Bazar günü günü, 01 noyabr 2026
     

Paşinyan Ermənistanı regional “cındıra” çevirir - bunu ermənilər özləri bəyan etdi...

Image


Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkəsi təşəbbüs göstərdiyi "Sülh kəsişməsi" layihəsinin reallaşdırılması nəticəsində 10 milyardlarla dollar məbləğində gəlir əldə edə bilər. Amma ekspertlər qeyd edirlər ki, əslində, Paşinyanın dedikləri cəfəngiyatdan başqa bir şey deyil. 

İlk növbədə o baxımdan ki, Ermənistanın imkanları tranzitdən bu məbləğdə gəlir əldə edilməsinə imkan vermir. Amma Paşinyan yenə də sərsəm açıqlamalarını davam etdirib.

"Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi" adlı konfransda Paşinyan bir sıra açıqlamalrı ilə regionda sülhə, Azərbaycan və Rusiya əleyhinə mövqe sərgilədiyini bir daha nümayiş etdirib. Belə ki, Paşinyan Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələrinə yalnız Zəngəzurda yola nəzarət funksiyası verilə biləcəyini bildirib. O, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndindən sitat gətirib: "Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir" cümləsinə diqqət yetirin. Bu təklif bu yaxınlarda müəyyən dairədə səsləndi və mən soruşdum ki, bu, nə deməkdir. Kim izah edə bilər ki, Rusiya Prezidentinin 10 dekabr 2020-ci il tarixli fərmanında, bu, nə başa düşülür? Bu, o deməkdir ki, Rusiyanın nümayəndələrinə Ermənistanın öz öhdəliyini necə yerinə yetirdiyini görmək üçün hansısa monitorinq funksiyası verilə bilər". Paşinyanın sonrakı açıqlamaları isə daha cəfəng xarakterə malik olub. O qeyd edir ki, üçtərəfli bəyanatla bağlı çoxlu problem var: "Təkcə bir məqamı qeyd etmək mümkün deyildir, bir çox digər məsələlər, xüsusən də Laçın dəhlizi, məhbusların geri qaytarılması ilə bağlı şərtlər yerinə yetirilməmişdir". Ermənistanın baş naziri həmçinin "Sülh kəsişməsi" layihəsinin Azərbaycanı narahat etdiyini də dilə gətirib: "Çünki bu layihə Ermənistana on milyardlarla fayda gətirə bilər. Bu layihə Azərbaycan üçün iki potensial problem yaradır. Birincisi, əgər Azərbaycan səmimi şəkildə Ermənistanın strateji baxımdan ona qarşı təcavüzkar planlarının olduğuna inanırsa, bu, həmin on milyardlarla dolların Azərbaycana qarşı istifadə oluna biləcəyi təəssüratı yarada bilər. Amma bunun əksi də var: Azərbaycanın Ermənistana qarşı təcavüzkar niyyəti varsa, o zaman Azərbaycan narahat ola bilər ki, bu on milyardlarla dollar Ermənistanın müdafiə qabiliyyətini artırmaq üçün istifadə olunar. Nəticədə Azərbaycanın Ermənistana qarşı təcavüzkar planlarını həyata keçirməkdə problemlər yaranar". O qeyd edib ki, Ermənistanın Azərbaycana və region ölkələrinə qarşı aqressiv niyyəti olmadığı üçün Bakının dərin qorxusunu sovuşdurmaq olar: "Bundan başqa, Ermənistan qeyd edib ki, biz hətta işğal olunmuş ərazilərimizi hərbi yolla geri qaytarmaq vəzifəsini belə qarşımıza qoymuruq. Amma fakt budur ki, Azərbaycan Ermənistanın yollarının onun maraqlarına uyğun olmasını istəyir, eyni zamanda, Ermənistan blokadada qalmaqda davam edir. Bu, məntiqsizdir və belə bir yanaşma Ermənistan üçün məqbul sayıla bilməz". Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin bu iddiasına cavab verib: "Ermənistan baş nazirinin 12 oktyabr tarixində "Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın vəhdəti" adlı forumda çıxışı zamanı 10 noyabr 2020 tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların təhrif olunması cəhdidir". Qeyd edilib ki, üçtərəfli bəyanata istinadən kommunikasiyaların açılması məsələsində Ermənistan baş nazirinin açıqlaması Ermənistan rəhbərliyinin üzərinə götürdüyü öhdəliklərə dair etinasızlığı növbəti dəfə nümayiş etdirir: "Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın kommunikasiyaların açılması xüsusunda hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarətin hansı formada təşkil olunacağı açıq-aydın təsvir olunub. Ümumiyyətlə, Ermənistanın 10 noyabr tarixli üçtərəfli bəyanatdan irəli gələn digər öhdəlikləri pozan fəaliyyətlərinə nəzər salsaq, ilk növbədə, Ermənistanın 2023-cü ilin sentyabr ayınadək öz qanunsuz silahlı birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaması, humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazilərinə əlavə silah-sursat, hərbi texnika, minalar ötürməsi, Azərbaycana qarşı mina terrorunu davam etdirməsi xatırlanmalıdır. Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan tərəfinin Azərbaycan ərazilərində saxladığı qondarma rejimin təbliğatını aparması və Ermənistan baş nazirinin 2 sentyabr 2023-cü il tarixində qondarma "müstəqillik" ilə bağlı separatçı xunta rejiminə təbriklərini çatdırdığını heç kəs unutmayıb. Bu baxımdan Ermənistan baş nazirinin Laçın dəhlizinin fəaliyyəti, qaçqın və məcburi köçkünlərin qayıdışına dair ritorik sualları yalnız təəccüb və istehza doğurur. Ermənistan tərəfinin hərbi əsirlərin qaytarılmadığını iddia etməsi həmçinin gülüncdür. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Sonda bir daha Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü vəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç bir çərçivəyə sığmayan, reallıqları təhrifə edən və nəticə etibarilə beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyə çağırırıq". Paşinyanın dedikləri əslində Ermənistanda da gülüşlə qarşılanır. Sabiq prezident Serj sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan bu xüsusda həbsxanadan yazdığı mıktunundan qeyd edir: "Paşinyanın "Sülh kəsişməsi: təhlükəsizlik və demokratiyanın vəhdəti" adlı forumda çıxışı zamanı dediklərində heç bir yeni fundamental element yox idi: "Ona görə də mənim ötən il Nubaraşen Penitensiar Müəssisəsindən yazdığım bəzi qiymətləndirmələr öz aktuallığını tam saxlayıb və aşağıda təqdim olunur. Aydındır ki, "Sülh kəsişməsi" cəfəngiyyatları indiki vəziyyətdə Ermənistanın maraqlarına xidmət etməyəcək. Onu markalamaq və yeni qablaşdırmada təqdim etmək cəhdləri şokolad əvəzinə zibil satmaq cəhdlərini xatırladır. Bununla belə, gəlin bir anlıq Nikolun haqlı olduğunu təsəvvür edək, deyək ki, layihə doğrudan da ermənipərəstdir və regional və qlobal əhəmiyyət kəsb edir. Müasir dünyada logistika və kommunikasiya meqalayihələri ilə maraqlanan siyasi və maliyyə resurslarına malik cəmi 5 oyunçu var. Gəlin onlara bir-bir baxaq. 1. Çin - "Bir kəmər və bir yol layihəsi". Nikol bu paketə nəinki daxil deyil, ola da bilməz, çünki Ermənistanın hazırkı geosiyasi mövqeyi Çinin maraqlarına uyğun gəlmir. 2. Rusiya - Şimal-Cənub layihəsi. Rusiyanın regionda nəinki öz planları var, hətta Nikolun Ermənistanı ilə də dərinləşən böhran içindədir. 3. Hindistan - Bu ölkənin logistika diversifikasiyası problemi var ki, bu da İsrail-Fələstin münaqişəsi fonunda xüsusilə kəskinləşir. Hindistan yeni layihələrə təkbaşına daxil olmayacaq, xüsusən də real Şimal-Cənub perspektivi artıq görünəndə. 4 və 5: "Böyük yeddilik" ölkələri və Avropa İttifaqı. Hər ikisinin öz qlobal layihələri var: müvafiq olaraq PGI (Qlobal İnfrastruktur üçün Tərəfdaşlıq) və "Global Gateway". Lakin hər iki layihə kollektiv Qərbin layihələridir, Rusiya və İran kimi benefisiar ölkələri əhatə etmir. Yazılanlardan aydın olur ki, meydanda yalnız Türkiyə qalacaq, onun da öz prioritetləri var. Ona görə də açıq-aşkar görünür ki, Nikolun təklifləri Ermənistana sülh gətirmək məqsədini güdmür, nəhayət, bizi regional "cır-cındır" etməyə xidmət edir. "Sülh kəsişməsi" olan Paşinyanın ixtira etdiyi yeni oyuncaq artıq çoxsaylı əhəmiyyətli və analitik tənqidlərə məruz qalıb. Nikolun düşüncəsinin başqa bir zəhərli nəticəsi xarici bazarlarda ilkin olaraq qüsurlu "məhsul"dur, ona görə də bu illüziyanın əsas istehlakı yenidən yerli auditoriya daxilində həyata keçirilir. Paşinyanın absurdluğunu əks etdirən artıq qeyd olunan fakt və arqumentlərə əlavə olaraq, daha ikisini misal çəkmək istərdim. 1. Məlumdur ki, yol ayrıcları yol təhlükəsizliyi baxımından ən təhlükəli olanlardır. Eyni model geosiyasətdə də keçərlidir. Ermənistan "yol ayrıcına" çevrilsə, geosiyasi hadisələrin, toqquşmaların, itkilərin sayının daha da artacağı göz qabağındadır. Bizdə isə bu təhlükə daha realdır, çünki bundan sonra Paşinyan nəinki riskləri idarə edə bilmir, əksinə, onları daha da artırır ki,bu da aksiomatikdir. 2. Təbii ki, kəsişmələrin təhlükəsizliyini artırmaq üçün qaydalar müəyyən edilir, məsələn, "svetofor" qoyulur. "Ermənistan-sülh kəssişməsi" konsepsiyasında acı fakt ondan ibarətdir ki, ölkəmiz bu gün Cənubi Qafqaz regionu üçün "yol hərəkəti qaydaları" müəyyən edə bilmir, nə bu qaydalara riayət olunmasına nəzarət edir, nə də qanunu pozanları cəzalandırır. Nikola görə ərazimizdə "svetofor" belə quraşdıra bilməyəcəyik. Və buradan növbəti vacib sual yaranır: Əgər bizi yol ayrıcına çevirmək istəyirlərsə, o zaman "svetoforu" kim quraşdıracaq?".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ