Bazar günü günü, 01 noyabr 2026
     

Qərbin Gürcüstanda gizli planları üzə çıxır...

Image


Gürcüstanın hakim "Gürcü arzusu" partiyası 26 oktyabr parlament seçkilərində 1 milyondan çox səs toplamağı hədəfləyir. Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. O, hakim partiyanın yalnız dövlət işçiləri tərəfindən deyil, cəmiyyətin böyük əksəriyyəti tərəfindən dəstəkləndiyini qeyd edib.

Amma bütün bunlar regiondan kənarda yerləşən müəyyən qüvvələri ciddi şəkildə narahat edir. Onlar Gürcüstanın təsir dairələrindən kənara  çıxmasını hər vəchlə əngəlləməyə çalışırlar. Qeyd edək ki, müəyyən Qərb dairələri bu ssenarini Azərbaycanda da əbiq etməyə şalışıblar. Amma hansısa nəticə əldə edə bilməyiblər. İndi Gürcüstan əsas hədəf kimi götürülüb. Lakin bütün bunlara qarşı Gürcüstanın müqavimət gücü var. Bu prosesdə Azərbayca-Gürcüstan münasibətləri də öz sözünü deyir. Qeyd edilməlidir ki, ölkələrimiz arasında güclü siyasi-iqtisadi bağlar mövcuddur. Elə bunun sayəsində Gürcüstan müstəqi siyasi kurs yeritmək üçün lazımi imkanlar əldə edir. O da faktdır ki, prezident İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Kobaxidze  şəxsi təmaslar, qarşılıqlı səfərlər, görüşlər ili ölkə arasında münasibətlərin inkişafına əlavə təkan verir. Indi iş o yerə çatıb ki, bu gün Cənubi Qafqazın taleyini müəyyən edən əsas ölkələr  Azərbaycan və Gürcüstandır. Buna xələl gətirmək istəyən müəyyən Qərb qüvvələri  Gürcüstanı əsas hədəf kimi seçiblər. Bu fonda Gürcüstana qarşı ciddi təzyiqlər işə salınıb, müxtəlif sanksiyalar tətbiq edilir. Lakin İrakli Kobaxidze açıq mətnlə vurğualyır ki, Gürcüstana qarşı sanksiyalar səmərəsizdir. O, sanksiya tətbiq edilən iki yüksək vəzifəli polis zabitinin 2008-ci ildə Rusiyaya qarşı müharibədə iştirak etdiyini qeyd edib: "Sanksiyalar səmərəsizdir, 2008-ci il müharibəsində iştirak edən iki yüksək vəzifəli polis zabiti də sanksiyalara məruz qalıb. Bu cür qərar verənlər belə səhvlərə yol verməməlidirlər. Hamı görür ki, sanksiyalar səmərəsizdir, ona görə də düşünürəm ki, gələcəkdə daha praqmatik qərarlar veriləcək". Amma hazırda görünən budur ki, Qərb belə praqmatik qərarların verilməsində acizdir. Rusiyalı politoloq Yevgeni Mixaylov isə bildirir ki, Qərbin bütün cəhdlərinə baxmayaraq, "Gürcü arzusu" partiyası 26 oktyabr parlament seçkilərində qalib olacaq: "İnanıram ki, Gürcüstanda bu il oktyabrın 26-da keçiriləcək seçkilərdə "Gürcü arzusu" partiyası qalib gələcək. Başqa cür ola da bilməz. Xalq çox gözəl başa düşür ki, "Gürcü arzusu" partiyası hər addımda düzgün siyasət yürüdür, xüsusən də milli maraqları və ənənələri qoruyan qanunlar qəbul edir. Buna müvafiq olaraq, hesab edirəm ki, heç bir xüsusi problem olmayacaq". Elə GORBI Beynəlxalq İctimai Rəyi Araşdırma Mərkəzinin keçirdiyi sonuncu rəy sorğularının nəticələri də müxalifətin gerilədiyini göstərir. Mərkəz "Oktyabrın 26-da keçiriləcək parlament seçkilərində hansı partiyaya səs verəcəksiniz?" sualı əsasında rəy sorğusu keçirib. Hakim "Gürcü Arzusu" - Demokratik Gürcüstan Partiyasına respondentlərin 59,5 faizi səs verib. Üç müxalif siyasi təşkilatın yaratdığı "Birlik" - Milli Hərəkat Partiyasına isə sonuncu rəy sorğusunda 13,6 faiz səs verib. Mərkəzin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, belə ehtimal etmək olar ki, hakim partiya bu il seçki göstəricilərini daha da yaxşılaşdıra bilər.

Bütün bunlardan isə Qərbdə ciddi narahatlıq duyulur. Yevgeni Mixaylov un sözlərinə görə, Gürcüstanda fəaliyyət göstərən bütün Qərb QHT-lərinə nəzarət və onlara maliyyə axınının monitorinqi haqqında qanun qəbul edilsə də, başa düşmək lazımdır ki, sabitliyi pozmaq üçün çoxlu nağd pul Ermənistandan gələ bilər: "Çünki amerikalılar sözdə demokratik transformasiyaları dəstəkləmək bəhanəsi ilə aktiv rusofobiya fonunda oraya böyük məbləğdə vəsait köçürürlər. Bu pulun bir hissəsi sabitliyi pozmaq üçün nağd formada Gürcüstana aparılıb. Düşünürəm ki, gürcü xalqı dözəcək, "Gürcü arzusu" partiyası, hətta qarşısında hansısa güclü müxalifət olsa belə, qətiyyət nümayiş etdirəcək. Çünki hökumətin təslim olması, hay-küyçülərin arxasınca getməsi, sonda "tammiqyaslı maydan" əldə etməsi və daha sonra dövləti fəlakətə aparan həmin qüvvələrin hakimiyyətə gəlməsi ilə bağlı nümunələrin şahidiyik. Gürcüstan özü üçün belə bir aqibət arzulamır". Eyni zamanda, ekspert əlavə edib ki, sabitliyə nail olmaq çox çətin olacaq:   "Gürcü arzusu"nun qalib gələcəyinə şübhəm yoxdur. Amma səslərin hesablanmasından sonra və ya indi, seçkilər zamanı nə baş verəcəyi böyük sual altındadır. Hesab edirəm ki, respublika daxilində sabitliyi pozmağa cəhdlər olacaq". Rusiyalı politoloq əmin olduğunu bildirib ki, amerikalıların Gürcüstanın siyasi arenasında sabitliyi pozmağa yönəlmiş bütün cəhdləri, ilk növbədə, Gürcüstanla Rusiya arasında yaxınlaşma tendensiyası ilə bağlıdır: "Bunlar, ümumiyyətlə, Qərbin "Gürcü arzusu" partiyasına qarşı irəli sürdüyü əsas ittihamlardır. Müvafiq olaraq, amerikalılar Gürcüstanda dönüş yaratmaq üçün mümkün olan hər şeyi edəcəklər. Onlar son bir ildə sanksiyalar tətbiq edərək daxili siyasi vəziyyəti pozmağa cəhd edirlər. Hələ ki, buna nail olmayıblar". Bu arada Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti seçkilər ərəfəsində planlaşdırılan mümkün təxribatlar barədə xalqa xəbərdarlıq edib. Qurumun məlumatında deyilir ki, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səslərindən və videogörüntülərindən istifadə edilərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar. Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək. Bu saxta məlumatın yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma, hökumətlə Pravoslav Kilsəsi arasında düşmənçilik yaratmaq və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir. Lakin hesab olunur ki, bütün bu cəhdlər hansısa nəticə verməyəcək. gürcü xalqı yenə doğru seçim edəcək.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ