Bazar günü günü, 01 noyabr 2026
     

Gürcüstan ABŞ və Avropanın gözündə "badamgözlü idi, indi oldu kor Fatmanisə"...

Image


Bu ayın 26-da növbəti parlament seçkilərini keçirəcək Gürcüstanla Qərb arasında münasibətlər getdikcə daha böyük sürətlə pisləşir. Elə bu fonda Avropa Parlamenti Gürcüstan əleyhinə  qətnamə qəbul edib. 

Qətnaməyə əsasən, Avropa Parlamenti Gürcüstanda demokratiyanın azalmasından dərin təəssüf hissi keçirir və Avropa İttifaqını Bidzina İvanişviliyə və Gürcüstanda demokratiyaya xələl gətirən bütün şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırır.

Qətnamənin mətnində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması və viza rejiminin liberallaşdırılması məsələsindən də bəhs edilir. Avropa Parlamenti, həmçinin Gürcüstan hökumətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır.

Hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının sədri İrakli Qaribaşvili  qeyd edib ki, Avropa Parlamentinin Gürcüstanla bağlı qəbul etdiyi qətnamə ölkəmizin daxili işlərinə həyasız müdaxilədir: "Bu qətnamə birinci deyil və yəqin ki, sonuncu da olmayacaq. Biz bu cür ədalətsiz qərar və ya qətnamə layihələrini çox görmüşük. Yadınızdadırsa, 2 il əvvəl ölkəyə namizəd statusu verilməyəndə, bu qərarın qəbuluna 1-2 həftə qalmış oxşar məzmunlu "mesajlarla" oxşar, ədalətsiz, biabırçı qətnamə qəbul edilmişdi. O zaman da Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi, Saakaşvilinin azad edilməsi, Kezeraşvilinin media meneceri kimi qeyd olunması ilə bağlı tələbləri var idi". Onun sözlərinə görə, bu qərar iki il əvvəl qəbul edilib: "İndi seçkilərə iki həftə qalmış görürük ki, bizim radikal, müflis müxalifətimizi dəstəkləyən və müdafiə edən lobbiçilər Gürcüstan əleyhinə oxşar məzmunlu qətnamə hazırlayırlar. Bu da təbii ki, daxili işlərə açıq-aşkar müdaxilənin növbəti nümayişidir. Mən bunu ölkəmizin daxili işlərinə açıq-aşkar müdaxilə adlandırardım. Heç kim seçkilərə iki həftə qalmış hansısa ölkədə seçki proseslərinə belə kobud, həyasız müdaxilə, manipulyasiya və insanlara təsir cəhdini görməyib". ABŞ-la da Tiflisin münasibətləri olduqca gərgindir. Bu fonda ABŞ bir zamanlar yaxın müttəfiqi olan həmin Güney Qafqaz ölkəsini güclü basqı altında saxlamağa başlayıb. ABŞ Gürcüstanın iki güvənlik rəsmisinə maliyyə sanksiyası, daha 60 Gürcüstan vətəndaşına da viza məhdudiyyətləri tətbiq edib. ABŞ Dövlət Departamenti bildirib ki, bu 60 nəfərin arasında yüksəkvəzifəli hökumət rəsmiləri də var. Hələlik, onların adları açıqlanmır. ABŞ hökuməti Bidzina İvanişviliyə qarşı da ayrıca maliyyə sanksiyaları paketi hazırlayıb. Ardınca Ağ ev rəsmiləri Gürcüstanın BMT Baş Məclisindəki nümayəndə heyəti ilə görüşməkdən boyun qaçırıblar. Hətta prezident Co Baydenin sentyabrın 25-də verdiyi ziyafətə qatılması üçün Gürcüstan baş naziri İrakli Kobaxidzeyə göndərilən dəvəti də geri çağırıblar. Bunlar ABŞ ilə bu yaxınlaradək onun postsovet məkanında ən sadiq və sevimli müttəfiqi olan Gürcüstan arasında münasibətlərin çox soyuduğunu göstərir. Üstəlik, bütün bunlar oktyabrın 26-da keçiriləcək və çoxları tərəfindən dönüş nöqtəsi kimi görülən parlament seçkiləri ərəfəsində baş verir. Qərb siyasətçiləri bu seçkilərdə "Gürcü Arzusu"nun, nəhayət, hakimiyyətdən gedəcəyinə ümid edirlər.

Təhlilçilər deyirlər ki, ABŞ-nin belə sərt cavabı bir gerçəyi ortaya çıxarır: Gürcüstanın demokratik hökuməti və tam qərbyönlü xarici siyasəti yoxdursa, Avrasiyanın ucqar bir küncündə yerləşən bu kiçik və yoxsul ölkəyə Vaşinqtonun yatırım etməyə marağı da yoxdur. Gürcüstan Siyasət İnstitutunun rəhbəri Korneli Kakaçia bildirir: "Gürcüstan balaca ölkədir, özünün də qonşularımız kimi nefti, qazı, ya da buna bənzər heç nəyi yoxdur". Onun sözlərinə görə, ABŞ-nin gözündə Gürcüstanın dəyəri, ənənəvi olaraq, onun postsovet dünyasında Amerikanın təsirini gücləndirən aktor, Qərbin Qafqazda və digər yerlərdəki forpostu olması ilə bağlıdır. 2000-ci illərdə "Qızılgül inqilabı"nın ardınca hakimiyyətə gələn Saakaşvilinin qərbyönlü və azad bazar siyasəti ABŞ prezidenti Corc Buşun "Azadlıq gündəliyi"ilə üst-üstə düşmüşdü. Buş hətta 2005-ci ildə Tiflisə səfər etmiş və Gürcüstanı "demokratiya mayakı" adlandırmışdı. ABŞ-ın  Gürcüstandakı keçmiş hərbi attaşesi, indi Pensilvaniya ştatındakı ABŞ Ordusu Hərbi Kollecinin araşdırma professoru Bob Hemilton qeyd edir: "Həm qərbyönlü xarici siyasət, həm də möhkəm demokratik göstəricilər vacibdir. Bir ölkədə bunlardan yalnız biri varsa, - məsələn, baş nazir Nikol Paşinyanın Ermənistanı Rusiyadan qopmazdan öncə belə idi – həmin ölkə bizim marağımızı bir az cəlb edəcək. Ancaq sadəcə biri yetməz. 2003-cü ildə baş verən "Qızılgül inqilabı" buna görə Vaşinqtonun diqqətini çəkmişdi, axı bunların hər ikisini vəd edirdi". Di gəl, indi 2012-ci ildən bəri hakimiyyətdə olan və ard-arda üç seçkidə qalib gələn "Gürcü Arzusu" təkcə Qərb istiqamətində getməyə deyil, daha çoxvektorlu xarici siyasət yürütməyə çalışır. Rusiyanın Ukraynaya qarşı 2022-ci ildə başlatdığı tammiqyaslı savaş nəticəsində region dövlətləri ilə əməkdaşlıq etmək üçün "Gürcü Arzusu"na daha çox imkan açıldı. Ukrayna müharibəsinin açdığı unikal pəncərədən yararlanan Gürcüstan Avropa İttifaqı üzvlüyünə namizədliyini irəli sürdü və namizəd ölkə statusunu qazana bildi. Ancaq "Gürcü Arzusu" buna demokratik göstəricilərinə görə deyil, geosiyasi önəminə görə nail olduğunu düşünür. Kakaçianın sözlərinə görə, yeni Şərq-Qərb enerji və nəqliyyat bağlantılarında öz rolunu oynayan Gürcüstan hökuməti Aİ-yə ləyaqətlə daxil olacağını deyir: "Gürcü arzusu" bir növ Azərbaycanla Türkiyənin yerişini yeriyirlər. Ancaq Türkiyə bunu edə bilər, axı orta səviyyəli gücdür, daha böyük ölkədir və NATO üzvüdür. Türkiyə gerçəkdən belə xarici siyasət yürüdə bilər. Gürcüstansa Qərbin dəstək və yardımından asılıdır və çoxvektorlu xarici siyasət cəhdi Gürcüstanın önəmini bir az şişirtmək kimi görünür". Gürcüstanın mövcud iqtidarı xaricdən maliyyə vəsaiti alan QHT və media qurumlarının fəaliyyətini məhdudlaşdıran və özünün "LGBT təbliğatı" adlandırdığı şeyə qarşı qanunlar qəbul edib. ABŞ Gürcüstanın rəsmi şəxslərinə qarşı sanksiya və ictimai töhmətin səbəblərini açıqlarkən həmişə "Gürcü Arzusu"nun antidemokratik davranışına söykənir. Hemilton deyir ki, Gürcüstanın daha sərt tədbirlərlə üzləşməsi ABŞ-nin 20 il boyunca yüz milyonlarla dollar yardımından sonra bu ölkədə daha güclü təsirə malik olmasından qaynaqlana bilər: "Gürcüstanın ABŞ-dan aldığı yardım səviyyəsinə görə bizim orada Türkiyə və Azərbaycanda olmayan rıçaqımız var. Biz də, gec də olsa, ondan yararlanırıq. Gürcüstanın iqtisadi və güvənlik baxımından ABŞ üçün önəmi qat-qat daha azdır. Yəni, onun demokratik göstəriciləri bizim üçün daha dəyərlidir". "Gürcü Arzusu"nun liderləri ABŞ-nin 26 oktyabr seçkilərində güc balansına müdaxilə etdiyini deyirlər. Kobaxidzenin dəvətinin ləğv edilməsinin ardınca parlamentin spikeri Şalva Papuaşvili deyib ki, Vaşinqton müxalifət diskursunu qızışdırır və Gürcüstanın daxili siyasətinə müdaxilə edir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ