Bazar günü günü, 01 noyabr 2026
     

Separatçı erməni canilər barədə yeni məhkəmə qərarı İrəvanda şou ilə qarşılandı...

Image


Akif Nağı: "Canilərin həbs müddətinin uzadılması ətrafında şoular yaratmaqla, çalışırlar ki..." 

Həbsdə saxlanılan erməni separatçıların həbs müddəti uzadılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsi və digər suveren əraziləri Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun "prezidentləri" olmuş Arkadi Gukasyan, Bako Saakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.

İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bakıdakı separatçı canilərin həbs müddətinin uzadılması ilə bağlı Ermənistanda yenə də şoular başlayıb. Yenə də qondarma iddialar, yenə də uydurma söz-söhbətlər yayır, oyun oynayırlar. 

"Əslində, Ermənistandakıları Bakıda həbsdə olan separatçı canilərin taleyi qətiyyən narahat etmir, onlardan sadəcə, öz oyunları üçün istifadə etməyə..."

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə bildirdi ki,  həbsdə olan erməni separatçıları, caniləri ilə bağlı Ermənistan və xaricdəki erməni lobbisi çoxlu saxta kampaniyalar aparır, hətta xaricdəki bəzi təşkilatları, dövlət rəsmilərini də buna qatın şoular yaradırlar. "Xarici dövlət rəsmilərini, deputatları, konqresmenləri, təşkilatları özlərinin oyunlarına cəlb etməyə cəhd edirlər. Təbii ki, ortada pul, vəsait var. Pul hesabına çalşırlar ki, həm bu məsələni gündəmdə saxlasınlar, həm də ondan Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Daha çox ikinci məsələnin üstündə dayanırlar. Canilərin həbs müddətinin uzadılması ətrafında şoular yaratmaqla çalışırlar ki, Azərbaycanın beynəlxalq aləmdəki imicini zədələsinlər, ölkəmizi nüfuzdan salsınlar.  Şou yaratmaqdan, oyun qurmaqdan başqa bunların ayrı bir yolu, mübarizə imkanları yoxdur, belə görsənir. Əslində, Ermənistandakıları Bakıda həbsdə olan separatçı canilərin taleyi qətiyyən narahat etmir, onlardan sadəcə, öz oyunları üçün istifadə etməyə çalışırlar"-deyə A.Nağı bildirdi.

A.Nağının sözlərinə görə, Azərbaycan müstəqil siyasət aparır və rəsmən də bildirilir ki, dövlətimiz öz siyasətini heç kimlə uyğunlaşdırmır, çünki öz müstəqil siyasətimizi həyata keçiririk. A.Nağı qeyd etdi ki, Azərbaycanın yürütdüyü müstəqil siyasət kiminsə xoşuna gəlimirsə, bu onların problemidir, özləri bilir. A.Nağı vurğuladı ki, indiki şəraitdə Azərbaycan hüquqi prosedurları nəzərə almaqla, həm beynəlxalq hüquq normalarını, həm ölkə qanunlarını rəhbər tutmaqla canilərin həbsdə qalmaq müddətini uzadıb, bunun üçün kifayət qədər əsasları var. O hesab edir ki, kimlərsə bundan narazıdırsa beynəlxalq qurumlara müraciət etsinlər, Azərbaycan da məlumat versin ki, filan məsələlərə görə onların həbs müddəti uzadılıb, burda qanunsuz heç nə yoxdur. "Bu məsələnin ətrafında şou yaratmağa, yalançı hay-küy salmağa ehtiyac yoxdur. Bunlar COP29 ərəfəsində məqsədli şəkildə göstərilən şoudur ki, bunu da nəyə görə etdiklərini bilirik".  

A.Nağı qeyd etdi ki, bu gün Niderland, Norveç və digər bəzi dövlətlər separatçılar ətrafında yaradılan süni şouya qoşulublar və COP29 tədbirlərini qaralamağa çalışırlar. Bu ölkələrin Azərbaycana qarşı "səlib yürüşünə" başlayıb, haqsız, ədalətsiz mövqe tuturlar, Bakıda həbsdə olanları "hərbi əsir" adlandırırlar. "Onların bu yanaşması görünməmiş bir rüsvayçılıqdır. Bunlar nə dediklərinin mahiyyətinə, fərqinə varmırlar ki, hansı "hərbi əsirdən" söhbət gedə bilər. Separatçılar müharibə vəziyyətində "əsir düşüblər", yoxsa yaralanıb "əsir düşüblər". Bunlar hərbi canidirlər, hərbi əsir deyillər. Bu adamlar bizə qarşı cinayət törədiblər, Azərbaycanın Bərdə, Gəncə, Naftalan şəhərlərinin raket atəşinə tutulması ilə bağlı əmr veriblər. Vardanyan Azərbaycana qarşı cinayət, irqi, milli-dini ayrıseçkilik təbliğatı aparıb, terroru maliyyələşdirib, terrorçuluğa dəstək verib. Buna görə beynəlxalq aləmdə belələrinə çox ciddi cəzalar verilir. Azərbaycan faktiki olaraq onlara qarşı mövqeyini ortaya qoyub, əsaslandırılmış şəkildə onların ittiham aktını hazırlayıb. Ermənistanda hüquqa müraciət etmək əvəzinə siyasi şoular düzəldirlər. Ermənistanın içində yenidən  bu məsələni qabardırlar. Özləri vaxtilə COP29-un Azərbaycanın ev sahibliyi ilə keçirilməsinə səs veriblər, indi isə COP29 ərəfəsində Azərbaycana qarşı hansısa kampaniyaya başlamaq üçün bəhanə axtarırlar. Ermənistanın daxilində hansısa bir müsbət proses getmir ki, onun ətrafında fikir cəmləşdirilsin. Ona görə də istənilən siyasi qüvvələr, istər hakimiyyətdə olanlar, istərsə də hakimiyyətə gəlmək istəyənlər, müxaliflər, başqa marginal qüvvələr Azərbaycanda hər hansı bir hadisə baş verən kimi ondan istifadə edib özlərinə hardasa bir siyasi dividend qazanmağa çalışırlar. Bu, yaramaz, heç bir ölçüyə sığmayan bir hərəkədir. Bunun da Azərbaycanın siyasətinə heç bir təsiri olmaycaq. Hətta belə bir fikrə düşdülər ki, Ermənistan nümayəndələri COP29-a gəlsinlər və burada "əsirlərin", əslində hərbi canilərin məsələsini qaldırsınlar, bundan da bir şou kimi istifadə etsinlər. COP29 dünyanı maraqlandıran bir məsələdir, burada qaldırılacaq məsələlər dünyanı narahat edən, qayğılandıran, düşündürən mövzulardır. Dünyanın taleyini həll edən bir məsələ ilə bağlı böyük xərclər çəkilib tədbir həyata keçilir. Dünyanın hər yerindən dövlət adamıarı, böyük mütəxəssislər gəlib bu məsələni müzakirə edəcəklər. Bu, Azərbaycanın deyil, dünyanın məsələsidir. Dərk etmirlər ki, Azərbaycan xərc çəkib bu tədbiri keçirməklə dünyanın problemini gündəmə gətirib müzakirə etmək istəyir, Azərbaycan bir müzakirə platforması təklif edir. Ermənistandakı və ondan kənardakı qüvvələr heç bir əsası olmayan məlum məsələdən Azərbaycanın əleyhinə istifadə etməyə çalışır. Bu isə alınmayacaq" - deyə A.Nağı bildirdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ