Bazar günü günü, 01 noyabr 2026
     

Hörmüz boğazında proseslər Azərbaycana da təsir edəcək...

Image


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ administrasiyasına neft və ya nüvə obyektlərinə deyil, İran ordusuna zərbələr endirməyə hazır olduğunu bildirib. Bu barədə Amerikanın "The Washington Post" nəşri vəziyyətlə tanış olan iki məmura istinadən yazıb. Bu, tammiqyaslı müharibənin qarşısının alınmasına yönəlmiş daha məhdud cavab zərbəsini nəzərdə tutur.

ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Netanyahu İranın hərbi infrastrukturuna hücum planlarını açıqlayıb. Zərbənin ABŞ-da noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl həyata keçirilməsi planlaşdırılır. Buna səbəb odur ki, İsrail tərəfindən hərəkətsizlik İran tərəfindən zəiflik əlaməti kimi qəbul edilməsin. Bu planlara cavab olaraq Pentaqon təxminən 100 ABŞ hərbçisi ilə birlikdə THAAD raketdən müdafiə sistemini İsrailə yerləşdirəcəyini açıqlayıb. Pentaqonun bəyanatında deyilir ki, qərar ABŞ-ın İsrailin müdafiəsinə sarsılmaz sadiqliyini vurğulayır. İsrail hərbi strukturunda bu zərbənin İranı İsrailə qarşı növbəti birbaşa hücumdan və ya nüvə silahı hazırlamaqdan çəkindirmək üçün kifayət qədər güclü və ya açıq olmaya biləcəyi ilə bağlı narahatlıqlar var. ABŞ ilə məsləhətləşmələrə baxmayaraq, baş nazirə yaxın bir İsrail rəsmisi vurğulayıb: "İsrailin İrana cavabı ilə bağlı qərar verəcək şəxs Netanyahu olacaq". İsrail və İran arasında münasibətlərin hazırkı pisləşməsi bu ilin aprelində başlayan bir sıra qarşılıqlı hücumların nəticəsidir. Həmin vaxt Tehran İranın Dəməşqdəki konsulluğuna hücuma cavab olaraq yüzlərlə pilotsuz təyyarə və raketdən istifadə edərək İsrailə genişmiqyaslı hücum həyata keçirib. İsrail  ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiyanın köməyi ilə onların qarşısı alınıb. Daha sonra cavab olaraq İsrail İsfahandakı hava bazasına hücum edib. Oktyabrın 1-də İsrailin İrana və onun müttəfiqlərinə qarşı həyata keçirdiyi bir sıra əməliyyatlara və sui-qəsdlərə, o cümlədən "Hizbullah" lideri Həsən Nəsrullahın qətlinə cavab olaraq Tehran irimiqyaslı hücuma keçərək, İsrailə 200-ə yaxın ballistik raket atdıqdan sonra vəziyyət kəskin şəkildə gərginləşdi. Hücum İordan çayının qərb sahilində bir fələstinlinin həyatına son qoyub və ən azı iki hərbi obyekti vurub. O vaxtdan bəri Yaxın Şərq gərgin şəkildə İsrailin vəd etdiyi cavabı gözləyir və bu, iki ölkə arasında onilliklər ərzində davam edən gizli qarşıdurmanın açıq hərbi münaqişəyə çevrilə biləcəyindən ciddi narahatlıq doğurur. Yaxın Şərqdə münaqişənin gərginləşməsi ekspertləri İsrailin İranın neft infrastrukturuna mümkün zərbəsi barədə düşünməyə vadar edib. Belə olarsa, İran Hörmüz boğazını bağlaya bilər.

Dünya neft ixracının böyük hissəsinin keçdiyi dar su hövzəsi olan Hörmüz boğazı qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edir. Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir və dəniz neft nəqli üçün strateji əhəmiyyətli bir marşrut olaraq qalır. Boğazın eni cəmi 39 kilometrdir, lakin buna baxmayaraq, dünya neftinin təxminən 20%-ni idarə edir və bu onu qlobal enerji təhlükəsizliyi üçün kritik edir. Hörmüz vasitəsilə daşınma ilə bağlı hər hansı məhdudiyyət Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Küveyt və İraq kimi ölkələrdən neft ixracına təsir edəcək. Boğazın bağlanması dünya bazarına neft tədarükünün əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər ki, bu da, sözsüz, qiymətlərdə sıçrayışa səbəb olacaq. Hörmüz boğazının bağlanmasının qlobal iqtisadiyyat üçün ciddi nəticələri olacaq. Neftin kəskin bahalaşması hasilatın və nəqliyyatın maya dəyərinin artması ilə müşayiət olunacaq ki, bu da öz növbəsində bütün dünyada mal və xidmətlərin maya dəyərinin artmasına səbəb olacaq. Neft idxalına arxalanan inkişaf etməkdə olan ölkələr, yanacaq subsidiyalarının artan fiskal xərcləri səbəbindən xüsusilə güclü iqtisadi təzyiqlərlə üzləşə bilər. Yaxın Şərq neftinin ən böyük idxalçısı olan Asiya böhranın nəticələrini ilk hiss edənlərdən biri olacaq. Çin, Hindistan, Yaponiya və Cənubi Koreya çətin vəziyyətdə qalacaqlar. İranın İSNA xəbər agentliyi konkret rəqəmlər verir: Hörmüz boğazı bağlanarsa, dünya neft bazarları 20 milyon barrel kəsirlə üzləşəcək və neftin qiymətinin bir barel üçün 250 dolları keçməsi mümkündür. Çünki Hörmüz boğazının bağlanması region neftinin 90%-nin ixracının dayandırılması və bir çox Körfəz ölkələrinin ticarət əməliyyatlarının dayandırılması demək olardı. Birləşmiş Ştatlar və onun müttəfiqləri boğazda gəmiçilik təhlükəsizliyini təmin etmək üçün hərbi müdaxilə edə bilər, bu da genişmiqyaslı münaqişə təhlükəsi yaradır, siyasi qeyri-sabitliyi və qlobal biznes üçün riskləri artırır. İran boğazda ən uzun sahil xəttinə və bir çox adalara malikdir ki, bu da ona boğazda nəqliyyata nəzarət etməyə imkan verir. Amerikalılar ə geosiyasi planlamalarında nəzərə alırlar ki, iranlılar Hörmüz boğazını texniki cəhətdən bağlamağa qadirdirlər. Hələ 2012-ci ildə ABŞ-ın apardığı araşdırma İranın belə imkanlara malik olduğunu göstərir. Tehran boğazı bir ay bağlı saxlaya bilər və bu, mütləq iqtisadiyyata təsir edəcək, neftin qiyməti kəskin artacaq. İranın bir tərəfdən Hörmüz boğazı üzərində siyasi və hərbi üstünlüyü, dünya iqtisadiyyatının bu su yolu ilə dəniz ticarətindən ağır asılılığı İran hakimiyyətinin əlində kozıra çevrilib. Düzdür, bu kozırın hansı şəraitdə istifadə oluna biləcəyi qeyri-müəyyən olaraq qalır. İlk baxışdan Hörmüzü bağlamaq təhlükəsi heç kimə sərfəli deyil. İran müvəqqəti olaraq bölgədəki təsirini artıra bilər, lakin belə bir addımın qiyməti yüksək olacaq: sanksiyalar təzyiqinin artması, ixrac mallarının qiymətlərinin düşməsi və İran ərazisində hərbi əməliyyat təhlükəsi. Qlobal iqtisadiyyat üçün itkilər də əhəmiyyətli olacaq: neft idxal edən ölkələr enerji böhranı ilə üzləşəcək, sabit yanacaq təchizatından asılı olan şirkətlər isə daha yüksək istehsal xərcləri ilə üzləşəcəklər. Bununla belə, marşrutları Hörmüz boğazından keçməyən neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan neft qiymətlərinin yüksəlməsindən faydalana bilər. Neft və qaz hasilatını və ixracını genişləndirən ölkələr Yaxın Şərq neftinə çıxışını itirəcək dövlətlər üçün daha cəlbedici təchizatçı ola bilər.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ