddialı olan İsveçrə antiazərbaycan mövqeyi sərgiləməzdi.  

Erməni mediası yazır ki, İsveçrə parlamenti ölkə hökumətini "Dağlıq Qarabağla" bağlı beynəlxalq sülh konfransı təşkil etməyə çağırıb. 

Bildirilənə görə, İsveçrə Federal Assambleyasının (parlamentin aşağı palatası) Xarici Əlaqələr Komitəsi müvafiq "qətnamə" qəbul edib və bu "qətnamə" parlamentin yuxarı palatasında müzakirəyə çıxarılacaq.

Bunların keçirmək istədiyi konfransın məqsədi də çox absurddur. Deyirlər ki,  məqsədləri beynəlxalq aktorların nəzarəti və ya iştirakı ilə erməni əhalisinin təhlükəsiz və kollektiv şəkildə qayıtması ilə bağlı Azərbaycan nümayəndələri ilə "Dağlıq Qarabağ erməniləri" arasında dialoqu təşviq etməkdir. 

Əsl işğalçının - Ermənistanın adını çəkməyən İsveçrə qərəzli mövqe tutaraq Azərbaycanı Qarabağı "işğal etməkdə" ittiham edib, 1915-ci ildə guya baş verən "erməni soyqırımı" Qarabağda da "təkrarlanıb", ermənilər "etnik təmizləməyə məruz qalıb". 

İsveçrə parlamentinin gözünü Azərbaycan düşmənçiliyi elə tutub ki, gerçəyi görmək istəmir. İsveçrə parlamentinin deputatları etiraf etmək istəmirlər ki,  Azərbaycan ermənilərə qarşı heç bir etnik təmizləmə siyasəti aparmayıb, heç bir erməni deportasiya edilməyib, əksinə, Ermənistan azərbaycanlıları Qərbi Azərbaycandan, öz tarixi yurdlarından deportasiya edib, etnik təmizləməyə məruz qoyub, işğal dövründə 1 milyona yaxın vətəndaşımızı məcburi köçkün, qaçqın vəziyyətinə salıb. Bu Avropa dövləti bu qədər faktı görməzdən gəlir, ermənilərin davasını döyür.  

İsveçrə parlamentinin qəbul etdiyi kağız parçasında iddia olunur ki, guya 2023-cü il noyabrın 17-də Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın "Dağlıq Qarabağın erməni əhalisinin" "təhlükəsiz, maneəsiz və tez qayıtmasını" təmin etməyə  borclu olduğu barədə "qərar" çıxarıb. Onlar 2024-cü il martın 12-də Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməni də vurğulayıblar. Təbii ki, bunlar hamısı absurddur və onların irəli sürdükləri məsələlər beynəlxalq hüquq prinsiplərinə ziddir. Bir ovuc erməninin Qarabağa qayıtmasını canfəşanlıqla müdafiə edən İsveçrə də, onun kimi dövlətlər də unutmamalıdır ki, Qarabağdan erməniləri Azərbaycan dövləti çıxarmayıb, onlar könüllü şəkildə bizim torpaqları tərk ediblər. İsveçrə parlamenti belə ədalətlidirsə, iddia etdiyi kimi tərəfsizdirsə, onda nə üçün Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisinə təhlükəsiz və ləyaqətli şəkildə qaytarılması barədə qərar qəbul etmir? Niyə Ermənistanın qarşısına belə bir tələb qoymur? Qoymaz da, çünki onun dərdi başqadır, bölgənin yenidən qarşıdurma meydanına çevrilməsinə və Ermənistanın Azərbaycana yenidən hücum etməsinə nail olmaqdır...

"Azərbaycana düşmən mövqeyi sərgiləyir"

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi şərhçi Faiq Ələkbərli hesab edir ki, İsveçrə parlamentinin ölkə hökumətini "Dağlıq Qarabağla" bağlı beynəlxalq sülh konfransı təşkil etməyə çağırması absurddur. "Əlbəttə, artıq öz həllini tapmış "Dağlıq Qarabağ" məsələsinə yenidən qayıtmaq və bunu aktullaşdırmaq qəbuledilməzdir. "Dağlıq Qarabağ" deyilən bir termin yoxdur, bu, gündəlikdən çoxdan çıxıb. 

İsveçrə parlamenti belə lazımsız çağırış edirsə, bu onların qərəzliliyindən irəli gəlir. Ümumiyyətlə, istənilən dövlətin parlamenti bu cür əsassız təkliflər irəli sürürsə, o birmənalı olaraq Azərbaycana düşmən mövqeyi sərgiləyir. Bu kimi qərəzli fikirləri ortaya qoyan İsveçrənin, Fransanın və başqa dövlətlərin niyyəti bəllidir. Belə dövlətlər heç zaman bitərəf ola bilməzlər. Onların bitərəfliyinə və insan hüquq və azadlıqları məsələsində mövqelərinə şübhə ilə yanaşmaq lazımdır. İsveçrə parlamentinin bu qərəzli davranışı da sübut edir ki, bu ölkə heç zaman bitərəf mövqe tutmayıb, indi də bu cür siyasət yürüdür". 

F.Ələkbərli bildirdi ki, bir əsrdən çoxdur İsveçrə özünü  tərəfsiz dövlət kimi qələmə verməyə çalışsa da, onun yürütdüyü siyasət bunun tamamilə əksinədir. "İsveçrə parlamentinin ölkə hökumətini belə bir konfrans təşkil etməyə çağırması yolverilməzdir və bu həmin ölkənin antiazərbaycan mövqeyinin göstəricisidir. Bu ölkə yalnız Azərbaycana deyil, digər türk və müsəlman dövlətlərə qarşı da qərəzli münasibətilə tanınır. 

Qarabağ Azərbaycan dövlətinin beynəlxalq hüquq çərçivəsində tanınan ərazisidir və biz öz torpağımızı, ərazimizi işğaldan azad etmişik, orada suverenliyimizi bərpa etmişik. Bu bizim beynəlxalq hüquqla tanınan hüquqmuzdur. Ermənilərin Qarabağa, Azərbaycan torpaqlarına qayıtmasına gəlincə, bu, dövlətimizin daxili işidir. İsveçrə bitərəf dövlət kimi özünü  sübut etmək istəyirsə niyə tərəf tutur, ermənilərin məsələsini qaldırırsa, onda Qərbi azərbaycanlıların geri qayıdış hüququnu niyə unudur?"

F.Ələkbərli bildirdi ki, İsveçrə parlamentinin bu çağırışına rəsmi Bakı mövqe bildirəcək, İsveçrə hölumətinə və parlamentinə lazımı tutarlı cavabı verəcək, bu cavab mütləq verilməlidir də. "İsveçrə parlamentinin də, bəzi Qərb dövlətlərinin parlamentlərinin də belə davranışları o ölkələrin əsl simasını və niyyətlərini ifşa edir. Görürük ki, təkcə Fransa deyil, bu cür qərəzli yol tutan ölkələr arasında İsveçrə də, başqa dövlətlər də var. Hesab edirəm ki, rəsmi Bakı İsveçrə parlamentinə layiqli cavabı verəcək və məsələyə aydınlıq gətirəcək"-deyə F.Ələkbərli vurğuladı. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ