Bazar günü günü, 01 noyabr 2026
     

ABŞ-ın Azərbaycanla bağlı siyasəti dəyişəcək

Image


Son dövrlərdə ABŞ-ın Azərbaycana münasibətdə yenidən ikili standartlar siyasətini işə salması rəsmi Vaşinqtonun beynəlxalq miqyasda tənqid hədəfinə çevrilməsinə yol açıb. 

Məsələnin bu tərəfinə nəzər salan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edir ki, əslində, Qərb qüvvələrinin iqlim dəyişikliyi də daxil olmaqla müxtəlif məsələlərdə Azərbaycana təzyiq göstərmək cəhdləri faydasız və misli görünməmişdir: "Azərbaycana təzyiq göstərmək faydasızdır. Azərbaycana dəfələrlə müxtəlif məsələlərdə təzyiq göstərilib. 

Məsələ təkcə suveren dövlətlərə təzyiq göstərilməsinin yolverilməzliyi ilə bağlı prinsipial mövqedən getmir, həm də bu mövzu mütəxəssislərin real cəlb olunmasını tələb edir. Bu, ABŞ-nin özünə sərfəli qərarı qəbul etdirmək üçün hamının başına vuracağı növbəti siyasi "dəyənək" olmamalıdır. Bunlar populyar iqlim mövzusu ətrafında süni ajiotaj yaratmaq üçün istifadə olunur. Əslində isə ABŞ və digər Qərb ölkələri iqlim maliyyələşdirilməsi sahəsində yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılmasını, eləcə də beynəlxalq karbon vahidləri bazarının yaradılması məsələsində konsensusa nail olunmasını faktiki olaraq sabotaj edirlər". Zaxarovanın sözlərinə görə, ABŞ-nin bu cür taktikası COP iqlim konfransından əvvəl ildən-ilə təkrarlanan klassik üsuldur: "Hər il İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı ərəfəsində Vaşinqton sədrlik edən dövlətə təzyiqi artırır. Biz, məsələn, 2022-ci ildə Şarm-əl-Şeyxdə Tərəflər Konfransından əvvəl bunun şahidi olmuşuq. Eyni hal keçən il Dubayda da baş verib. İndi isə biz uydurma bəhanə ilə Azərbaycana qarşı təzyiqlərin necə artdığını müşahidə edirik". Rusiya rəsmisi bir neçə gün öncə ABŞ-ın 60-dək konqresmeninin dövlət katibi Entoni Blinkeni gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində Azərbyacana təzyiq etməyə çağırması ilə bağlı məsələyə də toxunub: "Məndə elə təəssürat var ki, amerikalı konqressmenlər beynəlxalq lobbiçilik etdiklərinə görə pul alırlar, onlar bunu gizlətmirlər də, lakin məncə, onların öz ölkələrində məşğul olacaqları şeylər var. Söhbət qlobal panamerikan skandalı ilə bağlı üzə çıxan dəhşətli faktlar, bütün bu Hollivud "tusovka"larından, onların on illiklər ərzində uşaqları necə korlamalarından gedir. Bütün bunlar ondan xəbər verir ki, amerikalı konqresmenlərin öz evlərində məşğul olacağı iş var. Əgər onlar öz seçici mövqelərinə beynəlxalq lobbiçilikdən pul qazanmaq biznesi kimi baxırlarsa, o zaman bütün bunların adını dəyişib, strukturun adını konqres yox, nə bilim, "Amerika lobbisi, "Lobbiçiliklə bağlı agentlik" qoymaqları lazımdır. Bura sadəcə pul vəsaiti göndərmək lazımdır və bu insanlar işləyəcəklər. Amerika əhalisinin vətəndaş maraqlarını reallaşdırmaq üçün səlahiyyət verdiyi bu konqresmenlər öz problemləri ilə məşğul olmalıdırlar. ABŞ-da baş verənlərə baxmağa iradə yoxdur. Baxın, narkotiklərin total şəkildə leqallaşdırılması, uşaqlar üzərində vəhşicəsinə təcrübələr, sonsuz gender manipulyasiyaları, cinayətkarlıq həddini aşıb. Lakin onlar hər zaman başqalarının problemlərinə burun soxurlar".

Proseslər göstərir ki,  ABŞ başda olmaqla, hazırda bir sıra qüvvələr ölkəmizə qarşı yeni təzyiq kampaniyasına başlayıblar. Bütün bunlar Azərbaycanın COP29-a ev sahibliyi etməsini hədəf alıb. Qeyd edək ki, oxşar təzyiq kampaniyaları vaxtilə "Avroviziya", Avropa Oyunları və digər bu kimi beynəlxalq tədbirlərə ölkəmiz ev sahibliyi edərkən də həyata keçirilirdi. Lakin hazırkı qarayaxma kampaniyası əvvəlki illərdə olanlarla müqayisədə daha intensivdir. Bu da onunla bağlıdır ki, bu kampaniyanı aparan qüvvələr ölkəmizin Ermənistanın qətliam və kütləvi şəkildə dağıntı törətmiş işğalçı ordusunu məğlub etməsini, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilmirlər. Beynəlxalq səviyyədə qəbulolunmaz davranış sərgiləyənlər o cümlədən  ABŞ başa düşməlidir ki, bu siyasət onların regionda mövcudluğunun üstündən xətt çəkir. Məsələnin bu tərəfinə nəzər salan türkiyəli siyasi ekspert Bilgehan Öztürk qeyd edir ki, son vaxtlar beynəlxalq siyasi iradə mərkəzlərinin əsas diqqətini özünə daha çox cəlb edən Cənubi Qafqazla bağlı dünya nəhənglərinin strateji hədəfləri getdikcə daha aydın hal almağa başlayır. Buradakı əsas reallıq ABŞ və Qərbin Rusiyanı regiondan uzaqlaşdırmaq hədəfidir və onlar bunu Ermənistan üzərindən həyata keçirməyə çalışırlar: "Lakin unutmamalıyıq ki, Ermənistan bu regionun "qapı"sı deyil və onlar məhz ermənilər üzərindən digər bölgə ölkələrinə təzyiq göstərmək istəyirlər. İndi Ağ Ev, Cənubi Qafqazda Ermənistanın maraqlarının təminatçısı rolunda çıxış edir. Bununla yanaşı, Azərbaycana qarşı təzyiq cəhdlərinin artması da regionda vəziyyətin gərginləşməsinə yol açır. Vəziyyətin normallaşması istiqamətində addımlar atıla bilər və bu, təqdirəlayiq hal kimi hesab edilər. Lakin burada belə bir sual meydana çıxır: Xüsusilə son vaxtlar daha da artan ermənipərəst çıxışlardan sonra rəsmi ABŞ-dan Azərbaycana qarşı səmimi münasibət gözləmək nə qədər doğrudur? Fikrimcə, Bayden administrasiyası dövründə bunun ola biləcəyinə inanmaq çox çətindir. Bu şübhələrə əsas verən kifayət qədər ciddi faktlar var. Misal üçün, 44 günlük Vətən müharibəsində ABŞ-ın Ankaradan Qarabağ məsələsində Azərbaycana dəstəyin dayandırılması kimi absurd tələbi bunun nümunələrindəndir. Təbii ki, rəsmi Ankara Amerikanın bu tələbinə məhəl qoymadı. Lakin bu cəhdlə yanaşı, ABŞ-ın Ermənistana dəstəyi belə Azərbaycanın ərazilərini işğaldan azad etməsinə əngəl törədə bilmədi". Ekspert deyir ki, rəsmi İrəvan ABŞ və Qərbin ona verdiyi müəmmalı vədlərə ümid bəsləmək əvəzinə Azərbaycan ilə bir an əvvəl sülh müqaviləsinin imzalanmasına çalışmalıdır: "Bu danılmaz faktdır ki, regionda baş verən gərginliklərin mərkəzində məhz Ermənistanın özü və onun himayədarları dayanır. Bütün bunların fonunda görünür ki, Ermənistan başda Fransa olmaqla Qərb ölkələri, eləcə də ABŞ-ın dəstəyi ilə Cənubi Qafqazda yenidən xaos yaratmaq niyyətindədir. Onların əsas niyyəti Türkiyə-Rusiya münasibətlərinə xələl yetirmək və Azərbaycanın Qarabağda əldə etdiyi tarixi hərbi və siyasi Zəfərə kölgə salmaqdır. Buradan göründüyü kimi, bəzi Qərb dairələrinin bu təhriki ilə Ermənistanın atdığı hazırkı addımlar həm Azərbaycana, həm Rusiyaya, həm də Türkiyəyə qarşıdır. Onların digər hədəfi isə İrandır. Yəni, Qərb Ermənistana müşahidəçi adı altında sürətli şəkildə hərbçilər yerləşdirməklə İranı da Şimaldan mühasirəyə almaq istəyir". Qeyd edək ki, bu günlərdə prezident İlham Əliyev ABŞ prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con  Podestanı qəbul edib. Bu görüşdən sonra ABŞ-ın Azərbaycanla bağlı yanlış siyasətinə müəyyən korrektələr etməsi gözlənilir. 

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransada böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlarla yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentlə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəzi ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ