Bazar günü günü, 01 noyabr 2026
     

Seçkinin necə bitəcəyini Kobaxidze də, Zurabişvili də bilir - "texniki hökumətə" qarşı "texniki impiçment"...

Image


Abutalıb Səmədov: "Kim daha güclüdur - Ermənistandan sonra Gürcüstanı da Qərbin təsiri altına salmaq mümkün olacaqmı?"

Seçki günü yaxınlaşdıqca Gürcüstan müxalifəti ilə iqtidar arasında mübarizə daha qızğın fazaya keçir. Siyasətçilərin lakonik söz atışmaları dərin mənaları özündə ehtiva edir. Prezidentin post-seçki dönəminə aid planları barədə açıqlamasına Kobaxidze özünəməxsus çılğınlıqla münasibət bildirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanin indiki prezidentinə xitabən deyib ki, yaxın bir ay ərzində biz prezidentə "texniki impiçment" elan edəcəyik - bu haqda yalnız mən deyə bilərəm.

Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili seçkilərdən sonra keçid dövrünü təmin etmək üçün yaratmağı təklif etdiyi "texniki hökumət"in tərkibini açıqlayacağını, bu hökumətin üzvlərinin isə siyasətçi olmayan şəxslər olacağını bildirmişdi.

Bu söz atışmasını şərh edən politoloq Abutalıb Səmədov bildirdi ki, oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seckiləri heç də yalnız iqtidar və müxalifət partiyaları arasındakı mübarizədən ibarət deyil: "Əslində Gürcüstanda Amerikanın liderlik etdiyi Qərblə Rusiya arasında mübarizə gedir. Gürcüstan prezidenti Zurabişvili bunu açıq şəkildə söyləyir - biz indiyə qədərki Qərbə inteqrasiya xəttini davam etdirəcəyik, yoxsa geriyə,  Rusiyaya yaxınlaşmaq yolunu seçəcəyik? Aydındır ki, iqtidar partiyası Qərbə yaxınlaşmanın elə bir fayda vermədiyini görür. Ən əsası da odur ki, işğal altında olan torpaqları geri qaytarmaq mümkün olmadı. Hakimiyyət partiyası anladı ki, Rusiya ilə razılaşmadan işğalda olan torpaqları geri qaytarmaq mümkün olmayacaq. Bu, Qərbi heç də narahat etmir. Yəqin ki, əvvəlcədən razılaşma əsasinda, birdən-birə Qərbdən uzaqlaşmaq xətti götürüldü. Baxmayaraq ki, Gürcüstan Avropa Birliyinin üzvlüyünə namizəd statusu almışdı və cox uğurla Ermənistan, Ukrayna və Moldova ilə birlikdə Avropa Birliyinin üzvü ola bilərdi. Gürcüstan hökuməti bundan imtina etdi.

Aydındır ki, məqsəd torpaqları geri qaytarmaqdır. Çox ciddi mübarizə gedir, hökumətin qalib gəlmək şansi o qədər də yüksək deyil. Müxalifət də çox ciddi şəkildə hazırlaşıb və arxasında çox ciddi qüvvələr dayanır. Seçkilərin nəticəsi necə olacaq - indidən prezident Zurabişvili gələcək planlarını hazırlayir və onun fikrincə, seçkilər elə nəticələnəcək ki, o hansısa "texniki namizəd"in baş nazirliyə namizədliyini irəli sürə biləcək. Bu o halda olur ki, hec bir tərəf ciddi üstünlük əldə edə bilmir, prezident baş nazirliyə elə neytral namizədi irəli sürür ki, onu parlament qəbul etsin. Zurabişvili ya belə plan qurur, ya da onun arzusu budur ki, heç olmasa parlamentdə "Gürcüstan arzusu" partiyası ciddi üstünlüyə malik olmasın və son nəticədə Zurabişvili istədiyi adamı baş nazirliyə namizəd verə bilsin. Prezident indidən artıq danışıqlar da aparır. Təbiidir ki, bu, hakimiyyətdə olan qüvvələri narahat edir. Onlar da impiçmentə hazırlaşırlar.

Məlumdur ki, Zurabişvili prezidentliyə "Gürcüstan arzusu" partiyasının dəstəyi ilə seçildi. O dövrdə həmin partiya da Avropaya yaxınlaşmaq xəttini götürmüşdü. Bu ilin dekabr ayında Zurabişvilinin prezidentlik muddəti başa çatir. O, bir dönəm də prezidentliyə namizəd ola bilər, ancaq aydındır ki, Zurabişvilinin belə bir şansı olmayacaq. Çünki yeni qaydaya görə, prezidenti "seçicilər kollegiyası" seçəcək. Yəni ABŞ-da olduğu kimi. Bu kollegiyaya 150 deputat və 150 yerli hakimiyyət orqanlarının nümayəndələri daxildir. Bələdiyyələrdə isə böyük üstünlük "Gürcüstan arzusu" partiyasına məxsus olduğuna görə Zurabişvilinin yenidən prezident seçilmək şansı yoxdur.

Hökumət belə planlaşdırır ki, əgər seçkilərdə ciddi uğura nail olsa prezidentə impicment qoysun və dekabr ayını gözləmədən Zurabişvilini bu yolla öz vəzifəsindən uzaqlaşdırsın. Məlumdur ki, bundan əvvəl belə bir cəhd olmuşdü, lakin hakim "Gürcüstan arzusu" partiyasi kifayət qədər səs toplaya bilmədi. Bu səbəbdən də impicment baş tutmadı. İndi hesab edirlər ki, parlament seçkilərində hakim partiya ciddi üstünlüyə nail ola bilər. Belə olsa dərhal impiçment məsələsi qaldırılacaq.

Əslinə qalsa, prezidenti günahlandırmaq üçün elə ciddi əsaslar yoxdur. Belə qeyri-ciddi səbəb gətirirlər ki, prezident Zurabişvili xarici səfərlərini qanuna görə hökumətlə razılaşdirmalıdır, lakin razılaşdırmır. Bu, guya impicment üçün əsasdir. Təbiidir ki, bunlar qeyri-ciddi məsələdir və çox güman ki, "Gürcüstan arzusu"nun impiçment arzusu reallaşmayacaq.

Gürcüstan uğrunda gedən bu ölüm-dirim mübarizəsi Qərbin və Rusiyanın regionda gücünü bir daha göstərəcək. Kim daha güclüdur - Ermənistandan sonra Gürcüstanı da Qərbin təsiri altına salmaq mümkün olacaqmı? Yoxsa Ukraynada olduğu kimi Gürcüstanda da Qərbi məğlubiyyət gözləyir? Ehtimal kimi, Qərbin Gürcüstanda qalib gəlməsi çox cətindir. Əgər parlament seçkilərində prezident Zurabişvilinin istədiyi qədər deputat mandatı qazanmaq mümkün olsa və prezidentə "texniki hökumət" təşkil etmək şansı qazandırsa, bu, Qərbin böyük uğuru sayılacaq. Hərcənd, bu cür hökumətlər uzunömurlü olmur. Çünki deputatları ələ alıb güc balansını dəyişmək mümkündür. Bu halda Gürcüstani qeyri-sabit siyasi vəziyyət gözləyir. Bu da, təbii ki, dövlət üçün arzuolunmazdır.

Seçkilərə çox az vaxt qalıb, bu, Azərbaycan üçün də çox mühüm hadisədir. Gürcüstan Ermənistan kimi Qərbə yaxınlaşmanı davam etdirəcəkmi, yoxsa torpaqlarını azad etmək naminə Rusiyaya üz tutacaqmı - bunu seçkilərin nəticəsi göstərəcək".

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ