Bazar günü günü, 01 noyabr 2026
     

Erməni və türk mədəniyyəti günləri bir-birinə qarışdı - bəzi türk dövlətlərinin sayəsində...

Image


Məhərrəm Zülfüqarlı: "Ermənistanın Qazaxıstanda keçirdiyi, Qazaxısanın isə Ermənistanda keçirəcəyi mədəniyyət günləri saxta tədbirlərdir"

Ermənistan mediası yazır ki, bu ölkədə Qazaxıstan Mədəniyyəti Günləri keçiriləcək. Bildirilir ki, Astanaya səfəri çərçivəsində Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva ilə mədəni-humanitar sahədə əməkdaşlıq memorandumu imzalayıb. 

Qeyd olunur ki, Andreasyan və Balaeva arasında Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin binasında keçirilən görüşdə əməkdaşlığın inkişafı üçün yeni imkanlar, mədəniyyət sahəsində müzakirələr aparılıb və 2025-ci ildə Ermənistanda Qazaxıstan Mədəniyyəti Günləri qarşılıqlılıq əsasında keçiriləcək. 

Hətta qeyd olunur ki, Qazaxıstanda aktiv erməni icması da fəaliyyət göstərir. 

Ermənistanda Qazaxıstan mədəniyyət günlərinin keçirilməsi barədə məlumatı birmənalı qarşılamaq olmur. Bir neçə gün əvvəl isə Qazaxıstanda Ermənistanın mədəniyyət günləri keçirildi. İndi də Qazaxıstan Ermənistanda mədəniyyət günləri keçirəcək. 

Bu nə dostluqdu? Mərkəzi Asiya ölkələrində nə baş verir ki, erməni ilə belə mədəniyyət yaxınlığı edirlər? Bu nə prinsipsizlikdi? Ermənistan Türkiyə və Azərbaycanla düşmənçilik edir, türk birliyini sarsıtmaq üçün hər cür məkrli siyasətə əl atır. Bizim bəzi türk dövlətləri isə ermənilərə belə isti yanaşırlar. Türkmənistan da Ermənistanla bəzi yaxınlıqlar sərgiləyir, hətta Türkmənistanda Sayat Novanın heykəli də qoyulub. Yadınızdadırsa,  türkmən şairi  Məhtimqulunun 300 illiyi münasibətilə İrəvanda sərgi də açıldı, bu azmış kimi, dahi türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi münasibətilə Türkmənistanın paytaxtı Aşqabadda keçirilən foruma Ermənistan prezidenti də dəvət edilmişdi. 

İndi də Qazaxıstan Ermənistanla mədəniyyət sahəsində memorandum imzalayır, qarşılıqlı tədbirlər keçirirlər. 

Bəzi mərkəzi Asiya respublikaları niyə türk birliyini zədələməyə yönələn addım atır?

Bəzi ekspertlərə görə, Ermənistanla bəzi türk dövlətləri arasında bu şəkildə əlaqələrin qurulması Qərbin, xüsusən də ABŞ-ın təsiri ilə baş verir. Yəni bu ölkələr Ermənistanın bu dövlətlərlə yaxınlaşmasına qarşı tərəfi hansısa yollarla məcbur edir? 

"Ermənilərin türk xalqlarına, qazax xalqına böyük nifrəti var, onu gizlətmirlər də"

Siyasi şərhçi, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, bu olduqca aktual və narahatedici məsələdir: "Demək olar ki, mədəniyyət günlərinin keçirilməsi məsələsi Sovet dövründən qalma bir ənənədir. Bunu Sovetdənqalma  saxta "xalqlar dostluğu ənənəsi" adlandırmaq olar. Rus imperiyasının yerində yaranmış Sovet imperiyası ruslaşma siyasəti yeritdiyi dövrdə saxta "xalqlar dostluğu", beynəlmiləlçilik məsələsini ortaya atmışdı. Nəticədə keçən əsrin 70-ci illərində "xalqlar dostluğu" ideyası adı altında "Sovet xalqını" yetişdirməyə çalışırdı. Sovet dövründə yaşamış insanlar bilir ki, tez-tez belə tədbirlər olurdu. Lakin sonradan SSRİ dağıldıqdan, dövlətlərin müstəqilliyi bərpa olunduqdan sonra Rusiya öz imperiya ambisiyalarından əl çəkmədi, Müstəqil Dövlətlər Birliyi (MDB) adı altında əvvəlki SSRİ-ni bərpa etməyə başladı. Rusiya təsirindən çıxmaq istəyən MDB çərçivəsində GUAM qrupu yarandı. Amma Orta Asiya ölkələri elə əvvəlki qaydada qaldı. Bu baxımdan deyə bilərik ki, indiki MDB ölkələri, xüsusilə də Orta Asiya respublikaları keçid dövrünü yaşayırlar. Yəni Rusiyanın təsir dairəsindən çıxıb tam şəkildə türk birliyinə daxil olma mərhələsindədirlər. Ona görə də, bizdə belə bir fikirlər yaranır ki, türk birliyi ilə əlaqədar bu qədər tədbirlər keçirilir, amma birdən-birə Ermənistanla mövcud olan bu əlaqələr nədir? Amma yadda saxlamaq lazımdır ki, türk birliyi ilə bağlı keçirilən tədbirlərlə yanaşı Rusiya rəhbərliyi ilə MDB daxilində də tədbirlər keçirilir, Orta Asiya respublikaları da orda əsas dövlətlər kimi iştirak edirlər. Baxmayaraq ki, Gürcüstan, Ukrayna, Ermənistan artıq orda tamamilə başqa istiqamət götürüblər, Ukrayna iştirak etmir, Ermənistan iştirak etsə də Qərbə meyllidir. Gürcüstan isə 26 oktyabrdan sonra bilinəcək ki, hansı tərəfə meyllənəcək. Orta Asiya respublikaları Rusiyanın təsir dairəsindən tam çıxmadığına görə MDB daxilində belə süni tədbirlər planlaşdırılır.

Əlbəttə, ermənilərin türk xalqlarına, qazax xalqına böyük nifrəti var, onu gizlətmirlər də. Ermənistan  bununla guya həm MDB  daxilindəki prosesləri həyata keçirir, həm də dünyaya özünü "xalqlar dostluğuna" çalışan bir dövlət, xalq kimi göstərməyə çalışır. Bu mədəniyyət günləri süni tədbirlər sırasındadır". 

M.Zülfüqarlı hesab edir ki, Ermənistan xaricdəki havadarlarının diqtəsi ilə özünü başqa xalqlara "dost" kimi qələmə vermək istəyir, amma onun türk xalqına böyük nifrəti özünü hər an büruzə verir. "Özlərini belə təqdim etməyə çalışsalar da, amma bu alınmır. Xalqlar dostluğu ənənələrini davam etdirmək istəyən bir dövlət bunu ilk olaraq öz qonşularına münasibətdə göstərməli idi. Uzun illər Azərbaycanın torpaqlarını işğal altında saxladı, indi də antisülh mövqeyi göstərir, pozuculuq edir, vəziyyətin düzəlməsini istəmir, Türkiyə ilə düşmənçiliyini davam etdirir. Gürcüstanın Cavaxetiya bölgəsinə ərazi iddiası irəli sürür və bununla da Gürcüstan-Ermənistan münasibətlərinə xələl gətir. Ermənistanın bu məkrli niyyətlərini, qonşularına əsassız ərazi iddiaları sürdüyünü dünya dövlətlərinin əksəriyyəti bilir. "Dünya ölkələri də bilir ki, belə tədbirlər Ermənistanın imitasiyasıdır. Qatı millətçi siyasətini gizlətmək üçün belə imitasiyalar edir. Bunun elə bir güclü təsiri olmayacaq. Qazax xalqı da ermənilərin kim olduğunu bilir. Qazaxısan, keçid dövrünü yaşamasına baxmayaraq, Füzulidə, Qarabağda məktəb tikdi, mədəniyyət mərkəzi açdı və bu proses davam edəcək. Azad ərazilərin bərpası prosesində Özbəkistan da yaxından iştirak edir. Orta Asiya respublikalarının Qarabağda məktəb, müxtəlif mərkəzlər, obyektlər tikməsi onu göstərir ki, artıq MDB daxilində olan proses get-gedə tarixin arxivinə düşəcək".

O bildirdi ki, artıq Türkiyədə dərsliklərə dəyişiklik edilib, Orta Asiya termini Türküstanla əvəzlənib, bu da türk birliyi istiqamətində keçirilən tədbirlərin nəticəsidir. Professor hesab edir ki, bu proses yüksələn xətt üzrə gedir, amma MDB tarixin arxivinə getmək mərhələsindədir. "Bu, Ukrayna və Rusiya müharibəsindən, eləcə də Gürcüstanda keçiriləcək 26 oktyabr parlament seçkilərindən, Ermənistandakı Paşinyan hakimiyyətindən asılıdır.   

Hətta Rusiya burda bir irəliləyiş əldə etsə də, bu həmin prosesin qarşısını müvəqqəti ala bilər. Amma dediyim kimi, süni təşkilat olan MDB dağılıb parçalanacaq, Rusiya impersiyası özü də parçalanmağa məhkumdur. Bunu impersiyaların tarixi göstərir. Dediyimiz kimi, gələcək türk birliyindədir. Ona görə də, Türküstan ölkələri daha çox türk birliyinə meyl edir, nəinki Rusiyanın yaratdığı o süni, qarşıdurmalarla dolu bir quruma. Siz fikir verin, Azərbaycan və Ermənistan bu birlik daxilində olsalar da, indiyə qədər müharibə vəziyyətindədir. Rusiya ən yaxın slavyan dövləti olan Ukrayna ilə uzun müddətdir dağıdıcı müharibə aparır. Belə qurumun yaşaması mümkün deyil. Qısaca desək, Ermənistanın Qazaxıstanda keçirdiyi, Qazaxısanın isə Ermənistanda keçirəcəyi mədəniyyət günləri saxta tədbirlərdir. Ermənistanın Qazaxıstana münasibətində heç bir səmimiyyət, dostluq məqsədi yoxdur. 

Yaxın gələcəkdə proses tamamilə əksinə gedəcək və həmin süni şəkildə keçirilən tədbirlərə ehtiyac olmayacaq, türk birliyi inkişaf edəcək, Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər arasında mədəni, siyasi-iqtisadi əlaqələr daha da güclənəcək"-deyə M.Zülfüqarlı qeyd etdi.

M.Zülfüqarlı əlavə etdi ki, Ermənistanla Qazaxıstan arasında mövcud olan əlaqələr heç zaman səmimi ola bilməz. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ