Bazar günü günü, 01 noyabr 2026
     

Türkmənistan Azərbaycanla sıx təmaslardan və türk inteqrasiyasından yayınır...

Image


Elşən Manafov: "Türkmənistan Azərbaycanla bağlı qeyri-rassional siyasət yeridir"

Məlum olduğu kimi, türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi münasibətilə Türkmənistanda işgüzar səfərdə olan Ermənistan prezidenti Vaaqn Xaçaturyan orada bir sıra görüşlər keçirib. 

V.Xaçaturyan Türkmənistan prezidenti Sərdar Berdumuhəmmədovla, Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdumuhəmmədovla görüşüb.

Həmin tədbirə Orta Asiya ölkələrini, Pakistanı, Monqolstanı, Rusiyanı, hətta Ermənistanı dəvət ediblər, amma Azərbaycan dəvət edilməyib. Özü də bu, birinci dəfə deyil Türkmənistanın timsalında baş verir. Bu dövlət sanki Azərbaycanla, Türkiyə ilə inteqrasiyadan yayınır. Ümumiyyətlə, neçə vaxtdır Türkmənistan Ermənistana yönəlik xüsusi isti siyasət yeridir. İki həftə əvvəl Türkmənistan prezidenti Sərdar Berdimuhəmmədov baş nazir Paşinyana Ermənistanın müstəqillik günü ilə bağlı təbrik məktubu göndərib. Təbrikdə deyilir ki, aramızda qarşılıqlı etimad var. Bundan başqa, bu günlərdə Aşqabadda keçirilən Transxəzər Koordinasiya platformasının açılışına Ermənistan da dəvət edilib və o cür mötəbər tədbirdə iştirak edib. Halbuki, Ermənistan Xəzər sahilində yerləşən dövlət deyil. Bundan başqa, Çin-Qırğlzıstan-Özbəkistan dəmir yolunun çəkilməsi gündəmdədir. Belə plan var ki, onu Türkmənistan üzərindən İrana və daha sonra Türkiyəyə keçirsinlər. Yəni Azərbaycan Orta Asiyanın Avropa ilə əlaqəsini öz üzərinə təmin etməyə hazırlaşdığı bir vaxtda, Türkmənistan dəmir yolunun İrandan keçməsində maraqlıdır. Sanki Azərbaycanla bağlı olan layihələrdən Türkmənistan qaçır. Nədir bunun səbəbi?

"TransXəzər qaz lahiyəsinin reallaşmasına tərəflərin baxışları müxtəlifdir"

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: "Sovet İttifaqının dağılmasından sonra iki ölkə arasında bəzi məsələlərə münasibətdə olan fərqli yanaşmalar dövlətlərarası əlaqələrə təsirsiz ötuşməyib. Xəzər dənizinin hüquqi statusu ətrafında Xəzəryanı dövlətlər arasında gedən müzakirələr problemin həlli ətrafında uzun müddət tərəflərin ortaq məxrəcə gəlməsinə imkan verməyib. Azərbaycan və Türkmənistanın Xəzər dənizindəki bəzi yataqlara olan qarşılıqlı iddiaları məhz su hövzəsinin hüquqi statusu ilə bağlı məsələlərə fərqli yanaşmalardan irəli gəlib. Azərbaycanın Azəri, Çıraq, Kəpəz kimi tanıdığı bəlli yataqların Türkmənistan tərəfi Ömər, Osman və Sərdar yataqları olduğu və bu ərazilərin ona aid olması mövqeyindən çıxış edir. Azərbaycan tərəfi bu yataqların istismarı və nəqli ilə bağlı Beynəlxalq Konsorsiumla razılığa gələrək, hələ 1997-ci ildən Çıraq, 2002-ci ildən isə Azəri yataqlarının istismarı ilə məşğuldur. Türkmənistanın sabiq prezidenti S.Niyazovun 1996-cı ildə Bakıya olan səfəri zamanı problemin həlli ətrafında aparılan danışıqlar səmərəsiz olub. 2002-ci ildə prezident Heydər Əliyevin Aşqabada səfəri də gözlənilən nəticəni verməyib. Niyazov isə, rəsmi Bakını məlum yataqların istismarından çəkindirmək üçün hədə-qorxu gəlməkdən də çəkinməyib. Hətta Niyazov dənizin statusu ilə bağlı "Xəzərdən qan iyi gəlir" ifadəsini işlətmişdi. S.Niyazovun 2006-cı ildə dünyasını dəyişməsindən sonra dövlətlərarası münasibətlərdə gərginlik daha da artdı. Türkmənistanın yeni prezidenti Berdimuhəmmədovun rəsmi Bakı ilə razılaşdırmadan Sərdar yatağında Kiprin Bureid Hill Energy şirkəti ilə birgə fəalliyyət barədə qərarı Azərbaycan tərəfinin narazılığına səbəb olub. Azərbaycana aid hərbi gəmilərin yataq ətrafında hərbi təlimləri Kiprə aid şirkəti burada geooloji kəşfiyyat işlərini dayandırmağa sövq edib. 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı tərəflər ortaq məxrəcə gəldikdən sonra Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yaxınlaşıb. Karbohidrogen ehtiyatları ilə zəngin olan Xəzərətrafı bu ölkə ilə Azərbaycan arasında əlaqələrin əsas spektrini nəqliyyat-tranzit, loqistika və enerji resurslarının daşınması sahələri təşkil edir. Belə ki, Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişlı yol Xəzər dənizi vasitəsilə bu iki ölkədən keçir. 2018-ci ildə Xəzər ətrafında hüquqi statusla bağlı məsələyə Türkmənistanın fərqli mövqeyi olsa da, bu, bütövlükdə Azərbaycanla bir sıra sahələrdə əməkdaşlığa mane olmur. Hazırda iki ölkə arasında gündəmdə olan məsələ türkmən qazının Azərbaycandan keçməklə Avropa bazarlarına çıxarılmasıdır. Ancaq Türkmənistan Azərbaycanla bağlı qeyri-rasional siyasət yeridir. TransXəzər qaz layihəsinin reallaşmasına isə tərəflərin baxışları müxtəlifdir. Rəsmi Bakı Avropa şirkətlərinin bu layihəyə kifayət qədər yüksək marağını görmədiyindən layihədə tranzit ölkə kimi çıxış etməyə hazır olduğunu bildirir. Türkmənistanın isə neft-qaz infrastrukturu, habelə maliyyə imkanları Azərbaycanla müqayisədə zəif olduğundan, o bu layihənin reallaşdırılması ilə yükün altına təkbaşına girə bilmir. Təəssuflər olsun ki, bu amil iki türk dövləti arasında münasibətlərə mənfi təsirini göstərir. Türkmənistanın maliyyə imkanlarının zəifliyi isə Mərkəzi Asiyada ABŞ, Rusiya və Çin arasında gedən mübarizə ilə bağlıdır. Belə ki, Qazprom türkmən qazını özü alıb, onu üçüncü tərəf vasitəsilə Avropaya nəql edir. Digər tərəfdən, TransXəzər kəməri Avropanın qaza olan illik tələbatının hələlik 7-10 faizini təmin edə bilər. Avropa isə hazırda baha qiymətə ABŞ-ın sıxılmış qazını almaq məcburiyyətindədir".

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ