Bazar günü günü, 01 noyabr 2026
     

Hollandiya müstəmləkə tarixinin bu biabırçı faktlarını gizlədə bilməz...

Image


Müstəmləkəçilik siyasəti bir sıra Avropa dövlətlərinin tarixinə qara bir ləkə kimi düşsə də,  çox təəssüflər olsun ki, Fransa, Hollandiya kimi ölkələr babalarının üz qarasına çevrilən bu mənfur ləkəni silmək əvəzinə onu daha da genişləndirmək niyyətlərini ortaya qoyurlar. 

Hollandiya (Niderland) dünya tarixində müstəmləkəçilik siyasəti yürüdən Avropa dövlərindən biri kimi tanınır. Hollandiyanın adı çəkiləndə "demokratiya" donuna bürünən irticaçı bir dövlət göz önünə gəlir, bu ölkə həm də dünya və insanlıq düzəninə zidd olan başqa məsələlərlə populyardır ki, bunu da bütün dünya bilir.    

Hollandiya tarixində müstəmləkəçilik dövlət siyasətinə çevrilib, həm keçən əsrlərdə, həm də hazırda bu ölkənin müstəmləkələri var. 

Asiyada, Amerikada müstəmləkələr saxlayan, bu gün də sömürgəçilik siyasətindən əl çəkmək istəməyən Hollandiya yerli əhaliyə zülmlər edib, o torpaqların sərvətlərini mənimsəyib, aborigenlərin tarixini, mədəniyyətini, dilini məhv edib, özlərini soyqırıma məruz qoyub. Yüz illərdir həyata keçirdiyi irticaçılıq siyasətindən utanmaq əvəzinə, bu gün Azərbaycana hücum edən, dil uzadan, ədalətsiz mövqe sərgiləyən Hollandiyanın tarixi başdan-başa insan ah-nalələri ilə "zəngindir". 

Hollandiyanın müstəmləkəçilik fəaliyyətinə diqqət yetirdikdə dəhşətə gəlirsən. XVII əsrin əvvəllərinə və ondan sonrakı illərə diqqət çəkəndə görürsən ki, Fransa ilə birlikdə nə qədər insani cinayətlər törədiblər. 

Məlumatlara görə, XVII əsrdə Fransa və Hollandiya Vest-İndia adalarını və Amerika qitəsindəki digər əraziləri tutublar, işğal ediblər. Tədqiqatçılara görə, Hollandiyada 1602-ci ildə Ost-İndia kompaniyası yaradıldı və ona 21 il müddətinə Xoş Ümid Burnundan Magellan boğazına qədər olan naviqasiya və imtiyaz qaydasında ticarət etmək barədə istismar hüququ verildi. Bir il sonra bu kompaniya Yavada faktoriya yaratdı. 1619-cu ildə isə adanın baş şəhəri Cakartanı tutub dağıtdı. Onun yerində Şərqdə holland torpaqlarının gələcək mərkəzi olan Bataviyanın əsasını qoydu. Hollandlar tədricən portuqaliyalıları cənub dənizlərindən qovdular. Bu barədə çap olunan məqalələrdən birində deyilir: "Çin və Yaponiya ilə bütün ticarəti ələ keçirdilər və Hindistanda ingilisləri sıxışdırıb, möhkəmlənmək istədilər. Hollandiya Şərqdə müstəmləkəçilik qüdrətinin zirvəsinə çatdı. 1648-ci il Vetfaliya sülhünə görə, əvvəllər İspaniya ilə Portuqaliyanın   dünya ağalığı sferasını  ayıran sərhəd xətti artıq İspaniya ilə Hollandiya arasından keçirdi.

Hollandlar Afrikada bir müddətə Anqolanı və San-Tome adasını aldı, 1652-ci ildə isə Xoş Ümid burnunda ilk koloniyanı yaratdılar. Vest-İndia kompaniyasını yaratdıqdan sonra isə Hollandiya Qərb yarımkürəsinə nüfuz etməyə başladı. Cənubi Amerikada Braziliyanın bir hissəsini tutsa da, 1654-cü ildə onu buraxmağa məcbur oldu. Ancaq Surinamı və Karib dənizində Kyurasao adasını ələ keçirdilər. 1626-cı ildə holland kolonistləri Şimali Amerika sahilində Yeni Amsterdam (indiki Nyu-York) məntəqəsini yaratdılar. İngilislərlə mübarizədə Yeni Hollandiya adlanan buna bitişik ərazini özlərində saxlamağa çalışdılar. Lakin 1664-cü ildə ingilislər holland torpaqlarını işğal etdilər. Üçgünlük ingilis-holland dəniz müharibələrində hollandların ağalığına son qoyuldu. XVIII əsrin əvvəlində Hollandiya böyük ticarət dəniz dövlətindən, dünyanın dənizlə yük daşıyanından və bankirindən ikinci dərəcəli bir dövlətə çevrildi. Lakin Şimali Amerika torpaqlarından başqa, demək olar ki, bütün müstəmləkə torpaqlarını o, əlində saxladı.

İngilis Ost-İndia kompaniyası 1600-cü ildə Şərqlə ticarət aparmaq üzrə inhisar hüququ barədə kral xartiyası aldı. Hollandlar onu Cənubi-Şərqi Asiyadan sıxışdırıb çıxaranda, kompaniya öz fəaliyyətini əsasən Hindistanda inkişaf etdirdi..."

ABŞ-ın müstəmləkəçilik tarixinə baxarkən Hollandiyanın cinayət əməlləri bir-bir üzə çıxır.  

İnternet resurlarında rast gəldiyimiz məqalələrdən birində qeyd olunur: "ABŞ-ın müstəmləkə tarixi 17-ci əsrin əvvəllərindən Amerika İnqilab Müharibəsindən sonra On Üç Koloniyanın Birləşmiş Ştatlara daxil edilməsinə qədər Şimali Amerikanın Avropa müstəmləkəçiliyi tarixini əhatə edir. 16-cı əsrin sonlarında İngiltərə (Britaniya İmperiyası), Fransa Krallığı,İspaniya İmperiyası və Hollandiya Respublikası Şimali Amerikada böyük müstəmləkəçilik proqramlarına başladılar. Erkən immiqrantlar arasında ölüm nisbəti çox yüksək idi və bəzi erkən cəhdlər, məsələn, İngilis İtirilmiş Roanoke Koloniyası kimi tamamilə yox oldu. Buna baxmayaraq, uğurlu koloniyalar bir neçə onilliklər ərzində quruldu.

Avropalı köçkünlər müxtəlif sosial və dini qruplardan, o cümlədən macəraçılardan, əkinçilərdən, müqaviləli qulluqçulardan, tacirlər və aristokratiyadan çox az adamdan gəlirdilər. Məskunlaşanlar arasında Yeni Niderlandın hollandları, Yeni İsveçin isveçliləri və finləri, Pensilvaniya əyalətinin ingilis kvakerləri, Yeni İngiltərənin ingilis puritansları, Virciniya Cavaliers, Merilend əyalətinin ingilis katolikləri və protestant qeyri-konformistləri, Gürcüstan əyalətinin, orta Atlantik koloniyalarında məskunlaşan almanların və Appalachian dağlarının Olster şotlandlarının layiqli yoxsulları. Bu qrupların hamısı 1776-cı ildə müstəqilliyini əldə etdikdən sonra Birləşmiş Ştatların bir hissəsi oldu..." 

Hollandiya da daxil olmaqla, bütün müstəmləkəçi ölkələrin hamısı uzun əsrlər boyu torpaqlarını işağal edib özləri qul kimi bazara çıxarıb satdıqları, qətlə yetirdikləri, soyqırıma məruz qoyduqları xalqların maddi-mədəni irsini, tarixi eksponatlarını muzeylərinə daşıyıblar, utanmadan, heç bir məsuliyyət daşımadan bu eksponatları sərgiləyirlər. 

Yadınıza gəlirsə, hətta Niderland Dövlət Muzeyindən (Rijksmuseum) belə açıqlama verilmişdi ki, onlar müstəmləkələrdən oğurlanmış sənət nümunələrini geri qaytarmaq niyyətindədirlər. "Trouw" qəzetində yazılırdı ki, Hollandiya muzeyi Şri-Lanka və İndoneziya ilə danışıqlara başlamaq istəyir. "Hollandiyanın müstəmləkələrdən olan mədəni irsinin bir hissəsinə çevrilmiş bu əsərlər oğurluq ola bilər".  Bu barədə   "Trouw" qəzetində yazılırdı.

Qeyd olunurdu ki, müstəmləkələrdən oğurlanmış sənət nümunələrini geri qaytarılması barədə qərar Niderland Dünya Mədəniyyətləri Milli Muzeyi bir vaxtlar müstəmləkə olmuş ölkələrin vaxtilə oğurlanmış, yaxud böyük mədəni və ya sosial əhəmiyyət daşıyan incəsənət əsərlərinə iddialar irəli sürməsi üçün təlimat dərc edəndən sonra qəbul edilib.

Niderland Dövlət Muzeyinin direktoru Tako Dibbets bir neçə il əvvəl müsahibəsində deyirdi: "Utandırıcı haldır ki, Niderland müstəmləkələrdən olan mədəni irsi geri qaytarmaq məsələsinə yalnız indi diqqət yetirib. Biz bunu xeyli əvvəl etməli idik. Buna əsla bəraət qazandırıla bilməz".

O,  Şri-Lanka ilə təqribən 10 nümunə danışıqlar aparılacağını deyirdi. Yaqutla bəzədilmiş top (1765-ci ilin hərbi kampaniyası zamanı qənimət götürülüb) və Cənubi Borneo (1856-cı ildə Niderlandın müstəmləkəsinə çevrilib) sultanının mülkiyyəti olan "Bancarmasin" adlı brilyant həmin nümunələr arasındadır.

T.Dibbetsi qeyd edirdi ki, muzeyin kolleksiyasında təqribən 4 min müstəmləkə obyekti var, lakin onların heç də hamısı "oğurluq" deyil, sənət nümunələrinin çoxu "qanuni yolla" əldə edilib.

Bir neçə il əvvəl mətbuat yazırdı ki, Niderland Dünya Mədəniyyətləri Milli Muzeyinin müəyyən etdiyi qaydalar artıq mütəxəssislərin tənqid obyektinə çevrilib. 

Bu faktlar açıq göstərir ki, Hollandiya o xalqların mədəni irsini sözün həqiqi mənasında yağmalayıb, indi də geri qaytarmaq məcburiyyətindədir, amma yenə də qaytarmamaq üçün bəhanə axtarır ki, guya heç də onların hamısı oğurluq deyil. 

Məlum olduğu kimi Hollandiyanın saxladığı kolonioyalarda da qul ticarəti həyata keçirilirdi, yerli əhalidən satlıq-mal kimi istifadə olunurdu. 

Bəli, orta əsrlərdə Asiyanın cənub-şərq və cənubunda (Hindistanın cənubu), Afrikanın cənubunda (CAR) və Cənubi Amerika materikinin şimalında (Surinam) torpaqlar qəsb etmiş Niderland indiyə kimi də Karib dənizi hövzəsində torpaqlara (Antil adaları, Aruba, Kurasao və Sent Marten) malikdir.

Bilirik ki, Cənub-Şərqi Asiya Niderland müstəmləkəçiliyindən əziyyət çəkib. Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb, öz müstəqilliyini yalnız 1945-ci ilin avqustunda elan edə bilib. Bunda Yaponiyanın 1942-ci ilin yanvarında İndoneziyaya girməsi də rol oynayıb, nəticədə müstəmləkəçi hollandlar ölkədən qovulub.

Niderland yalnız 1949-cu ilin sonunda İndoneziyanın suverenliyini tanımağa məcbur olsa da, 4,5 il ərzində bu ölkəni yenidən öz ərazisinə qatmaq üçün bir çox qətllər törədib. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək olar. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər Niderland məhkəmələrində iddialar qaldırılır.

1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8 mindən çox insanın serblər tərəfindən soyqırıma məruz qalmasının da məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş verməsi məlum tarixi faktdır.

Belə ki, həmin vaxt Bosniya serbi olan general Ratko Mladiç müsəlman bosniyalıların silahsızlaşdırılmasını tələb etmiş, əks halda sülhməramlılara güllə ata biləcəyi xəbərdarlığını edib. Silahlı müsəlmanlar Srebrenitsadan çıxsa da, Niderland sülhməramlılarının gözü önündə belə bir soyqırımı törədilib.

Niderland Ali məhkəməsinin 2013-2014-cü illərdə qəbul etdiyi qərarlarla ölkə yalnız 300-dən bir qədər artıq insanın qətlində günahkar olduğunu etiraf edib.

Bütün bunlar Hollandiyanın necə ölkə olduğunu aydın göstərir. 

Məlum, öz müstəmləkəçilik siyasətini Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba-da davam etdirən Hollandiya bu ərazilərdə məqsədyönlü assimilyasiyaya siyasəti aparır, yerli əhalini adalardan qovaraq, onları hollandlarla əvəz edir, yerli əhalinin nümayəndələrinə ikincidərəcəli "vətəndaşlar" kimi rəftar edir, müstəqillik tərəfdarlarını təqib edir və həbs edir, yerli xalqlara öz ana dillərində təhsil almağa və danışmağa qadağan edir, yerli xalqların öz mədəniyyətini qoruyub-saxlamasına lazımi şərait yaratmır və digər çoxsaylı cinayətlər törədir
 Niderland Bonaire, Saint Maarten, Aruba, Curacao, Saint Eustatius və Saba adalarında dəhşətli cinayətlər törədib, bu gün də o cinayətləri davam etdirir. 

Müstəmləkəçi, müxtəlif xalqlara qarşı genosid törədən, əli qanlara batan Hollandiyanın Ermənistanı, erməniləri dəstəkləməklə, özü kimi terrorçu, soyqırımçı ölkəni himayə etməklə və ədalətsiz olaraq antiazərbaycan siyasəti yürütməklə əsl simasını, niyyətini ortaya qoyur. Əlbəttə, Hollandiya kimi müstəmləkəçi ölkənin terrorçunun, işğalçının yanında olması təbiidir, çünki ikisi də eyni yolun yolçusudur...

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ