Bazar günü günü, 01 noyabr 2026
     

ABŞ İsrailin "İranı vur“ düyməsini basdı...

Image


ABŞ prezidenti Cozef Baydenin administrasiyası İsraildən İranın nüvə və sənaye infrastrukturunun qisas zərbəsindən təsirlənməyəcəyinə dair şifahi təminat ala bilib. Baş nazir Benyamin Netanyahunun ofisi aydınlaşdırıb ki, hərbi ssenarinin seçimi yalnız İsrailin maraqlarının qorunmasından asılıdır. Yəhudi dövlətinin hərəkətləri artıq Vaşinqtonun regional siyasətinə düzəlişlər edib.

Netanyahunun ofisi İrana hücumla bağlı İsrail və ABŞ arasında aparılan danışıqlara dair bəyanat yayıb: "Biz Amerika administrasiyasının mövqeyini nəzərə alırıq, lakin İsrailin maraqlarına uyğun yekun qərarlar verəcəyik". İsrailin "Kan" Dövlət Teleradio Şirkəti Netanyahunun İrana hücum variantı ilə bağlı əsas nazirlərlə razılaşdığını bildirib. Müzakirələrə "The Washington Post" qəzetinin xəbəri səbəb olub, ona görə İsrailin baş naziri ABŞ prezidenti ilə söhbətində yəhudi dövlətinin sənaye və ya nüvə obyektlərinə hücum etməyi planlaşdırdığına dair fərziyyələr olsa da, yalnız İranın hərbi infrastrukturuna zərbə endirəcəyini vəd edib. "The Washington Post" iddia edir ki, bu, Netanyahu hökumətinin tammiqyaslı müharibənin qarşısını almaq üçün düşmənə qarşı daha məhdud cavab zərbəsi endirməyə hazır olduğunu göstərir. Qeyd olunur ki, Vaşinqton Netanyahunun planını rahatlıqla qəbul edib. İranın biznes elitasına yaxın olan "Amwaj" mediası Amerika tərəfinin ona THAAD raketdən müdafiə batareyası göndərəcəyini vəd etməsindən sonra İsrailin yanaşmalarını yumşaltmağa razı olduğu versiyasına diqqət çəkir. Pentaqon bildirib ki, THAAD batareyasının ilk komponentləri ABŞ hərbi operatorları qrupu ilə birlikdə ölkəni və oradakı amerikalıları İrandan gələn istənilən ballistik raket hücumundan qorumaq üçün İsrailə gəlib. Yaxın vaxtlarda Yaxın Şərqə əlavə komponentlərin və hərbi mütəxəssislərin gəlməsi gözlənilir. Pentaqon əlavə edib ki, batareya yaxın gələcəkdə istifadəyə hazır olacaq, lakin təhlükəsizlik səbəbi ilə konkret tarixlər açıqlanmır. Bu, ABŞ-ın Yaxın Şərqdə THAAD-ı ilk dəfə yerləşdirməsi deyil, proses  - bu, sistematik şəkildə baş verir. Məsələn, Ağ Ev 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qurudan hücumundan sonra bölgəyə THAAD batareyasının yerləşdirilməsinə göstəriş verib. "Financial Times" mənbələri iddia edir ki, İsrail hazırda raketdən müdafiə sistemi çatışmazlığı yaşayır. Sənaye liderləri və ekspertlər deyirlər ki, yəhudi dövləti bu problemlə ölkəni İran və onun regional müttəfiqlərinin hücumlarından qorumaq üçün hava hücumundan müdafiəni gücləndirmək zərurəti ilə üzləşir. Pentaqonun Baş Qərargah rəisinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin keçmiş müavini Dana Strole bildirir: "İsrailin bu cür silahlarla bağlı ciddi problemi var. İran İsrailin hücumuna cavab verərsə və "Hizbullah" şiə təşkilatı da buna qoşularsa, İsrailin hava hücumundan müdafiəsi pik yüklənmə həddəin çatacaq". Onun sözlərinə görə, Amerika tərəfi bu fonda Ukrayna və İsrailə tədarükü eyni tempdə saxlaya bilməyəcək". "Amwaj" mediası qeyd edib ki, İran rəsmiləri İsraildə THAAD batareyasının görünüşünə çox həssas yanaşıblar. Bunun fonunda İranın xarici işlər naziri Abbas Əraqçi Bayden administrasiyası ilə Omanda keçirilməsi nəzərdə tutulan danışıqların dondurulduğunu elan edib: "Oman prosesi hazırda regiondakı konkret vəziyyətə görə dayandırılıb. İndi biz danışıqlar üçün əsas görmürük. Mövcud böhrandan çıxa bildikcə, bu işə qayıdıb-qayıtmayacağımıza qərar verəcəyik".

Belə bir fikir var ki, İslam Respublikası Kamala Harrisin ABŞ prezidenti olacağı təqdirdə danışıqlar prosesini canlandırmağa ümid edir. İran keçmiş prezident Donald Trampın hakimiyyətə gəlməsini mənfi ssenari kimi qiymətləndirir. Çünki Tramp  Tehrana maksimum təzyiq doktrinasının tərəfdarıdır. Öz növbəsində Bayden administrasiyası diplomatik kanallar vasitəsilə Tehrana xəbərdarlıq edib ki, Trampın həyatına hər hansı sui-qəsd cəhdi müharibə aktı kimi qiymətləndirəcək.   Amerika kəşfiyyatı bu yaxınlarda İslam Respublikasını bir neçə dəfə belə bir ssenari hazırlamaqda ittiham edib. Bu ilin iyulunda Pensilvaniyada Trampa qarşı uğursuz sui-qəsd bu cür qorxuları daha da artırıb. "Reuters"in həmsöhbətlərinə görə, prezident Bayden mütəmadi olaraq müvafiq təhdidlərlə bağlı situasiya hesabatları alır. Ağ Evin rəhbəri, bu məlumatlara görə, artıq öz komandasına Amerika yurisdiksiyasında İranın iddia edilən sui-qəsdlərinə qarşı durmağı tapşırıb. Rusiyanın ABŞ-dakı səfirliyinin keçmiş əməkdaşı, beynəlxalq əlaqələr üzrə ekspert Vladimir Frolov qeyd edir ki, Amerika tərəfi bu fonda İrana zərbəyə "yaşıl işıq" yandırıb: "Amma Vaşinqton Netanyahunun indi Qəzza və Livandakı vəziyyətdən çıxmaq üçün əlavə strategiyasının olmamasından dəhşətə gəlib.  Vaşinqton ayrıca yəhudi dövlətinin 2006-cı ildə ikinci Livan müharibəsi zamanı olduğu kimi Livanda ölkəsində ilişib qala biləcəyindən narahatdır. Netanyahunun reytinqinin indi yüksəlməsi ABŞ-a nikbinlik vəd etmir". Onun sözlərinə görə, Baydenin siyasi strategiyası Səudiyyə Ərəbistanı ilə strateji müttəfiqlik bağlamaq, İsraillə münasibətləri normallaşdırmaq, Fələstin, Misir və Körfəz ölkələri tərəfindən Qəzza zolağında yeni özünüidarə sistemini işə salmaqdan ibarət olub: "Həm Ağ Ev, həm də Dövlət Departamenti bununla bağlı ciddi məyusluq yaşayır, Netanyahu isə əsas müttəfiqinin bu barədə nə düşündüyünə məhəl qoymamağa meyllidir". 

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ