Bazar günü günü, 01 noyabr 2026
     

Ermənistan 2-ci Qəzza, ya 2-ci Suriya ola bilər - 2 ölkənin Ermənistanı hərblə əzəcəyindən danışılır...

Image


Məlum həqiqətdir ki, bu gün Qərb qüvvələri tərəfindən Ermənistanda müntəzəm hərbi təlimlər, döyüş hazırlığı keçilir və ağır silahların tədarükü reallaşdırılır. Bununla yanaşı, erməni rəsmilərinin döyüşkən bəyanatlarının getdikcə daha da artdığı və xüsusən də Qərbdəki bəzi rəsmilərin onları dəstəklədiyi özünü qabarıq göstərir. 

Bütün bunlar Azərbaycanla yanaşı, Rusiya və İranın da getdikcə böyük narazılığına səbəb olur.

Qeyd edilənlər fonunda  Ermənistanın "Qraparak" nəşri yazır ki, Moskva səfərinin gedişatından və Ermənistan hakimiyyətinin ictimai mövqelərindən belə təəssürat yaranır ki, Nikol Paşinyan növbəti dəfə Rusiyaya qarşı demarş edib. Nəşr xatırladır ki, Ermənistan MDB ölkələrinin xarici işlər nazirlərinin müavinlərinin görüşündə qəbul edilən iki bəyanata qoşulmayıb:  "İkincisi, Paşinyan MDB ölkələri liderlərinin görüşündəki çıxışında demək olar açıq mətnlə bildirib ki, heç bir sənəddə Azərbaycanı Naxçıvana birləşdirən yola və ya Zəngəzur dəhlizinə nəzarəti üçüncü ölkəyə təhvil vermək nəzərdə tutulmayıb. Paşinyan bunu nəzərdə tutub ki, qoy ruslar ümid bəsləməsinlər. Burada "daş" 10 noyabr bəyanatıdır. Putin-İlham Əliyev-Paşinyan üçtərəfli formatlı görüşdən imtina edənin məhz Paşinyan olması ilə bağlı xəbərlər də var. Xatırladaq ki, Rusiya prezidentinin xarici işlər üzrə köməkçisi Yuri Uşakov Moskvanın oktyabrın 8-də üçtərəfli görüş təşkil etmək niyyətində olduğunu, lakin bir tərəfin bu fikri dəstəkləmədiyini bildirib". "Ana Ermənistan" hərəkatının lideri Andranik Tevanyan qeyd edir ki, Qərbin sifarişinin icrası nəticəsində belə vəziyyət yaranıb: "Məlum olduğu kimi, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Ararat Mirzoyan iki bəyanata qoşulmayıb. Söhbət "Avrasiyada təhlükəsizlik prinsipləri" və "Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi" ilə bağlı bəyanatlardan gedir. Təhlükəsizliyin təmin edilməsi prinsiplərinə qoşulmamaq və beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin tətbiqinə faktiki dəstək vermək olduqca qınanılan qərar idi və Ermənistanın maraqlarına uyğun deyildi. Paşinyanın əcnəbi ağalarının tam planı Rusiyanın 102-ci hərbi bazasını Ermənistandan çıxarmaq, Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və bölgəmizdə Rusiyanı Türkiyə ilə əvəzləməkdir. Bunun vasitəsilə Rusiya və İran üçün qlobal problemlər yaranacaq. Bütün bunların nəticəsində Ermənistanın başına nə gələcəyi Qərbi maraqlandırmır". Digər erməni politoloq Stepan Danielyan da vurğulayır ki, Ermənistanın  NATO-ya   qoşulma perspektivi yoxdur. KTMT-dən çıxmaq isə  ölkəmizi heç bir təhlükəsizlik sisteminin fəaliyyət göstərməyəcəyi zonaya çevirəcək.

Ekspert xatırladır ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdə Rusiya hərbçilərinin Ermənistan-İran sərhədindən çıxarılması barədə razılıq əldə olunub: "Hazırda dəqiq fikir söyləmək çətindir. Çünki Ermənistanın hazırkı hökuməti heç də həmişə strateji qərarlar verə bilmir. Amma  Qərbdən təzyiqlər artır və Ermənistan hakimiyyəti bu təzyiqi nəzərə alaraq  müvafiq addımlar atır". Danelyanın sözlərinə görə, Qərb Rusiya hərbçilərinin  İran və Türkiyə sərhədlərindən çıxarılmasını açıq şəkildə tələb etsə də, təhlükəsizliyin təmin olunması baxımından bu, Ermənistan üçün məqbul deyil: "Bu qərar Ermənistanın hazırkı hakimiyyətinin siyasətinə də təsir edir, o, faktiki olaraq NATO-nun heç bir zəmanəti olmadığı halda KTMT-dən çıxmaq üçün addımlar atır". Daha sonra politoloq əlavə edib ki, Ermənistan hakimiyyətinin Avropa yönümlü siyasəti qüsurludur  və Rusiyanın Ermənistana iqtisadi təsiri məhdudlaşdırıcı rol oynayır: "Yəni bir tərəfdən Rusiya sərhədçiləri Ermənistanın İran və Türkiyə ilə sərhədlərində qalacaq, digər tərəfdən isə keçid məntəqəsində nəzarəti Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirəcək". Danelyan əlavə edib ki, Ermənistan hakimiyyətinin qərbyönümlü olmasına İrəvanla Tehran arasında iqtisadi əlaqələrin inkişafı da mane olur: "Təbii ki, Qərb Rusiya və İranın Cənubi Qafqazda təsirindən narahatdır. Qərbin yüksək rütbəli məmurları Qərbin və Türkiyənin təsiri altında formalaşmalı olan türk orta dəhlizinə maraqlarını açıq şəkildə ifadə edirlər. Eyni zamanda, Ermənistan hökuməti qərbyönlü siyasətinin hansı nəticələrə gətirib çıxara biləcəyindən əmin deyil". O hesab edir ki, Rusiya hərbçiləri Ermənistanı tərk edəcəyi təqdirdə İran da milli maraqlarını əsas götürərək öz qoşunlarını Ermənistana göndərə bilər: "Qərb də Ermənistanda  fəallaşır. Nəticədə Ermənistan geosiyasi müharibə meydanına çevrilə bilər". Erməni  politoloq ehtiyat edir ki, indiki hakimiyyətin siyasəti Ermənistanın ikinci Suriyaya, ya da ikinci Qəzzaya çevrilməsinə gətirib çıxaracaq. Bu arada emənipərəstliyi ilə tanınan iranlı ekspert Pouya Hüseyni erməni mediasına açıqlamasında Ermənistanı aşkar şəkildə hədələyib. O, rus sərhədçilərin Ermənistan-İran sərhədindən 1 yanvar 2025-ci ildə tam çıxacağı və sərhədləri ermənilərin özlərinin qoruyacağı mövzusunda danışarkən buna toxunub. Hüseyni bildirib ki, sərhədlərini necə qorumaq Ermənistanın öz işidir və İran buna müdaxilə edə bilməz. Ancaq o, Rusiya kəşfiyyat orqanlarına yaxınlığı ilə tanınan "Rıbar" nəşrinin yaydığı məlumatla bağlı İranın narahatlığını da diqqətə çatdırıb. Belə ki, "Rıbar" İranla sərhəddəki Zəngəzur vilayətində artıq ABŞ-ın iki kəşfiyyat manevr qrupu üçün mövqelər hazırlandığı, rus sərhədçilər getdikdən sonra amerikalıların ora yerləşəcəyi və İranın fəaliyyətini və xüsusilə də raketlərin buraxılışını izləyəcəklərini bildirib. Pouya Hüseyni vurğulayıb ki, İran bütün qonşularına xəbərdarlıq edib ki, öz ərazilərini antiiran əməliyyatları məkanına çevirməsinlər:  "Zəngəzurda belə bir şey olarsa, İran öz ərazilərini qorumaq üçün həmin nöqtələrə zərbə endirəcək. Bu, İranın qanuni legitim hədəfidir. Ermənistanın İranla belə bir qarşıdurmaya gedəcəyini düşünmürəm. Əgər İrəvan buna getsə, bu, şübhəsiz ki, Ermənistanın milli təhlükəsizliyinə ziddir və nəticədə hər iki ölkə üçün pis nəticələnəcək".

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ